Bizə yazın

Baku

-°C

USD

-

Niyaz Niftiyev: “Türkiyə məsələsində səbrli olmaq lazımdır”

Siyasət 28 Sentyabr 2026, 09:14

458

Tanınmış jurnalist Niyaz Niftiyev Türkiyə ilə Azərbaycan arasında münasibətlər ətrafında sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.

Citypost.az xəbər verir ki, Niyaz Niftiyev qeyd edib ki, Azərbaycanın müstəqil xarici siyasəti var və heç bir dövlət bu siyasəti yönləndirə bilməz. Bununla yanaşı, o, Türkiyə ilə bağlı məsələdə Media və Audiovizual Şuranın açıqlama yaymaqda tələsdiyini düşünür.

Jurnalist hesab edir ki, bu məsələyə dövlət qurumlarının müdaxiləsinə ehtiyac yox idi. Onun sözlərinə görə, Türkiyə də hazırda gözləmə mövqeyindədir və münasibətlərin gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinmək lazımdır.

Niyaz Niftiyev bildirib ki, Azərbaycan jurnalist və QHT nümayəndələri hadisələrin arxasında münasibətləri korlamaq istəyən “trol şəbəkələrinin” dayandığını bildirirlər. O, belə olan halda iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək yanaşmaların ortaya qoyulmamasının vacibliyini vurğulayıb.

Jurnalist Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının və jurnalist qurumları ilə əməkdaşlıq edən şəxslərin daha fəal olmasının vacibliyini qeyd edib. O, bu qurumların Azərbaycandan göstəriş gözləmədən təşəbbüs göstərməli olduğunu bildirib.

“Bu məsələdə səbrli olmaq lazımdır. Müasir dünyada informasiyanın aktuallıq müddəti bir gündən artıq deyil. Türkiyədə ‘Qüds TV’nin rəhbəri Nurəddin Şirinkimilərə fürsət verməyin. Adam pusquda durub”, – deyə Niyaz Niftiyev vurğulayıb.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Turan İbrahimov: “Azərbaycan və Türkiyə arasında strateji xətt qorunmalıdır”

Televiziya aparıcısı, tanınmış jurnalist Turan İbrahimov Azərbaycan-Türkiyə münasibətləri ətrafında sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist  qeyd edib ki, müxtəlif vaxtlarda Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə qarşı mənfi məzmunlu paylaşımlar yayan bir neçə mərkəzli “trol ordusu”nun fəaliyyət göstərdiyini düşünür. Turan İbrahimov bu fəaliyyətin arxasında İran, Rusiya, FETÖ və MOSSAD-ın dayandığını iddia edib.Jurnalistin sözlərinə görə, hər iki ölkənin cəmiyyətində türkçülüyə, etnik birliyə və ortaq maraqlara qarşı mənfi münasibətin formalaşdırılmasına yönəlmiş təbliğat mövcuddur. O hesab edir ki, bu cür fəaliyyətlər Azərbaycan və Türkiyə arasında münasibətlərə təsir göstərmək məqsədi daşıya bilər.Turan İbrahimov bildirib ki, Azərbaycan və Türkiyədə dövlət siyasətinin milli...

28 Sentyabr 2026, 09:27

Jurnalist: “İki ölkə arasındakı münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır”

Azpost.info saytının baş redaktoru Xəqani Səfəroğlu Türkiyə-Azərbaycan münasibətləri ətrafında sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki,jurnalist qeyd edib ki, Türkiyənin rəsmi dairələri sosial şəbəkələrdə müşahidə olunan anti-Azərbaycan kampaniyasının dayandırılması üçün addımlar atmalıdır. Xəqani Səfəroğlu Türkiyənin hazırda gözləmə mövqeyində qalmasını da düzgün yanaşma hesab etmədiyini bildirib.Baş redaktor vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətlərinə yalnız müəyyən siyasi partiyanın hakimiyyətə gəldiyi dövrdən etibarən baxmaq doğru deyil. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin təxminən 40 illik tarixi var və bu əlaqələr sadəcə diplomatik münasibətlərlə məhdudlaşmır.Xəqani Səfəroğlu bildirib ki, Ankara Azərbaycanın postsovet məkanında yürütdüyü müstəqil siyasətin müxtəlif mərhələlərdə şahidi olub. O, Bakı-Tbilisi-Ceyhan neft kəmərini...

28 Sentyabr 2026, 09:21

Hüquqşünas: “Türkiyə mediasında Azərbaycanla bağlı neqativ yazıya rast gəlmədim”

Hüquqşünas Fərhad Mehdiyev sosial şəbəkələrdə Türkiyə əleyhinə yayılan paylaşımlara münasibət bildirib.Citypost.az xəbər verir ki, o qeyd edib ki, Türkiyənin müxtəlif media resurslarında Azərbaycanla bağlı neqativ məlumatların olub-olmadığını araşdırmaq məqsədilə “sabah.com.tr”, “ahaber.com.tr” və “akit.com.tr” saytlarına baxıb və Azərbaycanla bağlı neqativ məzmunlu yazıya rast gəlməyib.Fərhad Mehdiyev bildirib ki, Türkiyədə ayrı-ayrı şəxslərin Azərbaycanla bağlı səsləndirdiyi fikirləri Türkiyə Cümhuriyyətinin rəsmi mövqeyi kimi təqdim etmək doğru deyil.Hüquqşünas Türkiyənin Fələstin məsələsinə münasibətinə də toxunub. Onun sözlərinə görə, Fələstin əraziləri və Qüds şəhəri uzun müddət Osmanlı imperiyasının idarəçiliyində olub. Buna görə də Türkiyənin Fələstin məsələsinə həssaslığını yalnız “ərəb sevdalısı” yanaşması ilə izah etmək düzgün deyil.Fərhad Mehdiyev hesab...

28 Sentyabr 2026, 09:11

Tənzilə Rüstəmxanlı: “Azərbaycan daha çox xarici sərmayənin cəlb edilməsinə çalışır”

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci etibarlı tərəfdaş kimi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi, bütövlükdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni hədəflərinin əsas istiqamətlərindəndir.Bu sözləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, İkinci Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və təbii ki, bu tədbirdə Azərbaycan Prezidentinin iştirakı bir daha təsdiq edir ki, Azərbaycan dünyanın qlobal aparıcı şirkətləri ilə əməkdaşlığı gücləndirir və daha çox sərmayənin cəlb...

28 Sentyabr 2026, 09:04

Azər Qismət: “Paşinyan və Ermənistan rəsmiləri ikiüzlü siyasət aparır”

Tanınmış jurnalist Azər Qismət Azərbaycan tərəfinin İrəvanda keçirilən “Sülh körpüsü” müzakirəsində iştirak etməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist hesab edir ki, bunun əsas səbəblərindən biri Ermənistan rəhbərliyinin siyasətidir. O, Baş nazir Nikol Paşinyanın və digər Ermənistan rəsmilərinin müxtəlif platformalarda ziddiyyətli mövqelər nümayiş etdirdiyini bildirib.Azər Qismət Paşinyanın BMT kürsüsündə Bakıda saxlanılan ermənilərin geri qaytarılması məsələsini gündəmə gətirməsinə də toxunub. Onun sözlərinə görə, Ermənistan tərəfi bunun müqabilində Azərbaycana minatəmizləmə sahəsində yardım göstərə biləcəyini bildirir. Jurnalist qeyd edib ki, söhbət əsasən Birinci Qarabağ müharibəsi dövründə basdırıldığı iddia edilən minaların xəritələrindən gedir və həmin xəritələrin effektivliyi ilə bağlı suallar...

28 Sentyabr 2026, 08:58

Milli Məclis:Türkiyədən Azərbaycana qarşı kampaniya aparılır

Son günlər Türkiyə Respublikasının ərazisindən Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır.Citypost.az  xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının məlumatında bildirilib. Qeyd edilib ki, komissiya son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb.Monitorinqlər nəticəsində müəyyən edilib ki:- Bəlli mərkəzlər tərəfindən başladılan bu kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmağa hesablanıb;- Kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır."Təəssüf hissi ilə qeyd...

26 Sentyabr 2026, 14:30