Bizə yazın

Baku

-°C

USD

-

Ölüm,sənə ölüm olsun... - Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Söz adamı 26 Sentyabr 2024, 14:42

25047

Mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın vəfatının ildönümüdür. Tanınmış şair Şəmsi Vəfadar bununla bağlı mərhum deputatın işıqlı xatirəsinə həsr etdiyi şeiri təqdim edirik:


Qənirə Paşayevanın işıqlı xatirəsinə

 

Ölüm,sənə ölüm olsun...
Bir gör kimi gedib sevdin.
Ölüm,sənə zülüm olsun,
Dərddən,qəmdən binələnib 
Qapısı yox,bacası yox
Bu nə koma,bu nə evdi...?!

 

Köksündəki gizli yara,
Boy atırmış demə hər gün.
Qəlbi oldu para-para,
Gözlərindən boylanardı,
İlk məhəbbət üzgün-üzgün...

 

Özü boyda bir ürəkdi,
Dərdi sevdi heyran oldu.
Yaralanmış quş tək səkdi,
O ölümə baxıb güldü...
Qəlbi dərdə meydan oldu.
 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yüzə doğru gedən ŞAİR

95-ə çatdın, Nəriman Baba… 100-ə nə qaldı?Bəzən bir insanın yaşı sadəcə rəqəm olmur. O rəqəm bir epoxanın yaddaşı, bir xalqın duyğusu, bir nəslin ruhu olur. Bu gün 95 yaşını qeyd edən ustad şair Nəriman Həsənzadə də məhz belə talelərdəndir.95 il…Bir əsrə yaxın ömür.Bu, təkcə yaşanan zaman deyil – yazılan tarixdir.Onun misralarında bir xalqın nisgili var, sevinc var, vətən ağrısı var, insanın iç dünyası var. O şeirlər ki, məktəb partasından başlamış səhnə tribunasına qədər səslənib. O sözlər ki, illər keçsə də köhnəlməyib. Çünki həqiqi söz zamanın tozunu qəbul etmir.Nəriman Həsənzadə poeziyası həmişə insanın içindən danışıb. O, pafosdan uzaq, amma ləyaqətdən uzaq...

18 Fevral 2026, 10:54

Siyasi mədəniyyət problemi – Debat niyə şəxsi hücuma çevrilir?

Siyasi debat cəmiyyətin inkişaf göstəricilərindən biridir. Fikir müxtəlifliyi, alternativ baxışların toqquşması və arqumentlərin açıq şəkildə müzakirəsi sağlam siyasi mühitin əsas şərtidir. Lakin reallıqda tez-tez şahid oluruq ki, debat məzmundan uzaqlaşaraq şəxsi hücumlara, ittihamlara və emosional qarşıdurmaya çevrilir. Bu tendensiya siyasi mədəniyyət problemini açıq şəkildə ortaya qoyur.Debatın şəxsi müstəviyə keçməsinin əsas səbəblərindən biri arqument mədəniyyətinin yetərincə formalaşmamasıdır. Fikir mübadiləsi fakt, analiz və məntiq üzərində qurulmadıqda, ən asan yol qarşı tərəfin şəxsiyyətini hədəfə almaq olur. Mövzu ətrafında əsaslandırılmış mövqe ortaya qoymaq əvəzinə, opponentin keçmişi, xarakteri və ya şəxsi həyatı müzakirə obyektinə çevrilir. Nəticədə ideya yox, insan mühakimə olunur və debat keyfiyyətini itirir.Bu...

16 Fevral 2026, 10:53

Gənclər, sosial media və yeni həyat tərzi

Son illərdə gənclərin həyat tərzi və karyera seçimləri ciddi şəkildə dəyişib. Sosial media, texnologiyanın sürətli inkişafı və qlobal trendlər gənclərin gündəlik həyatına, dəyərlərinə və gələcək planlarına əhəmiyyətli təsir göstərir.Müasir gənclər üçün sosial media artıq yalnız əlaqə vasitəsi deyil. Platformalar gənclərə həm məlumat əldə etmək, həm də özünü ifadə etmək, bacarıqlarını göstərmək imkanı yaradır. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu təsir həm müsbət, həm də mənfi ola bilər. Sosial medianın həddindən artıq istifadəsi psixoloji gərginlik, özünəinamın azalması və müqayisə hisslərinin güclənməsinə gətirib çıxara bilər.Eyni zamanda, sosial media gənclərə yeni peşə sahələrini tanımaq və karyera istiqamətləri seçməkdə də dəstək olur. Freelancer iş...

11 Fevral 2026, 12:40

ABŞ vitse-prezidentinin səfəri: Region üçün yeni siyasi mərhələ

ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri Vaşinqtonun regiona münasibətdə daha sistemli və uzunmüddətli strategiyaya keçdiyini göstərən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Bu səfər fonunda verilən mesajlar onu deməyə əsas verir ki, ABŞ artıq Cənubi Qafqazı yalnız böhranların idarə olunduğu məkan kimi deyil, sabitlik və inkişaf üzərində qurulacaq yeni regional modelin bir hissəsi kimi görür.Vaşinqtonun əsas diqqət mərkəzində Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması dayanır. ABŞ üçün bu sülh prosesi təkcə iki ölkə arasında münasibətlərin tənzimlənməsi deyil, bütövlükdə regionda geosiyasi risklərin azalması, iqtisadi əməkdaşlığın genişlənməsi və enerji təhlükəsizliyinin möhkəmlənməsi deməkdir. Bu baxımdan, sülh sazişinin imzalanması və kommunikasiyaların açılması ABŞ-ın regional maraqları ilə üst-üstə düşür.Xüsusilə...

10 Fevral 2026, 10:50

Müharibələr gələcəyə olan inamı necə öldürür?  

Dünya uzun zamandır sakit deyil. Xəritələr dəyişir, sərhədlər gərginləşir, xəbərlər isə getdikcə daha çox müharibə, qarşıdurma və böhran başlıqları ilə dolur. Bu proses təkcə dövlətləri və siyasətçiləri deyil, ən çox da adi insanları vurur. Çünki müharibə yalnız cəbhədə getmir — o, insanların düşüncəsində, qorxularında və gələcəyə baxışında da davam edir.Beynəlxalq qarşıdurmalar artdıqca insanların sabaha olan inamı zəifləyir. Sabahın necə olacağı, harada oyanacağın, işinin, evinin, ölkənin taleyi sual altına düşür. İnsan plan qurmaqdan çəkinir, uzunmüddətli düşünmək əvəzinə “bu günü birtəhər başa vurmaq” psixologiyasına köklənir.Müharibə xəbərləri artıq adi informasiya axınına çevrilib. Bir ölkədə bombalar partlayır, başqa bir ölkədə sanksiyalar tətbiq olunur, digərində...

09 Fevral 2026, 11:44

Rənglərdə keçmişlə gələcəyin vəhdəti 

Xalq rəssamı, Rəssamlar İttifaqını katibi Ağaəli İbrahimovun 80 yaşı tamam olur. Yubilyar dostumun əsl ziyalıya, kübar insana xas həyat tərzi, istedadlı fırça ustası kimi zəngin yaradıcılığı gözlərim önündədir. Azərbaycan rəngkarlıq məktəbinin ünlü nümayəndələrindən sayılan Ağaəli İbrahimovun yaratdığı əsərlərdə müəllifin özünəməxsus dəsti-xətti aydın hiss olunur. O, fırçası vasitəsi ilə yerlə göy arasında bizim görə bilmədiyimiz mühiti təsvir edir. Tablolarında keçmişlə gələcəyin vəhdətini qurmağa çalışır və buna gözəl də nail olur. Görkəmli fırça ustasının fərdi yaradıcılıq üslubu, yolu tələbkar sənətşünasların, mətbuatın daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Ağaəli müəllim haqqında həm ölkəmizdə, həm də bizim sərhədlərdən uzaqlarda çox yazılıb, təhlillər aparılıb, tədqiq edilib, dünya...

06 Fevral 2026, 14:13