Bizə yazın

Baku

-°C

USD

-

Sel nədir və niyə bu qədər təhlükəlidir?  

Maraqlı 25 Mart 2026, 12:08

5514

Sel adi daşqın deyil. O, qəfil yaranan, çox sürətli hərəkət edən və qarşısına çıxan hər şeyi dağıdan təhlükəli təbii hadisədir. Bəzən hava sakit olsa da, bir neçə kilometr yuxarıda yağan güclü yağış nəticəsində sel dərəyə dolur və insanların reaksiya verməyə vaxtı qalmır.

Citypost.az-ın məlumatına görə, Əsasən qısa müddətli, güclü leysan yağışları selə səbəb olur. Torpaq suyu hopdurmağa macal tapmır və su, palçıq, daş və ağac qalıqları ilə birlikdə axına çevrilir. Dağlıq ərazilərdə qarın sürətlə əriməsi, meşələrin qırılması və çay-dərə yataqlarında tikinti aparılması da sel riskini artırır.

Sellərin bir neçə növü var:

Yağış selləri – ən çox rast gəlinən növdür, güclü yağışdan sonra yaranır və yaşayış məntəqələrini, yolları, zirzəmiləri su altında qoyur.

Palçıqlı sellər – ən təhlükəli növdür; böyük daşlar, torpaq və ağaclarla birlikdə axır, ev divarlarını dağıda, körpüləri uçura bilir.

Qar əriməsi selləri – yaz aylarında dağlarda qar birdən-birə əriyərək çaylara böyük həcmdə su daxil olur.

Dağ gölü və buzlaq selləri – nadir baş verir, amma qarşısında demək olar ki, heç nə dura bilmir.

Selin dəhşəti onun sürətində və qəfilliyindədir. Axın saniyədə 10 metrdən artıq hərəkət edə bilər, bu isə insanların qaçmasına imkan vermir və avtomobilləri sürükləyib aparır. Sel zamanı həyati təhlükə əsasən axına düşənlərdə və evlərini vaxtında tərk etməyənlərdə yaranır. Gecə baş verən sellər isə riski daha da artırır.

Unutmaq olmaz ki, quru görünən dərə və çay yataqları təhlükəsiz deyil – sel məhz bu yerlərdən gələ bilər. Yağışlı havalarda belə ərazilərdən uzaq durmaq və xəbərdarlıqlara diqqət yetirmək həyati əhəmiyyət daşıyır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dənizin altında insanlar necə işləyə bilir? Maraqlı sistemin sirri

Heç düşünmüsünüzmü, insanlar dənizin dibində saatlarla necə işləyə bilir? Axı suyun altında nəfəs almaq mümkün deyil, üstəlik dərinlik artdıqca təzyiq də xeyli yüksəlir. Buna baxmayaraq, mühəndislər, texniki işçilər və dalğıclar bəzən dənizin onlarla metr dərinliyində müxtəlif işlər görürlər. Bəs bu necə mümkün olur?Citypost.az-ın məlumatına görə, bu məqsədlə istifadə olunan xüsusi sistemlərdən biri dalış zəngi adlanır. Dalış zəngi sualtı işlərdə insanların təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün yaradılmış mühəndislik qurğusudur. Qurğunun əsas iş prinsipi hava təzyiqindən istifadə etməyə əsaslanır.Dalış zəngi suya endirildikdə onun içərisinə davamlı olaraq sıxılmış hava verilir. Havanın təzyiqi suyun təzyiqinə qarşı dayandığı üçün su zəngin içinə daxil ola bilmir....

22 İyun 2026, 10:37

KİV:Təkcə itlər deyil, keçilərin də insan səsini "izləyə" bildiyi məlum oldu.  

Keçilərin əvvəllər yalnız insanlarda və ev itlərində etibarlı şəkildə sənədləşdirilmiş gözlənilməz bir idrak qabiliyyəti ola bilər: beynəlxalq tədqiqatçılar qrupunun araşdırmasına görə, onlar gizli obyektləri tapmaq üçün insan səsinin istiqamətindən istifadə edə bilərlər. Bu barədə Royal Society Open Science jurnalında dərc olunan beynəlxalq tədqiqatçılar qrupu məlumat verib.Citypost.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İndiyə qədər insanların ən yaxın təkamül qohumlarının, məsələn, şimpanzelərin belə bu problemlə bağlı ciddi çətinliklərlə üzləşdiyinə inanılırdı. Eyni zamanda, bir çox heyvanın səslərə, məsələn, həyəcan siqnallarına və ya yemək axtararkən reaksiya verdiyi, lakin əksər hallarda səsin istiqamətini deyil, onun məlumat məzmununu şərh etdiyi məlumdur.Təcrübədə Böyük Britaniyadakı bir sığınacaqdan...

22 İyun 2026, 10:33

Suların səssiz snayperi: Okçu balığı necə bu qədər dəqiq nişan alır?

Təbiətdə elə canlılar var ki, onların bacarıqları ən müasir texnologiyalarla belə müqayisə olunur. Bu canlılardan biri də oxçu balığıdır. İlk baxışda adi bir balıq təsiri bağışlasa da, onun ov texnikası alimləri illərdir heyrətləndirir. Çünki okçu balığı suyun altında gizlənərək ovunu heç təqib etmir, ona yaxınlaşmır və hücum da etmir. O, sadəcə gözləyir, hədəfi müəyyənləşdirir və dəqiq bir atəşlə ovunu yerə salır.Citypost.az xəbər verir ki, Oxçu balıqları əsasən tropik və subtropik bölgələrin çaylarında, bataqlıqlarında və manqrov meşələrinin sularında yaşayır. Onların ən maraqlı xüsusiyyəti suyun üzərindəki yarpaqlarda, budaqlarda və ya bitkilərin üzərində gəzən həşəratları ovlamaq qabiliyyətidir.Bu balıq ovunu tutmaq üçün ağzından güclü...

22 İyun 2026, 08:40

Quruyan göldə həyat necə davam edir? 

Təbiətdə bəzi canlılar sərt qış aylarını qış yuxusu ilə keçirir, bəziləri isə isti və quraq mövsümlərdə fəaliyyətini minimuma endirərək əlverişli şəraiti gözləyir. Lakin elə canlılar da var ki, nə yuxuya gedir, nə də gizlənir. Buna baxmayaraq, onlar təbiətin ən çətin sınaqlarından uğurla çıxmağı bacarırlar. Bu canlılardan biri də Afrikanın mövsümi su hövzələrində yaşayan illik Afrika balığıdır.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin bildirdiyinə görə, bu balıqların yaşadığı gölməçələr yalnız yağış mövsümündə su ilə dolur. Yağışlar başlayanda balıqlar sürətlə inkişaf edir, qısa müddətdə böyüyərək yetkinliyə çatır və çoxalma mərhələsinə keçir. Onların vaxtı olduqca məhduddur, çünki yaşadıqları su hövzələri bir neçə ay sonra tamamilə quruyur.Bu...

19 İyun 2026, 10:52

İnəklərdə “öz məməsini əmmə” davranışı nə ilə bağlıdır? – Mütəxəssis izah edir

Son dövrlərdə heyvandarlıq təsərrüfatlarında müşahidə olunan maraqlı və eyni zamanda narahatedici davranışlardan biri inəklərin öz məmələrini əmməsidir. Baytar mütəxəssislərin fikrincə, bu hal təkcə vərdiş kimi qiymətləndirilməməli, onun arxasında bir neçə mühüm bioloji və psixoloji səbəb dayanır.Citypost.az-ın məlumatına görə, nütəxəssislər bildirirlər ki, bu davranış əsasən erkən yaş dövründə yaranan bəzi çatışmazlıqlarla əlaqələndirilir. Xüsusilə buzaqlıq dövründə ana südünü kifayət qədər ala bilməmək, düzgün qidalanmamaq və ya qeyri-adekvat şəraitdə böyümək sonradan belə davranışların formalaşmasına səbəb ola bilər. Bununla yanaşı, stres, dar və uyğun olmayan saxlanma şəraiti, sosial izolasiya və darıxma kimi faktorlar da bu vəziyyəti gücləndirən əsas amillər sırasında göstərilir.Baytarların açıqlamasına görə, bu...

19 İyun 2026, 09:54

Yayın balıqları niyə qrup halında hərəkət edir?

Yayın balıqları çox vaxt böyük qruplar halında üzürlər. Bunun əsas səbəbi təhlükəsizlikdir. Bir yerdə hərəkət etdikləri zaman yırtıcılar üçün tək bir balığı seçib hücum etmək daha çətin olur. Eyni istiqamətdə və böyük uyğunluq içində üzən bu balıqlar uzaqdan baxdıqda sanki vahid bir canlı təsiri yaradır və beləliklə düşmənlərini çaşdırırlar.Citypost.az xəbər verir ki, qrup halında hərəkət etməyin başqa üstünlükləri də var. Belə ki, balıqlar qida mənbələrini daha asan tapır, istiqaməti daha rahat müəyyən edir və təhlükələri daha tez hiss edə bilirlər. Hər bir balıq qonşusunun hərəkətini izləyərək ümumi nizamın qorunmasına kömək edir. Nəticədə suyun altında möhtəşəm bir harmoniya və mükəmməl koordinasiya...

18 İyun 2026, 10:35