Bizə yazın

Baku

-°C

USD

-

Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək

Söz adamı 11 Oktyabr 2024, 14:36

11221

Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək.

CityPost.az-ın məlumatına görə Rəşad Məcidiin anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir 12 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Ağcabədi Rayon Mədəniyyət Mərkəzində baş tutacaq.

Tədbirin təşkilatçısı Ağcabədi  Rayon  İcra Hakimiyyəti və  Azərbaycan Yazıçılar Birliyidir. Tədbirin moderatoru yazıçı-publisist  Aqil  Abbasdır.

Qeyd edək ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib.[3] 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

 

Miri Məcidli

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış jurnalist Qafar Çaxmaqlının 70 yaşı tamam olur

Tanınmış jurnalist və alim Qafar Çaxmaqlının 70 yaşı tamam olur.Citypost.az xəbər verir ki, 1956-cı il avqustun 16-sı Qərbi Azərbaycanın Çaxmaq kəndində doğulan Qafar Qələndər oğlu Mehdiyev 1980-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1980-1989-cu illərdə “Kommunist” (ermənicə) qəzetinin müxbiri olub.“Vətən səsi” (1990-1991), “Xalq qəzeti” (1991-1992), “Millət” (1992-1993), “Yeni Azərbaycan” (1993), “Vətəndaş” (1993-1995), “Avrasiya” (1995-1996), “Respublika” (1996-1999) qəzetlərində məsul vəzifələr tutub.1999-2000-ci illərdə Türkiyə Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-2006-cı illərdə Bakı Dövlət Universitetinin mətbuat xidmətinə rəhbərlik edib.Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində pedaqoji fəaliyyət göstərib, siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb.Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) professoru, ermənişünaslıq bölümünün başqanı,...

14 Avqust 2026, 23:51

Mentalitetin isə kitabxanası yoxdur

Mədəniyyət və mentalitetin bir-birini dəstəkləməyən zidd anlayışlar olduğunu yazdığım cümlələrə iradlar gəldi ki, guya, mədəniyyət mentalitetin sütunları üzərində dayanmasa çox tez uçub-dağılar.CityPost.az xəbər verir ki,bunu yazıçı Aqşin Yenisey bildirib.Mədəniyyətin sütunları bunlardır: elm, fəlsəfə, sənət və hüquq. Mentalitetdə elmi din, fəlsəfəni inanc, sənəti folklor, hüququ şəxsi vicdan əvəz edir. Mədəniyyətin bütün sütunları aşağıda kitabaxanada birləşir. Mentalitetin isə kitabxanası yoxdur. Ölkəni ələk-vələk etsək, neçə evdə kitabxana olduğuna şahid ola bilərik? Niyə bizim evlərdə kitabxana yoxdur? Çünki mentalitet əsaslı cəmiyyətik, kitabxanaya ehtiyacımız yoxdur. Universitetə şalvar qayışına soxduğu iki dəftərlə gedən toplumuq. Biz mədəniyyəti mentalitetin üzərinə, yəni elmi dinin, fəlsəfəni inancın, sənəti folklorun, hüququ şəxsi vicdanın üzərinə...

14 Avqust 2026, 13:11

Yer yoxdu el arasında  

Yer yoxdu el arasındaEl üzünə ağ olana.Tülkülük etmək yaraşmazİnsan kimi doğulana.Boğdular çox istəyimi, Bu sitəmlər bəs deyilmi?Dünya bir məhbəs deyilmiÜrəyi dustaq olana?Bulanıq sular durular,Nə vaxtsa məhşər qurular,Nə qədər balta vurular,Aman Allah, yıxılana?Köksümdə dərd adası var,Hər işin bir qaydası var,Sarayın nə faydası varKönül mülkü dağılana?Son kəlməni göy deyəcək,Yaram çoxmu göynəyəcək?Axı məlhəm neyləyəcək Sinəsində dağ olana?Bir çiçək varmı solmayan?Halal bir eşqə ol maya!Qəlbində iman olmayanAdam çətin ağıllana…31.07.2023.Rafiq Yusifoglu...

14 Avqust 2026, 11:59

BİRCƏ GÖZƏLİ VAR VUR-TUT DÜNYANIN  

Vasif Süleyman yazır:Nə dərd çək, nə həsrət, nə də ki ağla,Neçə ki, səninəm... Unut dünyanı.Sən gəl, ürəyini buz kimi saxla,Bircə gözəli var vur-tut dünyanın.Elə ki, üzünə yolları bağlı,Dərdi sevincindən əzəl görünür.Qəribə şey imiş insanın ağlı,Sevdiyi hamıdan gözəl görünür.Alnımı yandırar qəlbimin təri, Gözümün yaşını əyləyə billəm.Ürəyim göynəyir səndən ötəri,Məndən uzaqdasan neyləyə billəm... Canım, sevgi hara, unutmaq hara,Həsrəti gözümə sıxıram indii.Məni qısqandığın gözəl qızlara,Çiynimin üstündən baxıram indi.Nə dərd çək, nə həsrət, nə də ki ağla,Neçə ki, səninəm... Unut dünyanı.Sən gəl, ürəyini buz kimi saxla,Bircə gözəli var vur-tut dünyanın...

14 Avqust 2026, 11:52

Üfunət içindəyəm  -Ayaz Arabaçı

Üfunət içindəyəmAlmağa hava yoxdu.Gündə yüz yol ölürəm,Çox da ki,dava yoxdu.Məndə həvəs qalmayıb,Day bu ömrü sürməyə.Hərə bir it bəsləyir ,Üstümə hürdürməyə.Adamlar balıq kimi-Ağzında su yaşayır.Sevinci qətl ediblər, Qorxu-tabuYaşayır...Haqq uğruna bir qərar.Yox dəxi doğru-düzgün.Didir vətəni leştək.Bir sürü qarğa-quzğun.Bəxtin saatı yatıb,Bir günümüz il dadır.Dilimiz ağzımızda,Tikanlı məftil dadır.İzlər tamam qarışıbHər addımda çaşırıq.Olan-qalan günləri,Ümidlə uğraşırıq.Bu nə dərdli hekayə.Bu nə qəmli bəstədir.Vətəni sevənlərin Hamısı məhbəsdədir.Qələmə alammıram,Ən gözəl pak hissləriTanrım nə vaxt yaratdın,Bu qədər iblisləri.Allaha çatammırıq,İman çox uzaqdadır.Bu gəmi də batacaq,Liman çox uzaqdadır...Ayaz Arabaçı...

14 Avqust 2026, 11:28

Ədəbiyyat və Onun Adamları - Afaq Məsud yazır 

Afaq MƏSUDYazıma seçdiyim bu qəribə başlıq, uzun illərdən bəri Ədəbiyyat və Onun Adamları ilə bağlı gəldiyim bir çox təsirli qənaətlərimdən alınan ümumi mənzərəni əks etdirir və söhbət, əlbəttə ki, öz sərhədləri, yazılmamış qayda və qanunları olan həqiqi Ədəbiyyatdan, Onun xüsusi növ Adamlarından gedir. Daha dəqiq desəm, «60-cılar» deyilən ədəbi nəsilə aid edilsə də, cəmiyyətin alt qatını Mirzə Fətəli Axundzadə gözü ilə görüb, Mirzə Cəlil yumoru ilə qələmə alan, dərin bədii tutumlu roman və pyeslər, müxtəlif azərbaycanlı tipləri və xarakterlərinin usta yazıçı məharəti ilə açıldığı təsirli povest, novella və hekayələr müəllifi Elçindən gedir.Hələ 60-cı illərin ortalarından bina qonşumuz yazıçı İlyas Əfəndiyevin...

13 Avqust 2026, 14:47