Bizə yazın

Baku

-°C

USD

-

Ağızdan çıxan sözlər mənəvi zərərə səbəb ola bilər

Hüquq 25 Mart 2026, 12:16

260

Həyat yoldaşına hörmətsiz sözlər deyən şəxs artıq məsuliyyət daşıya bilər

Citypost.az-ın məlumatına görə, həyat yoldaşına qarşı hörmətsiz davranış məsələn, “sən köksən, mən səni bəyənmirəm” və ya “sən kişi deyilsən” kimi ifadələr – artıq mənəvi zərərə səbəb ola bilər və hüquqi məsuliyyət yaradır.

Əvvəllər belə hallar qanunla tənzimlənmirdi, lakin son qərarlara görə, əgər bu tip davranışlar varsa, vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Bunun üçün isə subut və dəlillər toplanmalıdır. Məhkəmə yalnız möhkəm əsaslarla qərar qəbul edir, buna görə aşağıdakı sübutlar əhəmiyyətlidir:

Psixoloq və ya mütəxəssis rəyi,

Həkim kağızları və müalicə qeydləri,

Həmin dövrdə qəbul edilən dərman preparatlarının qəbzləri,

Video görüntülər, WhatsApp və digər yazışmalar.

Bu dəlillər məhkəmədə təqdim olunduqda, həyat yoldaşına qarşı hörmətsiz sözlər mənəvi təzminatın təyin olunmasına əsas ola bilər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İşsiz qalmaq aliment öhdəliyini aradan qaldırmır !– Hüquq nə deyir?

Artıq bir çox valideyn işsiz qaldıqda aliment ödəmək məsələsi ilə üzləşir. Bu, sosial şəbəkələrdə və məhkəmələrdə tez-tez müzakirə olunan mövzulardan biridir. Hüquqşünasların açıqlamasına görə, işsiz qalmaq aliment ödənişindən azad olmaq üçün əsas sayılmır.Citypost.az-ın məlumatına görə, hüquqşünaslar bildirir ki, aliment uşağın saxlanması və təminatı üçün müəyyən olunmuş puldur və valideyn işsiz olsa belə, bu məbləği ödəməlidir. “Uşaq hüquqları hər zaman üstün tutulur və dövlət tərəfindən qorunur. İşdən çıxmaq və ya müvəqqəti işsiz qalmaq aliment öhdəliyini aradan qaldırmır. Ödənilmədiyi halda isə müvafiq icra tədbirləri tətbiq olunur,” – deyə hüquqşünas qeyd edir.Qanuna əsasən, qarşı tərəf razılaşarsa və ya məhkəməyə müraciət olunarsa, alimentin ödənişi...

24 Mart 2026, 16:36

Sosial mediada təhqir: Hüququ nə deyir?  

Son zamanlar sosial şəbəkələrdə təhqir, şərəf və ləyəqətə xələl gətirən paylaşımlar artıb. Hüquqşünaslar bildirir ki, belə hallarda vətəndaşlar birbaşa məhkəməyə müraciət edə bilər.Citypost.az xəbər verir ki, Məhkəmə prosesində təqsirli şəxslər bir il müddətinə qədər azadlıqdan məhrum edilə, həmçinin yüksək məbləğdə maddi və mənəvi təzminat ödəməyə məcbur edilə bilərlər. Ekspertlər vurğulayır ki, vətəndaşlar bu hüquqlarından çəkinmədən istifadə etməli, nəticədə təqsirkarların gələcəkdə belə hallardan çəkindiyini təmin etməlidirlər.Beləliklə, sosial şəbəkələrdə təhqir və alçaldıcı paylaşımlar yalnız hüquqi məsuliyyətsiz qalmır, hüquqi müdaxilə vasitəsilə şəxsiyyətin qorunması mümkündür.Əli...

24 Mart 2026, 12:34

Ev satışında qeydiyyatlı ailə üzvlərinin razılığı: nə bilmək lazımdır?

Ev sahibi öz mülkiyyətində olan mənzili satmaq istədikdə, bəzi hallarda ata, ana, bacı və qardaş kimi qeydiyyatda olan ailə üzvlərinin razılığı tələb olunur. Citypost.az xəbər verir ki, Qanunvericiliyə görə, əgər ev yalnız sahibin adınadırsa, qeydiyyatda olan şəxslərin razılığı məcburi deyil.Amma notariyyat kontorları praktikada onların razılığını tələb edir. Bunun məqsədi gələcəkdə mübahisələrin qarşısını almaqdır. Evdə qeydiyyatda olan, amma faktiki olaraq orada yaşamayan şəxslərin istifadə hüquqları qüvvədə qalır. Sahib, məhkəməyə müraciət etməklə, həmin şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsini təmin edə bilər. Belə qərar qəbul edildikdə, qeydiyyatda olan şəxsin razılığı artıq tələb olunmur.Əgər məhkəmə tərəfindən istifadə hüququnun itirilməsi təsdiqlənibsə, həmin şəxslərə kompensasiya...

23 Mart 2026, 16:10

Vergi tələblərində vətəndaşların hüquqları 

Son dövrlərdə bəzi vətəndaşlar torpaq və əmlak vergilərinin hesablanması ilə bağlı çaşqınlıq yaşayır. Bu məsələ xüsusilə çoxmərtəbəli binalarda yaşayan vətəndaşların diqqətini çəkir.Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, ilk növbədə vətəndaşlar yerli vergi orqanına müraciət etməli və soruşmalıdırlar ki, onlardan vergi hansı əsasla tələb edilir. Məsələn, bir sahədə 16 mərtəbəli bina tikilib, hər mərtəbədə bir neçə ailə yaşayırsa, bəzi hallarda hər ailədən torpaq vergisi tələb olunması vətəndaşlar üçün anlaşılmaz görünə bilər.Ekspertlər bildirir ki, vergi qanunvericiliyi tələblərin əsaslarını göstərməli və hər vətəndaşın hüququ qorunmalıdır.Vətəndaşlar sorğu verərək ödənişin hüquqi əsasını öyrənə, əgər tələb qanunsuz və ya səhv hesab edilirsə, bunu hüquqi yollarla...

23 Mart 2026, 12:18

30 illik pensiya üçün yenidən həkim müayinəsi tələb olunur? 

Son dövrlərdə bir sıra vətəndaşlar 30 il və daha uzun müddət pensiya aldıqları halda, indi yenidən həkim müayinəsindən keçməyə məcbur edilir. Vətəndaşların iddiasına görə, onlar pensiyanı ömürlük alıblar və əlavə müayinə tələb olunması məntiqli görünmür.Citypost.az xəbər verir ki, hüquqi baxımdan, ömürlük təyin edilmiş pensiyalar üçün müvafiq sənədlər və qərarlar mövcuddur. Əgər pensiya artıq ömürlük olaraq verilibsə, əlavə yoxlama yalnız xüsusi səbəblər olduqda tələb oluna bilər. Hər hansı sənəd və ya prosedur səhvi aşkar edildikdə, vətəndaş təkrar olaraq müvafiq inzibati orqana müraciət edə və pensiyanın bərpasını tələb edə bilər.Ekspertlər bildirirlər ki, inzibati orqanlar tərəfindən pensiyanın bərpası təmin olunmazsa, vətəndaş məhkəmə qaydasında...

23 Mart 2026, 12:05

Keçmiş ailə üzvünü yaşayış yerindən çıxarmaq qaydaları  

Hüquqşünaslar bildirirlər ki, keçmiş ailə üzvünü, yəni boşanma və ya nikahın ləğvindən sonra, yaşayış yeriniz üzrə qeydiyyatdan çıxarmaq proseduru nikahın qeydiyyata alınma tarixindən asılıdır.Citypost.az-ın məlumatına görə, əgər nikah 2009-cu il oktyabrın 1-dən əvvəl qeydiyyata alınmışdırsa, münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin ikinci bəndi ilə tənzimlənir. Bu halda, tərəflər arasında yaşayış sahəsinin istifadə hüququna dair razılaşma yoxdursa, mülkiyyətçi məhkəməyə müraciət edərək müvafiq kompensasiya tələb etməklə hüququ bitirə bilər.Əgər nikah 2009-cu il oktyabrın 1-dən sonra qeydiyyata alınmışdırsa, münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə tənzimlənir. Bu halda, yaşayış sahəsi mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında razılaşma olmadıqda, nikahın pozulması və...

20 Mart 2026, 11:46