Bizə yazın

Baku

-°C

USD

-

Soyuq keçən havalar və yaxud təbiətin şıltaqlığı 

Cəmiyyət 30 Aprel 2026, 20:47

482

Soyuq keçən havalar və yaxud təbiətin şıltaqlığı 

Dünyanı narahat edən problemlərdən biri də iqlim dəyişmələridir. Mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, əsas səbəblərdən biri XVIII əsrdən başlayan sənayeləşmənin XX əsrin ortalarından etibarən Yer kürəsinin iqlim sisteminə mənfi təsir göstərməsidir. Belə ki, atmosfer tullantıları, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı bu problemin daha da dərinləşməsinə təkan verir. Qlobal iqlim dəyişmələri ölkəmizdən də yan keçməmiş və Azərbaycanda son 100 ildə orta illik temperatur 0,4-1,3 dərəcəyə qədər artmışdır. Bütün bunların nəticəsi olaraq ölkə ərazisində mütamadi olaraq daşqınlar, güclü küləklər, quraqlıqlar, torpağın şoranlaşması, səhralaşma, yağıntı və su ehtiyatlarının azalması kimi ekstremal iqlim hadisələri çoxalmışdır. Digər tərəfdən təbii fəlakətlərin sürətlə baş verməsinin bir səbəbi də insan əlilə yaradılan süni fəlakət ssenariləri göstərilir. İqlim dəyişmələrini yaradan digər amil kosmosa buraxılan raketlərin atmosferin yuxarı həddində ozon qatını zədələməsi və atmosferdə istixana effekti yaratmasıdır. 

Dünyanı narahat edən ümumbəşəri problemi həll etmək üçün 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən “insanların iqlim sisteminə təhlükəli müdaxiləsi ilə mübarizə aparmaq üçün” “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” imzalandı. Çərçivə konvensiyasının əsas məqsədi “atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen müdaxiləsinin qarşısını alacaq səviyyədə stabilləşməsidir”. Ötən il noyabr ayında ölkəmizdə keçirilən COP29-da Azərbaycan da iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verdi. Bu tədbiri həmçinin, 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu missiyaya verilən dəyərin təsdiqi və Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmasını sübuta yetirir. Ölkəmiz yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyəti ilə göstərir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyir. Bütün cəhdlər isə təbiətin qorunması, planetin mühafizəsi və insanların sağlam yaşaması məqsədinə hədəflənib. 

Sözsüz ki, hazırkı məqamda iqlimdə baş verən dəyişikliklər və təbiətin şıltaqlığı da öz sözünü deyir. Bütün bunlar qaçılmazdır. Artıq bir aydır Azərbaycanda yaz fəsli başlasa da, hələ də qış öz yerini Bahara təhvil vermək fikrində deyil. Ölkə ərazisində keçən soyuq hava şəraiti, mütamadi olaraq yağan yağışlar insanları sel fəlakəti ilə üz-üzə qoyur, əsən güclü küləklər bir sıra hadisələrin baş verməsinə səbəb olur. Hətta, aprel ayının bitməsinə baxmayaraq bəzi dağ və dağətəyi rayonlarda qar yağır. Əlbəttə ki, bu da əlverişsiz hava şəraitinin törətdiyi fəsadlarla yanaşı, insanlarda çaşqınlıq yaradır. Mövsümü xarakter daşımayan xəstəliklərin yaranmasına gətirib çıxarır. Adətən bu fəsildə hava şəraitinin kəskin pisləşməsi əsasən əraziyə daxil olan hava kütlələri ilə əlaqədar olur. Havalar isindikcə Şimaldan soyuq hava kütlələri daxil olur və burada olan rütbəli isti hava kütlələrini yuxarı qaldırır, nəticədə dolu düşür, leysan yağır. Yerüstü isti hava nə qədr böyük sürətlə yuxarı qalxarsa, əmələ gələn topa-yağış buludları bir o qədər təhlükə yaradır. Ona görə də daha çox leysan yağması və havanın kəskin dəyişməsinin əsas səbəbi məhz Şimaldan soyuq, Qərbdən isə rütubətli hava kütlələrinin əraziyə daha tez-tez daxil olmasıdır.

Doğrudur, bu kimi hallar, mövsümə uyğun olmayan hava şəraiti müxtəlif illərdə müşahidə edilib. Əgər, 1990-cı illərdə illik temperatur 14,4-14,5 dərəcə olurdusa, hazırda 14,9-15 dərəcəyə çatır. Bu isə hava cərəyanlarına, vulkanik hadisələr orta illik temperaturun artmasına səbəb olur. Ümumilikdə isə mart, aprel və may aylarında havanın dəyişkənliyi daha çox müşahidə edilir. Bu ərəfədə intensiv yağan yağış, qar, dolu, güclü əsən küləklər müşahidə edilir. Səbəb isə qeyd edilən kimi ölkə ərazisinə müxtəlif istiqamətlərdən, şimaldan - Avropadan, şərqdən, Xəzər dənizi üzərindən hava kütlələrinin, atmosfer cəbhələrinin daxil olması nəticəsində və yerli oroqrafiya (yer səthinin relyef quruluşunu öyrənilməsi) ilə qarşılıqlı əlaqə nəticəsində atmosfer proseslərini daha da mürəkkəbləşdirməsi, kəskinləşdirməsi göstərilir. Son zamanlar isə bu kimi halların, havanın tez-tez kəskin dəyişməsi təbiətin insanlara verdiyi ciddi siqnaldır. Artıq may ayının astanasındayıq. Bu müddət təbiətin daha çox canlanan, üzü gülən ərəfəsidir. Lakin ard-arda yağan yağışlar, əsən güclü küləklər və nəticədə baş verən sel fəlakətləri bir növ insanları fəslin gözəlliyini yaşamaqdan da məhrum edir. Digər tərəfdən havaların qeyri-sabit keçməsi mövsümü tərəvəz və meyvələrin yetişməsinə də mənfi təsirini göstərir. Ciddi narahatlıq törədən odur ki, Yer kürəsində gündən-günə əhatə və təsir dairəsi genişlənən qlobal iqlim dəyişkənliyi planetimizin mövcud buzlaqlarının əriməsi təhlükəsini daha da artırır. Həmin buzlaqlar planetimizdə hava cərəyanının tənzimlənməsində, iqlim və onun amillərinin formalaşmasında, eləcə də biosferin və ekosistemlərin homeostazının (sabitliyinin) təmin olunmasında və şirin su ehtiyatının toplanmasında (dünyanın şirin su ehtiyatının 90%-i, planetin buzlaqlarının isə 85%-i məhz Antarktida materikində toplanıb) mühüm rol oynayaraq bəşəri əhəmiyyət kəsb edir.

Son tədqiqatlar göstərir ki, 1945-ci ildən indiyədək olan müddət ərzində Antarktika yarımadasında orta illik temperaturun 2,5 0C artıb. Nəticədə, 1980-ci ilə nisbətən hazırda buzlaq sahə 50%-ə qədər azalıb. Məlumdur ki, okeanlarda isti və soyuq axın cərəyanları Yerin quru ərazilərində iqlimi yaradan əsas amillərdən sayılır. İstər şimalda Qrenlandiya, Arktika buzlaqları, istər cənubda Antarktika buzlaqları Yerin ekvatorial zonasında iqlimin, temperaturun mülayimləşməsinə səbəb olur. Əgər, bu proseslər olmasa, Yerdə bugünkü optimal iqlim də olmazdı. Hazırkı soyuqlaşma da məhz o qlobal istiləşmənin nəticəsidir. Əlbəttə ki, müşahidə edilən iqlim dəyişmələri Xəzər dənizinin hidrometeoroloji şəraitinə də mənfi təsirini göstərir. Dünyanın ən böyük Gölündə sular gah azalır, gah da çoxalır. Bütün bunlar isə gələcəkdə hansı fəsadlara, ekoloji fəlakətlərə yol açacaq şahidi olacağıq. 

                Ramidə YAQUBQIZI,

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibə Qafarova Britaniya səfiri ilə görüşüb 

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin qarşılıqlı etimad və dəstəyə əsaslanaraq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.Yüksək səviyyəli səfərlərin və görüşlərin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün ölkəmizə səfəri, həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksək səviyyəli səfərlər qeyd olunub.Söhbət...

30 Aprel 2026, 17:50

Hikmət Hacıyev Bundestaqın nümayəndə heyəti ilə görüşdü 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Qeyd edilib ki, görüş zamanı regiondakı mövcud siyasi vəziyyət və Ermənistanla sülh prosesi barədə ətraflı fikir mübadiləsi aparılıb. (Teleqraf)

30 Aprel 2026, 17:00

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub 

"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.AZAL-dan Citypost.az-a bildirilib ki, “Airbus A320neo” 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20 faiz azaldılıb. Çevik və funksional “Airspace” kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri (“XL bins”) sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində...

30 Aprel 2026, 16:51

Görkəmli xalçaçı Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi qeyd olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd olunub ki, 2026-cı ilin noyabr ayında 120 illiyi tamam olur.Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri var. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur...

30 Aprel 2026, 16:38

Bu ərazidə 1800 abonentin qazı kəsiləcək 

Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq."Azəriqaz" İB Sumqayıt QİS-dən Citypost.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.Bu səbəbdən, ərazidəki 1800 abonentin qaz təchizatı aprelin 30-da saat 16:00-dan etibarən dayandırılacaq.Qazın verilişi təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

30 Aprel 2026, 16:37

İlham Əliyev Yuriy Kamayevi təltif etdi

Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.O, ordenlə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə təltif edilib.

30 Aprel 2026, 16:33