Bizə yazın

Baku

-°C

USD

-

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb  

Cəmiyyət 18 İyun 2025, 11:44

2557

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır.

CityPost.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

"Kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır. İyunun 17-də bir sıra şəxslərin bank hesablarından 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber üsulla oğurlanıb. Bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir.

Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.

Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin", DİN-in məlumatında deyilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

QƏHRƏMAN QAZİMİZİN DOĞUM GÜNÜDÜR

44 günlük Vərən Müharibəsinin qəhrəmanlarından biri də Abdullayev Rəşad Bahəddin oğludur.Rəşad Abdullayev 44 günlük Vətən Müharibəsi zamanı ilk döyüşə atılanlardan biri olub.O,Suqovuşan,Talış kəndləri istiqamətində böyük qəhrəmanlıq göstərib və döyüşlərdə qazi olub.Bu gün qəhrəman döyüşçümüzün doğum günüdür.Qəhrəman döyüşçümüz 1994-cü ildə Balakən rayonunda anadan olub.Evlidir,1 övladı var.Rəşad Abdullayevi  31 yaşı olmaq münasibəti ilə dostları və ailə üzvləri təbrik edir,ona cansağlığı arzu edirlər.Rəşad Abdullayevin simasında bütün qazilərimiz,hərbçilərimiz hər zaman böyük diqqətə və hörmətə layiqdirlər.CityPost.az  kollektivi qazimizi təbrik edir,ona işlərində uğurlar arzu edir....

14 Dekabr 2025, 22:06

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda dekabrın 15-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

14 Dekabr 2025, 20:51

Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi 

Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəfat edib.  CityPost.az  bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 63 yaşlı general bir müddət əvvəl infarkt keçirib. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, Ş. Abdullayev 2023-cü ildə vəzifəsindən azad olunub.

14 Dekabr 2025, 19:15

Şəhid atası vəfat etdi - Foto 

Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin atası Yalçın Şıxəliyev vəfat edib.Mərhum bu gün Hacıqabul rayonunun Meyniman kənd qəbiristanlığında dəfn olunacaq.Xatırladaq ki, “Mixaylo” ləqəbli, 1996-cı il təvəllüdlü Mehti Şıxəliyev kiçik gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib. O, 2020-ci il noyabrın 10-da Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Şəhidimiz ölümündən sonra “Qarabağ” ordeni, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib....

14 Dekabr 2025, 15:59

Azərbaycanın bəzi rayonlarında qar yağacaq - PROQNOZ 

Dekabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, axşam isə dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə...

14 Dekabr 2025, 12:54

FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir 

Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.Bu barədə CityPost.az-a  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bu çərçivədə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.Şuşa şəhərində, Ağdam, Füzuli, Xocalı və Laçın rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin...

14 Dekabr 2025, 11:22