Həkimlər xəbərdarlıq edir:İnfarktın ilk əlamətlərini gözardı etməyin
Tibb 20 Aprel 2026, 11:10
834
Mütəxəssislər bildirirlər ki, ürək tutması – miokard infarktı – bir çox hallarda qəfil baş versə də, əvvəlcədən müəyyən xəbərdaredici əlamətlərlə özünü göstərə bilər.
Citypost.az xəbər verir ki, Kardioloqların sözlərinə görə, bu əlamətlər bəzən çox aydın olmur və insanlar tərəfindən adi narahatlıq kimi qiymətləndirilir. Lakin diqqət yetirilməli əsas siqnallar bunlardır:
qəfil soyuq tər basması
sinədə sıxılma və ya qeyri-adi narahatlıq hissi
kürək və ya qolda keçməyən ağrı və sızıltı
mədə nahiyəsində sancı, ağrı və köp hissi
Həkimlər vurğulayır ki, bu əlamətlər “öz-özünə keçər” düşüncəsi ilə nəzərə alınmamalıdır. Çünki bəzi hallarda çox qısa gecikmə belə ciddi nəticələrə, hətta həyati riskə səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, infarkt şübhəsi yarandığı anda vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək həyati əhəmiyyət daşıyır.
Sonda həkimlər xəbərdarlıq edirlər: ürəklə bağlı hər hansı qeyri-adi hisslərə laqeyd yanaşmaq olmaz – erkən müdaxilə həyat xilas edir.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Smuzilər və şirələr: sağlamlığa təsirində gözlənilməz fərq müəyyən olunub
Yeni araşdırmanın nəticələrinə görə, meyvələrin hansı formada qəbul edilməsi sağlamlıq göstəricilərinə birbaşa təsir edir və ən yaxşı nəticələr şirələrdə deyil, smuzilərdə və bütöv meyvələrdə müşahidə olunur.Citypost.az-ın məlumatına görə, tədqiqat çərçivəsində insanlar meyvəni qəbul etmə formasına görə qruplaşdırılıb: şirə, smuzi, bütöv meyvə və minimal meyvə istehlakı.Nəticələr göstərib ki, müntəzəm smuzi qəbul edən şəxslərdə həm fiziki, həm də psixoloji sağlamlıq göstəriciləri daha yaxşı olub, həmçinin hipertoniya, yüksək xolesterin və diabet kimi xroniki xəstəliklərin rastgəlmə halları daha az müşahidə edilib.Bütöv meyvə istehlakçıları ikinci yerdə qərarlaşıb. Şirə qəbul edənlər isə ən zəif sağlamlıq göstəricilərini nümayiş etdiriblər. Bu qrupda xroniki xəstəliklərin daha çox olduğu, ümumi...
22 Aprel 2026, 12:55
Gündə 2 litr su içmək hər zaman faydalı deyil — mütəxəssis açıqlaması
Mütəxəssislərin fikrincə, gündə 1,5–2 litr su içmək barədə geniş yayılan qayda hər zaman dəqiq və universal norma sayılmamalıdır.Citypost.az xəbər verir ki, insanın gündəlik maye ehtiyacı təkcə təmiz sudan deyil, ümumi maye qəbulundan formalaşır. Buna içkilər, həmçinin şorba, tərəvəz, meyvə və digər qidaların tərkibində olan maye də daxildir. Bu səbəbdən bir çox hallarda orqanizmin ehtiyac duyduğu maye artıq qida vasitəsilə təmin olunur.Mütəxəssis bildirir ki, suya olan tələbat mövsümə və hava şəraitinə görə dəyişir. İsti havalarda tərləmə artdığı üçün orqanizm daha çox maye tələb edir, soyuq fəsillərdə isə bu ehtiyac azalır və su içməyə məcburiyyət yoxdur.Eyni zamanda qeyd edilir ki, həddindən artıq...
22 Aprel 2026, 11:57
Erkən yaşlarda mikroblara məruz qalma immun yaddaşı formalaşdırır
Uşaqların biomüxtəlifliyi yüksək olan mühitlərdə — fermalarda, ev heyvanları ilə yaşayan ailələrdə və kənd yerlərində böyüməsinin allergiyalara daha az meyilli olması elmi araşdırmalarla təsdiqlənib.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin qənaətinə görə, erkən yaşlarda müxtəlif mikroblar və zülallarla təmas immun sistemin geniş yaddaş formalaşdırmasına kömək edir və gələcəkdə allergik reaksiyaları tətikləyən anticisimlərin yaranmasının qarşısını alan balanslı cavab mexanizmi yaradır.Araşdırmalara əsasən, belə mühitdə formalaşan immun sistem zərərsiz allergenlərə (məsələn, bəzi qidalar, heyvan tükləri və bitki tozcuqları) qarşı həddindən artıq reaksiya vermək əvəzinə daha tənzimlənmiş cavab göstərir.Tədqiqat çərçivəsində aparılan müşahidələr göstərib ki, mikroblarla zəngin mühitdə böyüyən siçanlar laboratoriya şəraitində yetişdirilən siçanlarla müqayisədə allergik reaksiyalara daha...
22 Aprel 2026, 10:56
Qulaqda “Frank xətti” ürək-damar xəstəliyinə işarə ola bilərmi?
Son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif müzakirələrdə qulaqda görünən müəyyən bir xəttin insan sağlamlığı ilə əlaqəli olub-olmaması barədə suallar tez-tez gündəmə gəlir.Citypost.az-ın məlumatına görə, tibbdə qulaq dibində diaqonal istiqamətdə görünən xətt Frank işarəsi adlandırılır. Bəzi elmi araşdırmalarda bu əlamət ateroskleroz və ürək-damar sistemi problemləri ilə əlaqələndirilib.Həkimlərin izahına görə, bu xətt qulaq dərisindəki mikrosirkulyasiya dəyişiklikləri və kollagen strukturlarının pozulması ilə bağlı ola bilər. Bu isə bəzi hallarda damar divarlarında sərtləşmə və yağ yığılması kimi proseslərin dolayı göstəricisi kimi qiymətləndirilir.Lakin mütəxəssislər xüsusi vurğulayır ki, Frank işarəsi təkbaşına xəstəlik diaqnozu deyil. Yəni bu əlamətin olması mütləq ürək-damar xəstəliyi demək deyil və yalnız risk...
21 Aprel 2026, 16:57
Siqaretin ürək-damar sisteminə təsiri
Siqaret istifadəsinin sağlamlığa təsiri ilə bağlı ən çox müzakirə olunan məqamlardan biri onun ürək-damar sisteminə göstərdiyi zərərdir.Citypost.az xəbər verir ki, həkimlərin qeyd etdiyinə görə, siqaret istifadəsi ilk çəkilişdən etibarən orqanizmdə kəskin fizioloji dəyişikliklər yaradır. İlk siqaret ürək döyüntülərinin artmasına, sinir sisteminin stimullaşmasına və damarların daralmasına səbəb ola bilər.İkinci və növbəti siqaretlər isə daha ciddi təsir göstərərək damar divarlarında spazm yaradır, bu da qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Uzunmüddətli istifadə nəticəsində damarların elastikliyi azalır və ürək-damar sistemi daha çox yüklənir.Mütəxəssislər bildirirlər ki, siqaret yalnız ağciyər xərçəngi deyil, həm də ürək xəstəlikləri və ateroskleroz riskini artırır. Bu proses damar divarlarının qalınlaşması, xolesterin...
21 Aprel 2026, 13:15
Vitamin D yüksək doza qəbul ediləndə böyrəkdaşı yarada bilərmi?
Mütəxəssislərin sözlərinə görə, dinləyicilər tərəfindən tez-tez verilən suallardan biri yüksək dozada Vitamin D qəbulunun böyrəkdaşı riskini artırıb-artırmaması ilə bağlıdır.Citypost.az xəbər verir ki, Həkimlər bildirirlər ki, bu suala birmənalı “hə” və ya “yox” cavabı vermək olmur. Çünki nəticə bir neçə faktordan asılıdır: doza, qəbul müddəti və orqanizmin fərdi metabolizmi.Vitamin D orqanizmdə kalsiumun sorulmasını artırır. Bu proses sümüklər üçün vacib olsa da, nəzarətsiz və yüksək dozada qəbul edildikdə qanda kalsium səviyyəsinin artmasına və bəzi hallarda böyrəkdə daş əmələ gəlməsi riskinin yüksəlməsinə səbəb ola bilər. Bu vəziyyət böyrəkdaşı xəstəliyi ilə əlaqələndirilir.Mütəxəssislər həmçinin qeyd edir ki, vitamin D-nin düzgün təsiri üçün orqanizmdə K vitamini...
21 Aprel 2026, 12:53