Bizə yazın

Baku

-°C

USD

-

Nigar Sabirqızı: “Hər qələbə xəbərini eşidəndə üzümüz gülürdü”

Cəmiyyət 28 Sentyabr 2026, 09:30

340

İTV-nin aparıcısı Nigar Sabirqızı 2020-ci il Vətən müharibəsi dövründə apardığı “Diqqət Mərkəzi Yekun” proqramı ilə bağlı xatirələrini bölüşüb.

Citypost.az xəbər verir ki, aparıcı bildirib ki, hər qələbə xəbərini eşidəndə böyük sevinc yaşayıblar və hər il 27 sentyabrda həmin verilişi xatırlayır. Onun sözlərinə görə, həmin günlərdə proqramı aparmaq həm qürurlu, həm də böyük məsuliyyət tələb edən bir iş olub.

Nigar Sabirqızı qeyd edib ki, proqramın Azərbaycanda geniş izlənildiyini bilirdi və həmin günlərdə Türkiyədən də ona izləyici mesajları gəlirdi. O, məhz Vətən müharibəsi dövründə apardığı verilişin ona böyük izləyici sevgisi qazandırdığını vurğulayıb.

Aparıcı veriliş zamanı qarşılaşdığı çətinliklərdən də söz açıb. O bildirib ki, hündürdaban ayaqqabıda saatlarla ayaq üstə qaldıqdan sonra proqram başa çatanda ayaqlarındakı ağrıdan bəzən ağlayırdı. Lakin şəhidlərin fədakarlığı qarşısında yaşadığı çətinlikləri heç bir şey hesab etmədiyini deyib.

“Çox xoşbəxtəm ki, tarixi və şərəfli günlərdə ən çox baxılan proqramlardan birini aparmışam və Vətənimə belə xidmət etmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz var olsun!” – deyə Nigar Sabirqızı bildirib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək

Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq sentyabrın 28-də Azərbaycana gətiriləcək.Citypost.az xəbər verir ki, qarşılama saat 17:00-da olacaq.Uşaqlar düşərgələrə yerləşdiriləcək.Qeyd edək ki, ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

28 Sentyabr 2026, 10:25

FHN: Ötən həftə 400-dən çox yanğına çıxış olub 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 469 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 44 nəfər xilas...

28 Sentyabr 2026, 09:35

Alimlər lemurlarda opera müğənnilərinə bənzər oxuma texnikası aşkarlayıblar

Uorvik Universitetinin alimləri yalnız Madaqaskarda yaşayan indri lemurlarının oxuyarkən peşəkar opera müğənnilərinə bənzər texnikadan istifadə etdiyini müəyyənləşdiriblər.Citypost.az BBC-yə istinadən xəbər verir ki, tədqiqatçılar 19 vəhşi indriyə aid 83 videonu təhlil edərək yüksək notlar səsləndikcə heyvanların ağızlarını daha geniş açdığını müəyyən ediblər. Alimlər hesab edirlər ki, bu mexanizm səslərin sıx meşəlik ərazilərdə daha uzağa yayılmasına kömək edə bilər.Tədqiqatın nəticələri “PLOS Computational Biology” jurnalında dərc olunub. Mütəxəssislər insanlar və indrilər arasında bu oxşarlığın konvergent təkamül nümunəsi ola biləcəyini bildirirlər.Turan...

28 Sentyabr 2026, 09:34

Bakının iki rayonunda qaz kəsiləcək – SAKİNLƏRƏ XƏBƏRDARLIQ

Bu gün paytaxtın iki rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az "Azəriqaz"a istinadən xəbər verir.Məlumata görə, qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar 28.09.2026-ci il tarixində saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

28 Sentyabr 2026, 09:15

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro...

28 Sentyabr 2026, 08:47

Bakının bu rayonlarında işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal və Nizami rayonlarında elektrik şəbəkələrində təmir işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami RETSİ-nə daxil olan Keşlə qəsəbəsi Tahir Bədəlov və Məşədi Hilal Kazımov küçələrində saat 09:00-dan 15:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha...

28 Sentyabr 2026, 08:10