Trampın həmin 15 şərti - TAM MƏTN
Dünya 25 Mart 2026, 11:48
237
ABŞ İrana Yaxın Şərqdə müharibəyə son qoymaq və regionda gərginliyi azaltmaq məqsədi daşıyan 15 maddəlik tələblər toplusu təqdim edib.
Modern.az xəbər verir ki, Pakistan vasitəsilə İran rəhbərliyinə təqdim olunan sənəddə əsas diqqət ölkənin nüvə energetikasına, raket proqramına, region ölkələrindəki proksi qüvvələrinə və Hörmüz boğazı ilə bağlı vəziyyətə aiddir.
Həmin tələblər toplusunu təqdim edirik.
Həmçinin oxuyun
1. İran mövcud nüvə porensialını ləğv etməlidir.
2. İran heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməlidir.
3. İran torpağında heç bir uran zənginləşdirilməsi həyata keçirilə bilməz.
4. İran yaxın gələcəkdə 450 kq 60% zənginləşdirilmiş uranın hamısını MAQATE-yə təhvil verməlidir.
5. İranın nüvə obyektləri - Nətənz, İsfahan və Fordo - ləğv edilməlidir.
6. MAQATE-yə İran daxilində tam giriş, şəffaflıq və nəzarət veriləcək.
7. İran regional proksi paradiqmasından imtina etməlidir.
8. İran regional proksilərini maliyyələşdirməyi, istiqamətləndirməyi və silahlandırmağı dayandırmalıdır.
9. Hörmüz boğazı yenidən açılmalı və sərbəst gəmiçilik yolu kimi fəaliyyət göstərməlidir.
10. İranın raket proqramı mənzil və miqdar baxımından məhdud olmalıdır, dəqiqləşdirnmələr daha sonra müəyyən ediləcək.
11. İran raketlərdən yalnız özünümüdafiə üçün istifadə edə biləcək.
12. İrana qarşı bütün sanksiyalar tamamilə ləğv ediləcək.
13. Amerika Birləşmiş Ştatları Buşer Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalı da daxil olmaqla, İrana mülki nüvə proqramının inkişafında kömək edəcək.
14. Əgər İran şərtləri pozarsa, bütün sanksiyalar yenidən tətbiq olunacaq.
15. Sanksiyaların avtomatik bərpası üçün geri çəkilmə mexanizmi ləğv ediləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Danimarka Baş nazirinin partiyası son 100 ilin ən pis seçki ilə qalib gəldi.
Citypost.az-ın İnterfaks xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Danimarkanın Baş naziri Mette Frederiksenin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlib .Məlumatlara görə, hakim partiya səslərin 21,9%-ni toplayır.Qeyd olunur ki, bu, partiyanın yüz ildən çox müddətdə ən pis nəticəsidir.Sosialist Xalq Partiyası 11,6% səslə ikinci yerdədir. Müdafiə naziri Troels Lund Poulsenin Venstre partiyası isə 10,1% səslə üçüncü yerdədir.Liberal Alyans 9,4% səslə dördüncü yerdə, Danimarka Xalq Partiyası isə 9,1% səslə beşinci yerdədir.Qeyd olunur ki, seçkilərin nəticələrinə görə, nə "qırmızı blok", nə də "mavi blok" səs çoxluğu qazana bilməyəcək.Mərkəz-sol ("qırmızı blok") cəmi 84 yer, mərkəz-sağ ("mavi blok") 77 yer, mülayim qüvvələr isə...
25 Mart 2026, 12:31
Hizbullah son bir saatda İsrail ərazisinə 30 mərmi atıb
Hizbullah son bir saatda İsrail ərazisinə 30 mərmi atıb Citypost.az xəbər verir ki, İsrailin 12-ci Kanalının verdiyi məlumata görə, Livan silahlı qruplaşması son bir saat ərzində İsrailə 30 mərmi atıb.Zərbələr Safed şəhəri də daxil olmaqla, İsrailin şimalında həyəcan siqnalı verdi.Tələfat barədə məlumat verilməyib.Əli
25 Mart 2026, 12:21
İran haker qrupu keçmiş Mossad rəhbərindən 14 GB məxfi məlumat əldə edib
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Handala haker qrupu keçmiş Mossad direktoru Tamir Pardodan 14 GB məxfi məlumat əldə etdiyini iddia edir.İran mətbuatının məlumatına görə, sızdırılan materiallar gizli əməliyyatlara və İrana qarşı iddia edilən "sui-qəsdlərə" işıq salır.Xüsusilə, əldə edilən məlumatlar Pardonun Dariuş Rzainejad və Mustafa Əhmədi Rövşən də daxil olmaqla, İran alimlərinin qətlə yetirilməsini şəxsən əmr etdiyini göstərir.Yeganə
25 Mart 2026, 12:20
Makron Pezeşkianı Hörmüz boğazında naviqasiya azadlığını bərpa etməyə çağırıb
Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkyanla telefon danışığında Hörmüz boğazından gəmiçiliyin bərpası məsələsini qaldırıb. Citypost.az xəbər verir ki, Fransa lideri bu barədə X-də yazıb.Makron yazıb: "Region ölkələrinə qarşı qəbuledilməz hücumların dayandırılmasının, enerji və mülki infrastrukturun qorunmasının təmin edilməsinin və Hörmüz boğazında naviqasiya azadlığının bərpa edilməsinin mütləq zəruriliyini bir daha təsdiqlədim".O əlavə edib ki, Pezeshkianı "gərginliyin azaldılması üçün yol açmaq məqsədilə danışıqlar prosesində xoş niyyətlə iştirak etməyə" və İranın nüvə və raket proqramları ilə bağlı beynəlxalq ictimaiyyətin gözləntilərini qarşılayacaq sənəd qəbul etməyə çağırıb.Fevralın 28-də ABŞ-İsrail arasında İrana qarşı hücumlar və İranın cavab hücumları səbəbindən Hörmüz boğazından gəmiçilik demək olar...
25 Mart 2026, 12:06
İran hərbi rəsmisi: ABŞ özü-özü ilə danışıqlar aparır
ABŞ özü-özü ilə danışıqlar aparır.“Tasnim” agentliyi xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının “Xatam al-Anbiya” Mərkəzi Qərargahının sözçüsü Ebrahim Zolfaqari deyib.“İçinizdəki mübarizənin səviyyəsi artıq özü-özü ilə danışıqlar aparmaq səviyyəsinə çatıb”, - o qeyd edib.Zolfaqari ABŞ-ın investisiyaları və müharibədən əvvəlki enerji qiymətləri yalnız Vaşinqtonun regionda sabitliyin İranın silahlı qüvvələri tərəfindən təmin edilməsini qəbul etdikdə geri qayıdacağını vurğulayıb.“Özünün strateji gücü ilə öyünən ABŞ indi strateji fiaskoya uğrayıb. Əgər bu supergüc olmaq iddiasında olan ölkə çətin vəziyyətindən çıxmaq qabiliyyətinə malik olsaydı, bunu artıq edərdi. Öz uğursuzluğunuzu razılaşma adlandırmayın”, - o tövsiyyə edib....
25 Mart 2026, 10:30
Ermənistan Konstitusiya Məhkəməsinin yeni hakimi seçildi
Ermənistan Milli Məclisində keçirilən qapalı səsvermədən sonra Vladimir Vardanyan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçilib.Citypost.az "Armenpress" ə istinadən xəbər verir ki, səsvermənin nəticələrini sayma komitəsinin sədri Narek Babayan açıqlayıb.107 Milli Məclis üzvündən 67-si səsvermədə iştirak edib və hamısı Vardanyanın namizədliyinin lehinə səs verib.Qanuna görə, yeni seçilmiş Konstitusiya Məhkəməsinin hakimi Milli Məclisin iclasında and içir.Vardanyan 26 mart sessiyasında and içəcək.Vladimir Vardanyanın namizədliyi Ermənistan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb. Vladimir Vardanyan Konstitusiya Məhkəməsində Hrayr Tovmasyanı əvəz edəcək. Tovmasyanın səlahiyyətləri məhkəmənin onu cinayət işi çərçivəsində irəli sürülən ittihamlar üzrə təqsirli bildiyinə görə dayandırılıb.Əli...
25 Mart 2026, 10:20