Bizə yazın

Baku

-°C

USD

-

Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilir 

Cəmiyyət 15 Dekabr 2025, 18:56

3598

Azərbaycan Milli Məclisinin keçmiş deputatı Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verilib.

 

CityPost.az  bildirir ki, bunu G.Hacıbəyli özü bildirib.

 

Onun sözlərinə görə, dekabrın 15-də 5 il müddətinə Türkiyədən deport olunmağı ilə bağlı rəsmi qərar təqdim edilib:

 

“Türkiyədə 2 illik oturum iznim olmasına və bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isə açıqlanmır.

 

Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən tələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir.

 

Onu da bildirirəm ki, 3 gün öncə saxlanıldığım Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirilmişəm. Aldığım məlumata görə, bu mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır”.

 

G.Hacəbəyli məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib və kömək istəyib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İki rayon qazsız qalacaq

Ağdaş və Yevlax rayonlarının bəzi kənd və qəsəbələrində qaz təchizatı dayandırılacaq.Citypost.az  xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, sentyabrın 22-ü saat 09:30-dan işlər başa çatanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə və Əmirarx kəndlərinin qaz təchizatında fasilə yaranacaq.Bundan əlavə, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-ü saat 08:00-dan 25 sentyabr tarixinədək Yevlax şəhərinin bir hissəsinin və rayonun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....

22 Sentyabr 2026, 08:43

"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib

"Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.Bu barədə Citypost.az-a  Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.Tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin rəhbərləri, neftçilər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə SOCAR və ".ART Zone" incəsənət platformasının birgə həyata keçirdiyi "SOCART" layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şərəfli neftçi peşəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Mərasimdə çıxış edən energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin XX əsrdə Azərbaycanın enerji...

22 Sentyabr 2026, 08:20

Bakının 3 rayonunun işığı kəsiləcək

Bu gün Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Citypost.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurna işləri aparılacaq.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transfornator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov, Zaur Kərimov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Sabunçu RETSİ-yə daxil...

22 Sentyabr 2026, 08:00

NARGİN ADASINA BƏNZƏYƏN NİZAMİ CƏFƏROVLAR...   

Bu gün bu ölkədə “çağdaş ziyasızlığın ətaləti” patogenezinin müəlliflərindən birinin — Nizami Cəfərovun doğum günüdür.Yəqin ki, hər birinizə bu isim tanış gəldi... İstər siyasi, istərsə də ədəbi arenada ağ işığın, ilahi prinsiplərin alnını, surətini nişan alan, azadlıq harmoniyasına xəlvət-xəlvət tətik çəkən həmin akademiki deyirəm.Yaxşı xatirimdədir, Yazıçılar Birliyinin Sibirüzlü 13-cü qurultayı idi. Məlum qurultay başlar-başlamaz, adəti üzrə öz təbiəti ilə daim “edam kötüyündə təzim” əsərini, “səcdə nəzəriyyəsi”ni yaratmağa nail olan həmin bu Nizami Cəfərov həzrətləri çıxış üçün söz alıb, Tanrının qanına bulaşmış əlahəzrət səhnəyə ayaq basıb, “Anarizm səddi”ndən (“diktatorlar quyusu”ndan!) boylana-boylana, başladı “Biz öz sədrimizi çoxdan seçmişik” başlıqlı “mütilik mühazirəsi” oxumağa...Ümumiyyətlə...

21 Sentyabr 2026, 22:15

Rövşən Rzayev Lənkəranda qəbul keçirib 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 21-də Lənkəranda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, qəbulda, əsasən Lənkəran, Lerik, Masallı və Astara rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının,...

21 Sentyabr 2026, 20:05

Bakıda payız sərgi mövsümü başlayır

2026-cı ilin payızında Bakı yenidən müxtəlif strateji sahələr üzrə beynəlxalq biznes dialoqunun əsas görüş məkanlarından birinə çevriləcək. “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri sentyabr-dekabr aylarında müdafiə sənayesi, daxili təhlükəsizlik, tikinti, şəhər infrastrukturu və idman sahəsini əhatə edən beynəlxalq sərgilər təşkil edəcəklər.Citypost.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçiriləcək tədbirlər dövlət qurumlarını, yerli və xarici şirkətləri, istehsalçıları, təchizatçıları, investorları və sahə mütəxəssislərini bir araya gətirəcək.Payız sərgi mövsümünə sentyabrın sonunda Qafqaz regionun müdafiə sənayesi sahəsində nəhəng tədbiri ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi start verəcək. Oktyabr ayında mövsüm Xəzər İnşaat Həftəsi və “Road & Traffic” ilə davam edəcək, ilin son...

21 Sentyabr 2026, 19:58