Sovetin “xoşbəxt" məktəblisi və yaxud da, sovet təhsilinin “təsirli" nağılları
Dünya 30 Aprel 2026, 20:50
431
Sovetin “xoşbəxt" məktəblisi və yaxud da, sovet təhsilinin “təsirli" nağılları
İndiki məktəblilərə yad gəlir oktyabryat, pioner və komsomol adları. Heç bir təsəvvürləri, fikirləri yoxdir bu barədə. Çünki onların yaşından çox qabaq olub. Keçmiş sovet dövrünün oktyabryatları ibtidai sinif şagirdləri olardı. O zamanlar məktəblilər yalnız kommunist əqidəsi, sovet vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə edilirdi. Müstəqilliyimiz, suverenliyimiz və azadlığımız əlimizdən alınsa da bizə xoşbəxt sovet vətəndaşı olduğumuz aşılanır, təbliğ edilirdi. Sovet məktəblisinin gələcək taleyi sanki əvvəlcədən planlaşdırılır, bir çox mərhələlərdən keçirdi. Gənclərin kommunizm ruhunda tərbiyə alması məqsədilə hələ 1918-ci ildə komsomol adlı təşkilat quruldu. Qarşıda duran vəzifə və öhdəlikləri yerinə yetirmək üçün insanın həyatını dörd mərhələyə bölürdülər. Bunlar, məktəblilərin ilk illərdə oktyabryat və pioner olması, yuxarı siniflərdə komsomol kimi çalışması və nəhayət gələcək həyatında sadiq kommunist olaraq fəaliyyət göstərməsi idi. Sadalanan şərtlər sovet vətəndaşının qarşıda duran vacib öhdəliklərindən hesab edilirdi.
Bu isə sanki Lenin ideyalarının layiqli davamçısı olmaq uğrunda mübarizəyə çevrilirdi. Mərhələli şəkildə həyata keçirilən prinsiplər elə təbliğ edilirdi ki, sovet vətəndaşı özünü xoşbəxt hiss edir. Əslində isə insanların böyük əksəriyyəti məcburiyyətdən bu yolu davam etdirirdi. Çünki öz dövlətçiliyi olmayan xalqlar zor gücünə on beş respublika kimi birləşdirilib vahid dövlət yaradılmışdır. Burada isə xoşbəxt, azad və müstəqil vətəndaş olmaq qeyri-mümkün idi. Yetişən nəsil yad ruhda böyüdülür, milli kimliyi və hansı soykökə mənsub olduğu bilərəkdən qadağan edilirdi. Yetişən nəsil sovet ideologiyası ruhunda yetişdirilirdi. Sovet vətəndaşı məktəbin aşağı sinifində mütləq oktyabryat adı alırdı. Bu isə onun ilk atdığı addım idi. Əlifbanı hamıdan əvvəl öyrənənlər birinci oktyabryata keçirilirdi. Buna görə də körpə fidanlar birincilik uğrunda yarışırdılar. Şagirdin sinəsinə taxılan nişanın üzərində Leninin uşaqlıq şəkili olurdu. Uşaqlara aşılanırdı ki, sən, dərslərinə Lenin kimi səylə, məsuliyyətlə yanaşaraq, oxumağı, bilik almağı ön plana çəkməlisən. Onlara Vladimir İliçin həyatından bəhs edən hekayələr danışılar, onun necə çalışqan, sözə qulaq asan uşaqlıq illərindən bəhs edərdilər. Bununlada, hər bir oktyabryat məktəbli özünü balaca Lenin kimi hiss edər, anlamasa da bununla qürur diyardı. Bəli, bu, sovet, kommunist ideologiyasının əsas təbliğat vasitələrindən biri idi.
Növbəti mərhələdə balaca oktyabryatlar qırmızı qalustuklu pionerə çevrilərdi. Məktəbin həyətində tonqal qalanar, şeypurlar çalınar böyük sinif şagirdləri balaca məktəblilərin boynuna al-qırmızı pioner qalstuku bağlayar və Leninin nisbətən böyümüş şəkli olan nişanları sinələrinə taxardılar. Təntənə ilə keçirilən tədbir uşaqları çox həvəsləndirər, onları daha çalışqan şagird olmağa ruhlandırardı. Uşaqlar qırmızı qalstuka xüsusi sevgilə yanaşardı, bu həm də ozankı məktəbli formalarına gözəllik verərdi.
Ölkəmizdə 1923-cü il 23 may tarixində Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı yaradılıb. İlk pioner dəstələri isə 1922-ci ildə Bakıda, Vladimir Lenin adına toxuculuq fabrikində, leytenant Şmidt adına zavodda, Sabunçu, Suraxanı, Bibiheybət rayonlarında və Gəncədə təşkil edilib. Artıq 1924-cü ildə Azərbaycanda 22,817 nəfər pioner vardı. Məktəblilərin cəlb olunduğu bu təşkilata üzv olanların sayı 1975-ci ildə 826 min nəfər təşkil edirdi. Təşkilatın Azərbaycanda qənaətbəxş fəaliyyətlərindən biri 1920-ci illərdə uşaqların təhsilə cəlb edilməsi, mövhumata və cəhalətə qarşı mübarizədə fəal iştirakı olub. İkinci Dünya müharibəsi illərində isə pionerlər ölkədə gedən proseslərdə yaxından köməklik göstəriblər. Belə ki, onlar məhsul yığımında, istehsalat işlərində çalışıb və tank, təyyarə düzəltmək üçün müdafiə fonduna köməklik köstəriblər. Müharibə illərindən bəhs edən filmləri izləyərkən şahidi oluruq ki, pionerlər hərbi xəstəxanalarda yaralılara da yardım göstəriblər. Xüsusilə, müharibədən sonrakı illərdə ölkədə pioner təşkilatkarının fəaliyyəti getdikcə daha da genişlənirdi. 1975-ci ildə Azərbaycanda 370 şəhərdənkənar, şəhər tipli və kolxozlararası pioner düşərgəsi, 84 pionerlər sarayı və evi fəaliyyət göstərib. Hətta, “Pioner" jurnalı nəşr olunub.
Sovet hakimiyyəti pionerləri dövlətin gələcəyi kimi qələmə verməyə çalışsa da əslində, onlardan öz məqsədləri üçün bir növ silah kimi istifadə edirdilər. Onları öz ailələrinə qarşı yetişdirirdilər. Burada əsas məqsəd lazım gəldikdə uşaqların öz doğmalarından belə vaz keçməsinə nail olmaq idi. Rejimin tələblərinə görə bu, nümunəvi vətəndaş obrazı idi. Pionerlər sosializm quruculuğu ilə razılaşmayan valideyn və doğmalarına qarşı qaldırılırdı. Məsələn, Pavlik Morozov adlı sovet dövrünün “nümunəvi" pioneri də məhz bu ruhda yetişdirilmişdir. Rejim isə onu bütün ölkə uşaqlarına örnək hesab edirdi. P. Morozov atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyi üçün babası və əmisi tərəfindən qətlə yetirilib. Doğma atasının satqını Pavlik Morozov sovet hakimiyyəti tərəfindən milli qəhrəman edilmişdi. O dövrün "Pioner həqiqəti" qəzeti yazırdı: “Pavlik heç kimə aman vermədi. Atası, babası - o, hər kəs haqqında məlumat verdi. Pioner təşkilatı Pavliki böyütdü və tərbiyə etdi". Bu ilk növbədə Stalin hakimiyyəti dövründə ideoloji fəaliyyətin mühüm istiqaməti hesab edilirdi. Xəbərçilik sovet insanlarına yeni keyfiyyət olaraq onların açıqlığı və dürüstlüyü, həyatın yaxşılaşmasına imkan yaradan tənqid, böyük hədəfin nailiyyəti üçün lazımlı vasitə kimi təqdim edilirdi. Sovetin qəhrəmana çevrilən Pavlik Morozov haqqında 13 kitab yazılıb, 1948-ci ildə Stalinin göstərişinə əsasən Moskvada gənc “qəhrəman”a abidə də qoyulub və hətta adına küçə də verilib.
Sovetlərin sərt təbliğatı pionerləri öz ailələrinə qarşı yetişdirirdi. Bu isə həmin dövrdə çoxsaylı uşaqların məhz ailələri tərəfindən qətlə yetirilməsinə səbəb olurdu. 1930-1935-ci illərdə özlərini Pavlik hesab edən pionerlərin 56-sı xəbərçi kimi valideynləri tərəfindən öldürülüb. Təəssüflər olsun ki, bunların içərisində Azərbaycandan olan üç pioner də var. Belə ki, Əhməd Bəsirzadə adlı pioner kolxozda çörək gizlədən şəxsləri görüb xəbər verməyə qaçdığı zaman, 12 yaşlı Adil İslamov isə kolxozda sovet
hakimiyyətinin əleyhinə danışan insanlar haqqında milisə xəbər vermək üçün gedəndə güllələnib. Lətifə Süleymanova adlı pioner isə kolxozda pay bölgüsü zamanı artıq payın götürülüməsini görüb etiraz etmək üçün milisə gedərkən kürəyindən bıçaqla vurularaq qətlə yetirilib. Bunlar, rəsmi qeydə alınan uşaqlardı. Göründüyü kimi, hələ kiçik yaşlarından insanları xəbərçi kimi yetişdirən sovet hakimiyyəti neçə ailəni övladının qatilinə çevirib. Bir sözlə, sovet təbliğatı uşaqları belə manqurtlaşdırır, hər cür dəyərdən uzaqlaşdırırdı. İnsanlar bundan ötrü çox asanlıqla öz doğmalarından da vaz keçməli olurdular. Bunlar pioner adlanan məktəblilərin fəaliyyətinin bir qismidir.
Şagirdlər yuxarı siniflərə qalxanda komsomola qəbul olmalarını özlərinə fəxarət hesab edərdilər. Bunda da ənənəvi olaraq ilkin mərhələdə yaxşı oxuyan və seçilən şagirdlər komsomolun sıralarına qəbul olardılar. Hər mərhələnin də öz döş nişanları vardı. Komsomollar birnöv məktəb daxilində keçirilən tədbir və hadisələri idarə edərdilər. Müxtəlif səpkili işlər görərdilər. Doğrudur, o dövrün məktəbliləri bununla fəxr etsələr də, əslində, bir sıra insanların düşüncəsinə görə, bütün bunlar boş vədlərdən başqa bir şeyi ifadə etmirdi. Məktəbliləri gələcəyə daim ümidlə baxmağa, xoşbəxt həyat uğrunda çalışmağa sövq edirdilər. Lakin zaman keçdikcə insanlar anladı ki, bu, həmin rejimin mövcud şərtləridir. İnsanı yalnız öz dövlətində azad, müstəqil və suveren yaşamaq xoşbəxt edə bilər. Keçmiş sovet dövrü üçün insanların azadlığını əlindən alıb, onları təsir altda saxlamaq daha çox maraqlı idi.
Biz bütün bunlara ötən əsrin sonları daha çox şahidlik etdik. Dağılmaq üzrə olan sovetlər birliyi “xoşbəxt” etməyə çalışdığı xalqlara qarşı amansız mövqe tutdu. Azad, müstəqil olmaq istəyən dövlətləri əzməyə çalışaraq güc tətbiq etdi. O cümlədən də Azərbaycanda bir sıra faciələr törətdi. 1990-cı il 20 yanvar gecəsi paytaxt Bakıya tanklar, silahlı ordu yeridərək xalqı güllə-borana tutdu. Çoxsaylı insanın ölümünə səbəb oldu. Onların içərisində pioner İlqar İbrahimov və Larisa Məmmədova da vardı...
Bu rejim özünü nə qədər təhsil sahəsində nümunəvi təqdim etməyə çalışsa da nöqsanlar kifayət qədər idi. Şagirdlər təhsil müddətində məcburi əməyə cəlb edilirdi. Xüsusilə, payız aylarında təxminən iki ay müddətində məktəblər bağlanır və yuxarı sinif şagirdləri də pambıq və digər kənd təsərrüfatı məhsullarının yığımına cəlb edilirdi. Bu mənada, şagirdlərin tarlalarda əməyindən istifadə edulməsi heç də ürəkaçan mənzərə deyildi. Çünki şagirdin üzərinə düşən vəzifə ilk növbədə onun yaxşı təhsil alması və elmlə, biliklə məşğul olması idi. Belə bir məqamda onların əməyini istismar etmək və çətin əmək şəraitində, qızmar günəşin altında tarlalarda ağır işə sövq etmək qanunvericiliklə yolverilməz idi. Bu, həm onların təhsildən, dərs proqramından geri qalmalarında, həm də sağlamlıqlarında bəzi fəsadların yaranmasında mənfi rol oynayırdı. Sovet dövrünün şagirdi bu ruhda yetişdirilirdi. Suveren, müstəqil və azad Azərbaycan məktəblisi isə bu gün yalnız təhsil alır, elm, bilik sahəsində yeni mərhələyə yüksəlir.
Ramidə YAQUBQIZI,
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kreml 9 May paradı atəşkəsinin tarixlərini qərar qəbul edilən kimi açıqlayacaq
Kreml 9 May paradı atəşkəsinin tarixlərini qərar qəbul edilən kimi açıqlayacaq.APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Ukrayna ilə 9 May paradı atəşkəsi təklifi ilə bağlı danışan Kreml sözçüsü qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı münaqişələrin həlli səylərində vasitəçilik etməyə davam etmək barədə razılığa gəliblər, lakin hələlik yeni danışıqlar və ya səfərlər üçün konkret tarixlər yoxdur.Peskov vurğulayıb ki, "9 May xüsusi bir bayramdır, ona görə də Rusiyanın təklif etdiyi atəşkəs kimi humanitar təşəbbüslər olduqca aktualdır".Onun sözlərinə görə, Rusiyanın 9 May paradında atəşkəs elan etməsinə Kiyevdən...
30 Aprel 2026, 17:23
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dağıstanda (Rusiya) şiddətli leysanın səbəb olduğu sellər və torpaq sürüşmələri nəticəsində təxminən 8 min ev zərər çəkib."Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib."Ümumilikdə Dağıstanda fövqəladə hal nəticəsində 8 minə yaxın ev zədələnib. Müayinələrin nəticələrinə görə, 3,5 mindən çox ev gələcəkdə kompensasiya ödənişləri üçün zəruri olan zonaya düşə bilər. 426 yaşayış evinin tamamilə dağılması təsdiqlənib. 1 109-dan çox ev əsaslı təmir olunmalıdır, onların yoxlanılması hələ də davam edir", - o deyib.Onun sözlərinə görə, zədələnmiş evlərin müəyyən hissəsinin müvafiq normativ sənədləri yoxdur."Rusiya prezidentinin tapşırığı ilə hazırda qiymətləndirmə aparırıq, zərərçəkənləri kompensasiya ödənişləri ilə təmin etməyə imkan verəcək...
30 Aprel 2026, 17:10
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib.Ukrayna mediasının xəbərinə görə, “Lukoyl-Permnefteorqsintez” müəssisəsi vurulub.Məlumata görə, bu, Rusiyanın ən iri neft emalı zavodlarından biridir və “Lukoyl” sistemində əsas həlqələrdən hesab olunur.Xatırladaq ki, dünən Perm yaxınlığında neft nasos stansiyasına hücum edilib.
30 Aprel 2026, 16:55
İsrail Livanın cənubuna zərbə endirib: ölənlər və yaralananlar var
İsrail Livanın cənubuna hücum edib, nəticədə ən azı doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb."Report" xəbər verir ki, bu barədə Livanın NNA milli informasiya agentliyi məlumat yayıb.Məlumata görə, Cebçit şəhərinə hücum nəticəsində yaşayış evi dağılıb, üç nəfər ölüb, yeddi nəfər yaralanıb.Tul şəhərində dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Həmçinin yaşayış evi zədələnib. Bundan başqa, Haruf şəhərində iki nəfər ölüb, hücum nəticəsində yaşayış evi dağıdılıb....
30 Aprel 2026, 16:43
Xamenei: ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır
İranın ali rəhbəri Müctəba Xamenei hesab edir ki, ABŞ Yaxın Şərqdəki əməliyyatında "çöküş yaşayıb" və bunun sayəsində Hörmüz boğazında "yeni fəsil açılıb"."Report" xəbər verir ki, bu barədə dövlət mediasının da yaydığı Xameneinin bəyanatında bildirilib.O, həmçinin qeyd edib ki, ABŞ-nin və onun hərbi bazalarının regionda mövcudluğu qeyri-sabitlik amilidir, ABŞ hərbi obyektləri isə öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Vurğulanıb ki, Fars körfəzi regionunun gələcəyi kənar müdaxilə olmadan region ölkələrinin inkişafı ilə bağlı olmalıdır.Bəyanatda bildirilib ki, xarici qüvvələrin regionda yeri yoxdur, baş verən proseslər isə Yaxın Şərqdə və dünyada yeni nizamın formalaşmasının başlanğıcı kimi təqdim olunur....
30 Aprel 2026, 16:15
Peskov: Atəşkəs tarixləri hələ müəyyənləşməyib
Kreml Qələbə günü münasibətilə mümkün atəşkəsin hansı tarixləri əhatə edəcəyinə dair qərarın hələ verilmədiyini açıqlayıb.Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, atəşkəsin konkret tarixlərini Vladimir Putin müəyyən edəcək və hazırda bu məsələ ilə bağlı yekun qərar yoxdur.Peskov qeyd edib ki, Moskva Qələbə günü ilə bağlı atəşkəs təşəbbüsünə dair Kiyevdən hələlik heç bir reaksiya eşitməyib.O, həmçinin bildirib ki, Putinlə ABŞ-nin keçmiş prezidenti Donald Tramp arasında tək bir telefon danışığının qlobal vəziyyəti yaxşılaşdırması mümkün deyil, çünki dünyada münaqişələrin səviyyəsi yüksəkdir.Kreml rəsmisi əlavə edib ki, Rusiyada ÜDM-in azalması gözlənilən prosesdir.Peskov vurğulayıb ki, Moskva İranın nüvə proqramı...
30 Aprel 2026, 14:14