Xoşqədəm Hidayətqızı məhkəməyə verilir — Efirdə nə baş verib? (VİDEO)
Tv-də baş verənlər 06 Mart 2025, 11:55
29427
"ARB" kanalında yayımlanan “Səni Axtarıram” proqramının efirində hüquqlarının pozulduğunu iddia edən qadın mətbuat vasitəi ilə şikayətini ünvanlayıb.
Bu barədə CityPost.az saytına müraciət edən Pərvanə Məhərrəmova özü məlumat verib.
Qadının sözlərinə görə Xoşqədəm Hidayətqızının müəllif və aparıcısı olduğu “Səni Axtarıram”proqramında onun xərçəng xəstəsi olması barədə efirdə həqiqətə uyğun olmayan məlumat səsləndirilib. Bu saxta məlumatdan sonra ailə dərin sarsıntı keçirib .Daha sonra isə əsl həqiqət üzə çıxanda,ailə sözün əsl mənasında şok keçirib.Qadının sözlərinə görə,təkrar müayinələrdən sonra onun xərçəng xəstəsi olmaması üzə çıxıb.
“Mən ailə məsələlərimlə bağlı Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” verilişinə müraciət etdim. Verilişdə problemlər müzakirə olunan zaman 16 noyabr 2024-cü il tarixdə “Səni Axtarıram” proqramının yayımlanmış növbəti bölümü zamanı Xoşqədəm Baxşəliyeva mənim 4-cü dərəcə qarın boşluğuna yayılmış xərçəng xəstəsi olduğumu canlı yayımda bildirdi. Bu xəbərdən sonra studiyada olan valideynlərim,ekran başında efiri izləyən övladlarım şok keçirdilər. Mən özüm də bu xəbərdən çox sarsıldım. O anda nə edəcəyimizi bilmirdik. Qoyulan diaqnoz əsasında iki ay ərzində məni 5 dəfə “kimyaterapiya” etdilər. Terapiya aldığım müddətdə halsız olmağıma rəğmən efirə çıxmağa məcbur edilirdim.Sən demə Xoşqədəm Hidayətqızı yaratdığı saxta xəstəlik şousu ətrafında reytinq qazanırmış”,- deyə şikayətçi bildirib.
Pərvanə Məhərrəmovanın sözlərinə görə,ona xərçəng diaqnozu qoyulandan sonra Gürcüstana qayıdıb. Orada müayinələrdən keçən zaman məlum olub ki,onda heç bir xərçəng xəstəliyi yoxdur.
Məlumat üçün qeyd edək ki, xəstənin ilkin müayinəsi “MedEra” Hospitalının həkimləri tərəfindən edilib. Daha sonra həmin müayinələr və analizlər əsasında çıxarılan tibbi nəticələr əsasında Milli Onkologiya Mərkəzinin həkimi Anar Məmmədov xəstəni qəbul edib. Ona ağır xərçəng xəstəsi olması diaqnozunu qoyub və “kimyaterapiya” proseslərinə başlayıb.
Sayt Gürcüstanda Pərvanə Məhərrəmovanı müayinə edən klinika ilə əlaqə saxlayıb.
Həmçinin oxuyun
Gürcüstanda yerləşən “Axali Sicocxle” klinikasının meneceri Diana Nağıyeva saytımıza açıqlamasında bildirib ki,sözügedən şəxs onların xəstəxanasında müayinələrdən keçib. Ona Azərbaycanda qoyulan xərçəng diaqnozunun doğru olmadığı üzə çıxıb.
“Bizim klinikanın onkoloqu İrina Əliyeva Pərvanə xanımı müayinə etdi. Məlum oldu ki,ona qoyulan xərçəng diaqnozu səhvdir.Xəstənin mədəsində “polip” aşkarlandı. Buna uyğun müalicələr təyin edildi”,-deyə xəstəxananın meneceri saytımıza bildirib.
Mövzu ilə bağlı Pərvanə Məhərrəmovanın hüquqi nümayəndəsi,hüquqşünas Samir Zeynalov bildirib ki, müdafiə etdiyi şəxsin hüquqları efir vasitəsi ilə ciddi şəkildə pozulub.
“Əməkdar jurnalist olmasına baxmayaraq, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının”nın 3.11-ci bəndini və “Media haqqında Azərbaycan Respublikası Qanunu”nun 14-cü maddəsinin tələblərini pozmaqdan çəkinməyən “Səni Axtarıram” proqramının aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızı bu dəfəki tükürpədən rüsvayçılığı Gürcüstandan olan Pərvanə və İzafət cütlüyü barəsində gerçəkləşdirib. Təsadüfi deyil ki, yol vermiş olduğu pozuntulara görə iki ay əvvəl iki vətəndaşın müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Xoşqədəm Baxşəliyevaya və “ARB”Tv-na bəzi efir müzakirələrini qadağan edən qərarlar qəbul edib. Həmin qərarlardan nəticə çıxarmayan, habelə “Milli Audioviziual Şura”nın fəaliyyətsizliyindən bəhrələnən məlum şəxs qeyd etdiyim kimi Pərvanə və İzafət cütlüyünü rüsvayçılığa, o cümlədən aradan qalxması mümkün olmayan mənəvi zərərə məruz qoyub”,-deyə hüquqşünas bildirib.
Hüquqşünas Samir Zeynalovun məlumatına görə,aparıcı Xoşqədəm Baxşəliyevanın müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” proqramında ailənin hüquqları pozulduğu üçün məhkəməyə müraciət ediləcək.
“Pərvanə və İzafət cütlüyü yaşadıqları tükürpədən olaylar haqqında sosial şəbəkələrdə danışırlar. Bunu görən Xoşqədəm Baxşəliyeva bir neçə gün öncə Pərvanəyə qarşı “şəxsi həyatın toxunulmazlığı” hüququnu pozan məlumatları efirdən yayıb, onları bir daha alçatmaqla “Media haqqında qanunvericiliyin” tələblərini kobud sürətdə pozub.
Bununla belə fərz edək ki, həqiqətən Pərvanə xərçəng xəstəsi idi.Belə olan təqdirdə belə Pərvanə ilə bağlı “həkim sirri” təşkil edən məlumatların efirdən yayılması qadağan idi. Buna həm həkim, həm də elə özünə hüquqşünas deyən Xoşqədəm Baxşəliyeva məsuliyyət daşıyır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 53-cü maddəsi “həkim sirrindən” bəhs edir. Əlavə olaraq qeyd edim ki, zərərə məruz qalmış şəxslərlə bağlı dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət ediləcək”,-deyə hüquqşünas bildirib.
Sayt yazıda adı hallanan Milli Onkologiya Mərkəzinin həkimi Anar Məmmədovla əlaqə saxlayıb.
Həkim səsləndirilən iddiaların əsassız olduğunu və ona qoyulan xərçəng diaqnozunun doğru rəy olduğunu bildirib.
“Həmin xəstə verilişlərin biri vasitəsi ilə bizə gətirildi.Pərvanə Məhərrəmova Gürcüstan vətəndaşı olmasına baxmayaraq,biz burada ona humanist yanaşaraq bütün müayinə və tibbi prosesləri ödənişsiz həyata keçirdik.Gələn zaman xəstədə kəskin ağrılar var idi.Hemoqlabin normadan olduqca aşağı idi.Biz klinikaların birində həyata keçirilmiş müayinənin disklərini izlədik.Qadının mədəsində xərçəng olduğunu təsdiqlədik. Vəziyyətə uyğun olaraq ona 5 kurs “kimyaterapiya” təyin etdik. Həmin prosesdən sonra qadının vəziyyəti xeyli yaxşılaşdı.Müalicələr bitmədən Gürcüstana getdi.Daha sonra bizim ünvanımıza bu ittihamları səsləndirdi. Mən özüm də nə baş verdiyini anlaya bilmirəm.Gürcüstanda xəstəni müayinə edən həmin həkimlər Pərvanə Məhərrəmovanın əvvəlki müayinə disklərinə baxmadılarmı? Orada xəstənin hansı vəziyyətdə olduğunu və “kimyaterapiyalardan” sonra şişin ölçüsünün kiçildiyini görmədilərmi? Biz bütün bu faktları xəstənin özünə təqdim etmişik.Getsinlər,açıb baxsınlar. Sonra həkimi ittiham etsinlər”,-deyə həkim Anar Məmmədov bildirib.
CityPost.az iddialarla bağlı aparıcı Xoşqədəm Hidayətqızının da mövqeyini təqdim etməyə çalışsa da,heç bir münasibət öyrənə bilməyib. Səsləndirilən idialarla bağlı aparıcının da mövqeyini təqdim etməyə hazırıq.
Məsələ ilə bağlı xəstənin ilkin müayinə olunduğu “MedEra” Hospitalının həkimi Ramin Bağırovla əlaqə saxladıq.Həkimin sözlərinə görə,onlar tərəfindən Pərvanə Məhərrəmovaya “xərçəng diaqnozu” qoyulmayıb.
“Vətəndaş bizə müayinə üçün müraciət edib. Biz onu qastroskopiya etmişik.Müayinələr nəticəsində ona mədə cisminin deformasiyalı infiltrativ xorası,kardia çatmamazlığı (II b dərəcə) və Cr? diqnozu qoyulub. Biz xəstəyə xərçəng diqnozunu qoymamışıq. Həmin diqnozu Milli Onkologiya Mərkəzi qoyur”,-deyə həkim bildirib.
Hazırladı: Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məmurun əri həmin videosuna görə üzr istədi
İçkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.CityPost.az xəbər verir ki, o bu barədə videoaçıqlama yayıb.“Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olub. Din əhlindən üzr istəyirəm”, - deyə o söyləyib.Qeyd edək ki, H.Eyvazovun eyni zamanda Füzuli RİH-də sürücü işlədiyi deyilsə də, qurumdan onun uzun müddətdir Rayon İcra Hakimiyyətində çalışmadığı bildirilib. İcra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova isə həyat yoldaşının gündəm olan videosundan sonra işdən ayrılmaq...
19 Yanvar 2026, 17:53
Polis onu belə həbs etdi -VİDEO
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb.O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
16 Yanvar 2026, 14:12
Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır - VİDEO
Azərbaycan xalqına Yeni il təbrikimdə də demişdim ki, bugünkü dünya belədir - kim güclüdür, o da haqlıdır".CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.Dövlət başçısı müsahibə zamanı Bayden-Blinken administrasiyasının nə qədər naşükür olduğunu da xatırladıb:"O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin".Prezident İlham Əliyev bildirib ki, hazırda da ABŞ-də hakimiyyətdə həmin administrasiya olsaydı, onların bir xahişi də yerinə yetirilməyəcəkdi.Müsahibənin tam versiyası yaxın saatlarda yerli televiziya kanallarında yayımlanacaq....
05 Yanvar 2026, 19:49
Millət vəkili Zaur Şükürov : Avropa İttifaqı müharibə cinayətkarlarını müdafiə edir
Deputat Zaur Şükürov Avropa Parlamentində yalan məlumatlar və saxta iddialar əsasında dekabrın 18-də qətnamə qəbul olunmasını şərh edib.CityPost.az xəbər verir ki, bu barədə millət vəkili REAL TV -nin efirində yayımlanan “Real intervyu” verlişində çıxışı zamanı fikirlərini bölüşüb.Deputat AP-nin bir daha siyasi riyakarlıq nümayiş etdirərək atdığı bu addımı sərt şəkildə qınayaraq, AR Milli Məclisinin dekabrın 19-da keçirilən plenar iclası zamanı bununla bağlı bəyanatın qəbul olunmasını vurğulayıb.Həmçinin dekabrın 2-də Aİ ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq gündəliyində yer almış, Azərbaycan əleyhinə qərəzli və təxribatçı müddəlara diqqət çəkərək, Aİ və AP-nin ikili standartlara əsaslanan mövqeyinin 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmalarla ziddiyyət...
23 Dekabr 2025, 13:48
DİN-dən əhaliyə ÇAĞIRIŞ
"Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək" adı altında çoxsaylı paylaşımlara rast gəlinir.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib."İnternet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici...
22 Dekabr 2025, 11:11
Mütəşəkkil dəstə üzvlərində 47 kq narkotik aşkarlanıb - VİDEO
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.Bu barədə DİN-dən məlumat verilib.Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir....
17 Dekabr 2025, 14:42