Bizə yazın

Baku

-°C

USD

-

Yeməkdən sonra yuxunuz gəlirsə, diqqət – Bu xəstəliyin xəbərçisi ola bilər! 

Cəmiyyət 15 Dekabr 2025, 10:01

1406

38 yaşdan yuxarı şəxslərə mütəxəssislərdən ciddi xəbərdarlıq gəlib. Əgər yeməkdən dərhal sonra yuxunuz gəlirsə və çəki atmaqda çətinlik çəkirsinizsə, bu, şəkər xəstəliyinin (diabetin) ilkin əlaməti ola bilər. Hər 5 nəfərdən biri bu riski daşıyır, lakin çoxları bu simptomları adi hal hesab edir.

CityPost.az  xəbər verir ki, Endokrinologiya mütəxəssisi Prof. Dr. Rüştü Serter bildirir ki, müalicə edilməyən diabet:

Damar sisteminə

Gözlərə (kor olma riski)

Ürək və beyin damarlarına (infarkt, insult)

Böyrəklərə (böyrək çatışmazlığı)

Sinir sisteminə

Cinsi funksiyalara ciddi ziyan vurur.

Hətta sağalmayan yaralar və ayaq amputasiyasına qədər aparan ağır nəticələr yarada bilir.

Diabetdən qorunmaq üçün tövsiyələr

Ağ çörək, plov, xəmir xörəklərindən uzaq durun

Yeməkdə həddən artıq doymayın - az, amma balanslı yeyin

Həftədə ən az 3 dəfə 1 saat sürətli gəzinti edin

Qan şəkəri və insulini mütəmadi yoxladın

Alkoqoldan uzaq durun

Mütəxəssis xəbərdarlığı: Ailəsində şəkər xəstəliyi olan və əlavə çəkisi olanlarda risk ikiqat artır.

Bu əlamətlər sizdə varsa - mütləq nəzarətə gedin!

Yeməkdən sonra qəfil yuxu basması

Tez-tez aclıq hissi və şirniyyat istəyi

Çəki verməkdə çətinlik

Gecə tez-tez sidiyə çıxmaq

Güclü susuzluq, ağız quruluğu

Əl və ayaqlarda yanma və keyimə

Bədəndə tez-tez infeksiya və halsızlıq

/milli.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib 

Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib.CityPost.az   xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərarla Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:Kollegiyanın sədriDövlət Turizm Agentliyinin sədriKollegiyanın üzvləri:Dövlət Turizm Agentliyi sədrinin müaviniDövlət Turizm Agentliyi Aparatının rəhbəriDövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiriDövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiriAzərbaycan Turizm və Menecment Universitetinin rektoruAzərbaycan Turizm Bürosu İdarə Heyətinin sədriDövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədriDövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru....

02 Mart 2026, 21:19

Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa... 

Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövründə çalışmış vətəndaşların iş stajının pensiya hesablanmasına təsiri yenidən aktuallaşıb. Xüsusilə, yaşlı nəslin bir hissəsi hesab edir ki, SSRİ illərində uzun müddət işləmələrinə baxmayaraq, aldıqları pensiya həmin əmək fəaliyyətini tam əks etdirmir. Bu səbəbdən sovet dövrü stajının yenidən qiymətləndirilməsi və pensiyaların artırılması məsələsi ictimai müzakirələrdə tez-tez səsləndirilir. Bəs, Azərbaycan pensiyaçıları üçün Sovet dövründəki iş stajının tanınması və pensiya artımı gələcəkdə mümkün ola bilərmi? CityPost.az  bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov konkret.az-a açıqlamasında bildirib ki, əslində milli pensiya sistemi formalaşdırılarkən həmin dövrdəki əmək fəaliyyəti müəyyən formada nəzərə alınıb. R.Həsənov: “Exchange” açmaq üçün 50 min...

02 Mart 2026, 19:52

Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub 

Fevralın 16-dan 28-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 006 vətəndaş müraciəti daxil olub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, müraciətlərin 2 473-ü elektron, 1 171-i yazılı qaydada, 12 442-si isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 920 müraciət qeydə alınıb.Qeyd edilib ki, müraciətlər olimpiada və müsabiqələr, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub....

02 Mart 2026, 17:57

İranın Gürcüstandakı səfirliyinin pəncərəsi sındırılıb, bir nəfər saxlanılıb 

İranın Gürcüstandakı səfirliyinin konsulluq şöbəsinin pəncərələrindən birinin şüşəsi sındırılıb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə İranın Gürcüstandakı səfiri Əli Moujani məlumat yayıb.O, insidentin ötən gecə baş vediyini və faktla bağlı İran vətəndaşının saxlanıldığını bildirib.Səfir qeyd edib ki, yerli qanunvericiliyə uyğun olaraq saxlanılan şəxs 6 ay müddətinə həbsə alınacaq, daha sonra Gürcüstandan deportasiya olunacaq və ölkəyə girişi qadağan ediləcək.

02 Mart 2026, 17:43

Salyanda 356 evdə qaz kəsiləcək  

Sabah 14:00-dan etibarən Salyanda 356 abonentin qaz təchizatı dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, buna səbəb Salyan şəhəri B.Talıblı küçəsində yaşayan vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən diametri 108 millimetr olan qaz xəttinin podratçı şirkət tərəfindən yerinin dəyişdirilməsidir.

02 Mart 2026, 17:30

İlham Əliyev Overçuku qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.Citypost.az xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari,...

02 Mart 2026, 16:44