Rövşən Muradov: “Azərbaycanın investisiya modeli yeni mərhələyə keçir”
Siyasət 28 Sentyabr 2026, 10:58
578
Qlobal iqtisadi münasibətlər sistemində investisiya qərarlarının mahiyyəti son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Kapital artıq yalnız yüksək gəlirlilik perspektivinin mövcud olduğu bazarlara yönəlmir, eyni zamanda siyasi sabitliyin, makroiqtisadi dayanıqlığın, hüquqi öhdəliklərə sadiqliyin, enerji və nəqliyyat təhlükəsizliyinin, insan kapitalının və uzunmüddətli inkişaf strategiyasının bir-birini tamamladığı iqtisadi məkanları seçir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində irəli sürdüyü fikirlər Azərbaycanın bu çoxşaxəli investisiya yanaşmasına keçid etdiyini nümayiş etdirir. Son iyirmi ildə ölkəyə 350 milyard ABŞ dollarından artıq investisiyanın cəlb olunması və həmin kapitalın təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi artıq formalaşmış etimad kapitalının iqtisadi ölçüsünü ifadə edir.
Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.a-a açıqlamasındabildirib.
Deputatın sözlərinə görə, bu xətt Azərbaycanın əvvəlki inkişaf nəticələrini ümumiləşdirməklə kifayətlənmir, həm də ölkənin gələcək iqtisadi modelinin əsas istiqamətlərini müəyyənləşdirir. Qarşıdakı dövrdə Azərbaycanın əsas vəzifəsi mövcud maliyyə və enerji üstünlüklərini yeni istehsal güclərinə, texnoloji imkanlara, yüksək əlavə dəyər yaradan sahələrə və daha mürəkkəb ixrac strukturuna çevirməkdir. Bu baxımdan bərpaolunan enerji, logistika, mədən sənayesi, rəqəmsal iqtisadiyyat, süni intellekt infrastrukturu və insan kapitalı ayrı-ayrı sahələr kimi deyil, vahid iqtisadi transformasiya zəncirinin elementləri kimi çıxış edir. Neft və qaz sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər istiqamətlərinə yönəldilməsi isə bu keçidin maliyyə bazasını formalaşdırır.Azərbaycanın yeni investisiya modelində geoiqtisadi mövqenin iqtisadi aktivə çevrilməsi xüsusi yer tutur. Son illər dəmir yollarına, avtomobil magistrallarına, dəniz limanlarına və hava yükdaşımalarına yönəldilmiş irihəcmli investisiyalar ölkənin coğrafi üstünlüyünü real tranzit və logistika imkanları ilə tamamlayıb. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2026-cı ildə 16 milyon tona çatacağı, 2030-cu il üçün isə 25 milyon ton və daha yüksək səviyyənin hədəflənməsi göstərir ki, nəqliyyat infrastrukturu artıq yardımçı iqtisadi sektor olmaq çərçivəsini aşaraq milli iqtisadiyyatın gəlir və investisiya yaradan strateji istiqamətlərindən birinə çevrilir. Şərq–Qərb və Şimal–Cənub marşrutlarında paralel iştirak Azərbaycanın Avropa və Asiya arasında formalaşan yeni təchizat zəncirlərində rolunu daha da gücləndirir.
Rövşən Muradov vurğulayıb ki, enerji sektorunda formalaşan yeni mərhələ də eyni dərəcədə strateji məzmun daşıyır. Xəzərin Azərbaycan sektorunda 157 giqavat səviyyəsində qiymətləndirilən bərpaolunan enerji potensialı, quruda yaradılan günəş və külək generasiya gücləri, Qara dəniz və Xəzər üzərindən nəzərdə tutulan elektrik bağlantıları ölkənin enerji ixracının gələcək strukturunu genişləndirir. Burada əsas iqtisadi məqam enerjinin yalnız ixrac məhsulu kimi nəzərdən keçirilməməsidir. Əlavə elektrik güclərinin data mərkəzlərinin, süni intellekt sistemlərinin və digər rəqəmsal infrastrukturların inkişafı üçün istifadə olunması enerji siyasəti ilə texnoloji siyasət arasında yeni qarşılıqlı əlaqə yaradır. Bu modeldə enerji üstünlüyü rəqəmsal iqtisadiyyat üçün istehsal amilinə çevrilir.İnvestisiya mühitinin əsas dayaqlarından biri də Azərbaycanın maliyyə dayanıqlığı və müqavilə intizamıdır. Xarici dövlət borcunun ÜDM-in 5,6 faizini təşkil etməsi, valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi, manatın ABŞ dollarına münasibətdə məzənnəsinin uzun müddət sabit qalması, eləcə də onilliklər əvvəl bağlanmış enerji müqavilələrinin əsas şərtlərinin qorunması investor baxımından proqnozlaşdırılan iqtisadi davranışın mühüm göstəriciləridir. Müasir kapital bazarlarında xüsusən uzunmüddətli investisiyalar üçün yalnız gəlirlilik kifayət etmir, qarşı tərəfin öhdəliklərə münasibəti, institusional ardıcıllıq və siyasi-iqtisadi risklərin idarəolunması da qərarvermənin əsas meyarlarına daxildir. Azərbaycanın formalaşdırdığı investisiya reputasiyasının iqtisadi dəyəri məhz burada meydana çıxır.
Həmçinin oxuyun
R.Muradov qeyd edib ki, ən mühüm struktur göstəricilərdən biri ÜDM ilə ixracın sahə tərkibi arasındakı fərqdir. ÜDM-in 70 faizindən çoxunun qeyri-neft sektorunda formalaşmasına baxmayaraq, ixracın 90 faizindən çoxunda neft və qaz məhsullarının üstünlük təşkil etməsi onu göstərir ki, iqtisadiyyatın daxili şaxələndirilməsi artıq mühüm mərhələ keçsə də, növbəti strateji mərhələ həmin şaxələndirmənin ixrac strukturunda da dərinləşdirilməsidir. Bu isə sadəcə yeni istehsal müəssisələrinin yaradılmasını yox, daha yüksək məhsuldarlıq, texnologiya transferi, ixtisaslı kadr hazırlığı və qlobal dəyər zəncirlərinə inteqrasiya tələb edir.Bu mənada Azərbaycanın investisiya siyasətinin qarşısında duran əsas məsələ kapitalın həcmini artırmaqdan daha geniş məna daşıyır. Söhbət cəlb olunan investisiyanın strukturunun keyfiyyətcə dəyişdirilməsindən, onun yeni texnologiya, idarəetmə təcrübəsi, istehsal səriştəsi və ixrac qabiliyyəti yaratmasından gedir. 1990-cı illərdə enerji sektorunda xarici mütəxəssislərin üstünlük təşkil etdiyi əmək bazarının zamanla yerli kadrların yüksək iştirak səviyyəsinə keçməsi bu baxımdan əhəmiyyətli təcrübə kimi təqdim olunur. İnsan kapitalının investisiya siyasətinin ayrılmaz hissəsinə çevrilməsi iqtisadi modernləşmənin dayanıqlılığı üçün həlledici əhəmiyyət daşıyır.Nəticə etibarilə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ortaya qoyulan iqtisadi xətt Azərbaycanın növbəti inkişaf mərhələsinin əsas parametrlərini aydın göstərir: enerji resurslarının yeni iqtisadi sahələrin yaradılmasına yönəldilməsi, tranzit mövqenin gəlir gətirən geoiqtisadi üstünlüyə çevrilməsi, qeyri-neft ixracının genişləndirilməsi, rəqəmsal və texnoloji iqtisadiyyatın formalaşdırılması, insan kapitalının gücləndirilməsi və beynəlxalq investor üçün proqnozlaşdırılan iqtisadi mühitin qorunması. Bu modelin strateji mahiyyəti Azərbaycanın yalnız kapital qəbul edən bazar kimi deyil, regional iqtisadi əlaqələri, enerji axınlarını və yeni ticarət marşrutlarını birləşdirən daha geniş iqtisadi platforma kimi mövqeyinin möhkəmləndirilməsində ifadə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.
28 Sentyabr 2026, 11:38
Turan İbrahimov: “Azərbaycan və Türkiyə arasında strateji xətt qorunmalıdır”
Televiziya aparıcısı, tanınmış jurnalist Turan İbrahimov Azərbaycan-Türkiyə münasibətləri ətrafında sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, müxtəlif vaxtlarda Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə qarşı mənfi məzmunlu paylaşımlar yayan bir neçə mərkəzli “trol ordusu”nun fəaliyyət göstərdiyini düşünür. Turan İbrahimov bu fəaliyyətin arxasında İran, Rusiya, FETÖ və MOSSAD-ın dayandığını iddia edib.Jurnalistin sözlərinə görə, hər iki ölkənin cəmiyyətində türkçülüyə, etnik birliyə və ortaq maraqlara qarşı mənfi münasibətin formalaşdırılmasına yönəlmiş təbliğat mövcuddur. O hesab edir ki, bu cür fəaliyyətlər Azərbaycan və Türkiyə arasında münasibətlərə təsir göstərmək məqsədi daşıya bilər.Turan İbrahimov bildirib ki, Azərbaycan və Türkiyədə dövlət siyasətinin milli...
28 Sentyabr 2026, 09:27
Jurnalist: “İki ölkə arasındakı münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır”
Azpost.info saytının baş redaktoru Xəqani Səfəroğlu Türkiyə-Azərbaycan münasibətləri ətrafında sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki,jurnalist qeyd edib ki, Türkiyənin rəsmi dairələri sosial şəbəkələrdə müşahidə olunan anti-Azərbaycan kampaniyasının dayandırılması üçün addımlar atmalıdır. Xəqani Səfəroğlu Türkiyənin hazırda gözləmə mövqeyində qalmasını da düzgün yanaşma hesab etmədiyini bildirib.Baş redaktor vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətlərinə yalnız müəyyən siyasi partiyanın hakimiyyətə gəldiyi dövrdən etibarən baxmaq doğru deyil. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin təxminən 40 illik tarixi var və bu əlaqələr sadəcə diplomatik münasibətlərlə məhdudlaşmır.Xəqani Səfəroğlu bildirib ki, Ankara Azərbaycanın postsovet məkanında yürütdüyü müstəqil siyasətin müxtəlif mərhələlərdə şahidi olub. O, Bakı-Tbilisi-Ceyhan neft kəmərini...
28 Sentyabr 2026, 09:21
Niyaz Niftiyev: “Türkiyə məsələsində səbrli olmaq lazımdır”
Tanınmış jurnalist Niyaz Niftiyev Türkiyə ilə Azərbaycan arasında münasibətlər ətrafında sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, Niyaz Niftiyev qeyd edib ki, Azərbaycanın müstəqil xarici siyasəti var və heç bir dövlət bu siyasəti yönləndirə bilməz. Bununla yanaşı, o, Türkiyə ilə bağlı məsələdə Media və Audiovizual Şuranın açıqlama yaymaqda tələsdiyini düşünür.Jurnalist hesab edir ki, bu məsələyə dövlət qurumlarının müdaxiləsinə ehtiyac yox idi. Onun sözlərinə görə, Türkiyə də hazırda gözləmə mövqeyindədir və münasibətlərin gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinmək lazımdır.Niyaz Niftiyev bildirib ki, Azərbaycan jurnalist və QHT nümayəndələri hadisələrin arxasında münasibətləri korlamaq istəyən “trol şəbəkələrinin” dayandığını bildirirlər. O, belə olan...
28 Sentyabr 2026, 09:14
Hüquqşünas: “Türkiyə mediasında Azərbaycanla bağlı neqativ yazıya rast gəlmədim”
Hüquqşünas Fərhad Mehdiyev sosial şəbəkələrdə Türkiyə əleyhinə yayılan paylaşımlara münasibət bildirib.Citypost.az xəbər verir ki, o qeyd edib ki, Türkiyənin müxtəlif media resurslarında Azərbaycanla bağlı neqativ məlumatların olub-olmadığını araşdırmaq məqsədilə “sabah.com.tr”, “ahaber.com.tr” və “akit.com.tr” saytlarına baxıb və Azərbaycanla bağlı neqativ məzmunlu yazıya rast gəlməyib.Fərhad Mehdiyev bildirib ki, Türkiyədə ayrı-ayrı şəxslərin Azərbaycanla bağlı səsləndirdiyi fikirləri Türkiyə Cümhuriyyətinin rəsmi mövqeyi kimi təqdim etmək doğru deyil.Hüquqşünas Türkiyənin Fələstin məsələsinə münasibətinə də toxunub. Onun sözlərinə görə, Fələstin əraziləri və Qüds şəhəri uzun müddət Osmanlı imperiyasının idarəçiliyində olub. Buna görə də Türkiyənin Fələstin məsələsinə həssaslığını yalnız “ərəb sevdalısı” yanaşması ilə izah etmək düzgün deyil.Fərhad Mehdiyev hesab...
28 Sentyabr 2026, 09:11
Tənzilə Rüstəmxanlı: “Azərbaycan daha çox xarici sərmayənin cəlb edilməsinə çalışır”
Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci etibarlı tərəfdaş kimi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi, bütövlükdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni hədəflərinin əsas istiqamətlərindəndir.Bu sözləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, İkinci Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və təbii ki, bu tədbirdə Azərbaycan Prezidentinin iştirakı bir daha təsdiq edir ki, Azərbaycan dünyanın qlobal aparıcı şirkətləri ilə əməkdaşlığı gücləndirir və daha çox sərmayənin cəlb...
28 Sentyabr 2026, 09:04