Bizə yazın

Baku

-°C

USD

-

Arzuman Abdulkərimov: Fikir ayrılıqları qardaşlığı sarsıtmamalıdır

Siyasət 15 Oktyabr 2026, 10:05

387

  Azərbaycan və Türkiyə iki müdrik liderin rəhbərlik etdiyi, taleləri, tarixi, dili, mədəniyyəti və ortaq yaddaşı ilə bir-birinə bağlanmış iki qardaş dövlətdir.

  Son günlər baş verən proseslər isə bir həqiqəti üzə çıxarır: iki qardaş ölkə arasında yaranan hər fikir ayrılığını fürsətə çevirərək onu böyük bir qarşıdurmaya çevirmək istəyənlər var. Sanki pusqudaymışlar, sanki illərdir bu günü gözləyirmişlər. Bir mübahisənin qığılcımını alova çevirmək, sosial şəbəkələrdə qarşılıqlı ittihamları qızışdırmaq, azərbaycanlını türkiyəlinin, türkiyəlini azərbaycanlının qarşısına çıxarmaq üçün fürsət axtarırlar.

Hər iki tərəfdə özünü vətənpərvər göstərən, amma birliyin ən həssas nöqtələrini hədəfə alan buqələmunlar anlamalıdırlar ki, Azərbaycan-Türkiyə qardaşlığı hansısa siyasi partiyanın, hökumətin, siyasətçinin və ya sosial şəbəkə fəalının şəxsi mülkü deyil. Bu qardaşlıq nəsillərin yaddaşında, ortaq tariximizdə, dilimizdə, mədəniyyətimizdə və ən çətin günlərdə bir-birimizə uzatdığımız əllərdə yaşayır.

Bəli, fikir ayrılıqları ola bilər. Türkiyədə hər kəs Azərbaycanın bütün qərarları ilə razılaşmaya bilər, Azərbaycanda da Türkiyənin hər bir siyasi mövqeyi ilə eyni düşüncədə olmayanlar tapılar. Dövlətlər müstəqildir, hər birinin öz qanunları, maraqları və qərarları var. Qardaşlıq bir-birinin bütün qərarlarını sorğusuz qəbul etmək deyil, fikir ayrılıqlarını düşmənçiliyə çevirmədən həll etmək mədəniyyətidir.

Məhz buna görə də Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan uzaqlaşdırmaq istəyənlər hər iki xalqın həssaslığı ilə oynamağı dayandırmalıdırlar. Bir tərəfdə Azərbaycanı Türkiyəyə qarşı qızışdıranlar, digər tərəfdə Türkiyə cəmiyyətini Azərbaycana qarşı kökləyənlər eyni bulaqdan su içirlər. Belələrinin əlindən ortaq strateji maraqların zərər görməsinə xidmət etməkdən başqa bir şey gəlmir. 

Türkiyənin milliyyətçi kəsiminin lideri, MHP sədri Dövlət Baxçalı Türk dünyasının tarixi, mədəni və insani bağlarının möhkəmləndirilməsini dəfələrlə vurğulayıb. Türk dünyasının birliyi haqqında danışırıqsa, bu birliyin ən mühüm sütunlarından biri Azərbaycan-Türkiyə qardaşlığıdır. Bu sütunu zəiflətmək isə yalnız iki dövlətin münasibətlərinə deyil, bütövlükdə Türk dünyasının gələcəyinə zərbə vurmaq deməkdir.

Bir anlıq düşünün: ortaq tariximizdən, ortaq dilimizdən, ortaq ağrılarımızdan və birlikdə qazandığımız uğurlardan daha üstün nə ola bilər ki, bir neçə gündəlik mübahisə naminə bunları təhlükəyə ataq?

Nə Azərbaycan Türkiyəsiz öz tarixi bağlarından imtina edəcək, nə də Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan mənəvi tellər bir neçə təxribatçı paylaşımın təsiri ilə qırılacaq. Ancaq bu bağları qorumaq üçün hər iki tərəfdə məsuliyyətli davranmaq, təxribatla həqiqəti ayırmaq, emosiyaya qapılmadan düşünmək lazımdır.

Unutmayaq ki, iki dövlətin münasibətlərindəki hər çatlaqdan sevinənlər var. Biz onların sevincinə səbəb olmamalıyıq!

Azərbaycan və Türkiyə iki ayrı dövlətdir, amma bir-birinə yad iki xalq deyil. Suverenliyimizə hörmət, qarşılıqlı etimad və strateji əməkdaşlıq bu qardaşlığın əsas şərtləridir.

Bu gün hər iki tərəfdən sağlam düşüncəli insanlara düşən vəzifə qarşılıqlı ittihamları artırmaq deyil, ortaq məxrəc tapmaqdır, həmin buqələmunlara qarşı sipər olmaqdır. Çünki tarix bizə bir-birimizə qarşı üstünlük nümayiş etdirməyi deyil, çətin günlərdə bir-birimizin yanında dayanmağı öyrədib.

Azərbaycan-Türkiyə qardaşlığı gündəlik siyasi mübahisələrdən böyükdür!

İki dövlət, bir millət! 

Qardaşlığa hörmət, suverenliyə ehtiram, 

Türk dünyasına birlik!

Qəhr olsun Türk düşmənləri!

Arzuman Abdulkərimov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Akif Əli: “İki qardaş xalqın arasına nifaq toxumu səpmək mümkün olmayacaq”  

Jurnalist Akif Əli Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycana, ölkə rəhbərliyinə və hökumətin qərarlarına qarşı səsləndirilən ittiham və təhqirlərə münasibət bildirib. O, bu cür yanaşmaları Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib və Türkiyə ilə Azərbaycan xalqları arasındakı qardaşlıq münasibətlərinin sarsılmayacağını vurğulayıb.Citypost.az xəbər verir ki,Akif Əli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycana, Dövlət başçısına, Hökumətin qərarına qarşı gözlənilmədən ittihamlar, hətta təhqirlər yağdırılır. Azərbaycanın daxili işlərinə qarşımaq kimi beynəlxalq münasibətlər sisteminə sığmayan gerizəkalı cəhdlər edilir.Təəssüf ki, dost, qardaş bildiyimiz ölkədə çox tərbiyəsiz, çox əxlaqsız, çox da mədəniyyətsiz olan cahillər dəstəsini təşkilatlandırıb üstümüzə qısqırdanlar var. Və...

15 Oktyabr 2026, 09:35

Alqış Musayev: “İndi 1992-ci il deyil, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz!”

YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Azərbaycanın əvvəlki illərdəki siyasi vəziyyəti ilə indiki dövrü müqayisə edib. O, keçmişdə ölkəyə təzyiq göstərilməsinin daha asan olduğunu bildirib və hazırda Azərbaycanla təzyiq dili ilə danışmağa cəhd edilməməli olduğunu vurğulayıb.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Vaxt vardı Azərbaycana təsir göstərmək mümkün idi. Təkcə xarici dövlətlər yox, elə hər yerindən duran təzyiq edə bilirdi. Çünki siyasi rəhbərliyin iradəsi yoxdu.Mir Şahin Ağayevin Elçibəylə müsahibəsində dövlət adına utanc gətirən bir epizod keçir. Daxili İşlər naziri İsgəndər Həmidovun istefasıyla bağlı sualı cavablandıran Elçibəy deyir ki, o gəldi...

15 Oktyabr 2026, 09:29

Şəhla Cabbarlı: “Beynəlxalq medianın ədalət prinsipi yoxdur”

İranda qadınlar baş örtüklərini yandıranda, dünyadakı böyük media qurumları onların hüquqlarını müdafiə edən yazılar yazırdılar ki, onlara əziyyət edilir, qadınlar haqlarını tələb edirlər. Videolar yayımlayır, yüksək səviyyədə dəstək verirdilər. Amma həmin medialar Əfqanıstanda qızları çadraya büründürüb, məktəbdən, universitetdən, hər yerdən çıxartdıran, 13 yaşından ərə verdirən Taliban hökuməti haqqında tənqidi heç nə yazmadılar. Qızların hüquqları pozuldu, ancaq müdafiə edən olmadı. Bu gün Suriyada kütləvi surətdə dünyəvilikdən  uzaqlaşırlar. Qız məktəbləri ayrılır, qızlar başlarını bağlayırlar. O medialar yenə də susurlar.Qəzzada məktəb yoxdur, qızlar öldürülür, susurlar. Bizdə çıxan qərarı daha geniş tirajlayan o medialar bunu da təhsil üzərindən deyil, baş örtüyünün üzərindən tirajlayırlar. Onlara qızların təhsili maraqlı...

15 Oktyabr 2026, 09:24

Qulu Məhərrəmli: Ermənistan ərazi iddialarından əl çəkməlidir

Professor, media eksperti Qulu Məhərrəmli Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb. O, Cənubi Qafqazda mövcud olan həssas siyasi vəziyyətin tərəflərdən konkret addımlar tələb etdiyini bildirib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Cənubi Qafqazdakı həssas siyasi vəziyyət Azərbaycanla Ermənistan arasında çox tezliklə SÜLH müqaviləsinin bağlanmasını tələb edir. Əsas odur ki, Ermənistandakı indiki hakimiyyət (Paşinyan) daşnaklardan fərqli olaraq Türkiyə və Azərbaycana qarşı ərazi iddiasının əsassız və yanlış olduğunu qəbul edir.Ermənistanın Baş naziri Nikol Paşinyan dünən bəyan edib ki, gələcəkdə münaqişələr olmasın deyə Azərbaycan-Ermənistan sərhədinin heç bir tərəfində anklavlar olmamalıdır. Bu məsələni sülhün əsas prinsiplərindən...

15 Oktyabr 2026, 09:17

Heydər Oğuz: Fələstin məsələsinin həlli sülh təşəbbüslərindən keçir

İsrail prezidenti İshak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) iştirak etmək üçün Bakıya gəlib və İlham Əliyevlə görüşüb. Qardaş Türkiyəni isə bu toplantıda ölkə prezidenti yox, Xarici İşlər naziri Hakan Fidan təmsil edəcək. Türkiyənin AQEM toplantısında aşağı səviyyəli qatılması, böyük ehtimalla, İsrail prezidentinin bu toplantıya dəvət edilməsinə verilmiş reaksiyadır.Sual oluna bilər: Azərbaycan niyə bu qədər kritik bir zamanda İsrail prezidentini Bakıya dəvət edib?Əvvəla, onu deyim ki, İshak Hersoq Fələstinlilərə qarşı soyqırım törətmiş Netanyahu demək deyil. Əksinə, bəlkə də ən aşırı Fələstin tərəfdarlarından daha çox Netanyahu düşmənidir. İkincisi, Hersoq Azərbaycanla təmaslarını gücləndirmək üçün yox, beynəlxalq bir toplantıda iştirak...

15 Oktyabr 2026, 09:14

Pərvanə Vəliyeva: Azərbaycan–Kamboca əlaqələri yeni mərhələyə qədəm qoyur

Azərbaycan–Kamboca münasibətlərində qarşıdakı dövr üçün ən böyük potensial məhz iqtisadi əməkdaşlıqla bağlıdır. Ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə konkret mexanizmin formalaşdırılması baxımından mühüm addımdır. Eyni zamanda, Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumlarının əsas məqsədlərindən biri qarşılıqlı imkanların, investisiya prioritetlərinin və əməkdaşlıq istiqamətlərinin daha yaxşı öyrənilməsidir. Sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil əməkdaşlığının genişləndirilməsi də iki ölkənin iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün perspektivli istiqamətlərdir. Bu sözləri Milli Məclisin deputat Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Azərbaycanın son illərdə formalaşdırdığı innovativ dövlət idarəçiliyi təcrübəsi də ikitərəfli əməkdaşlığın yeni...

14 Oktyabr 2026, 14:44