Bizə yazın

Baku

-°C

USD

-

QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib  

Cəmiyyət 23 İyun 2025, 12:00

3235

Məhərrəm ayı ilə bağlı fətva verilib.

Bu barədə CityPost.az-a QMİ-dən bildirilib.

Fətvada deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

“Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək”, - qeyd olunub.

Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.

QMİ Qazılar Şurası onu da diqqətə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir: “Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!”

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yeni general Heydərovun xanım tərəfdən qohumu imiş

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib. Sərəncama əsasən  polkovnik Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.CityPost.az-ın   əldə etdiyimiz məlumata görə,Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı  Ruhəngiz Heydərovanın dayısıdır.Onlar əslən Ağdaş rayonundan olsalar da,sonradan Qəbələ şəhərinə köçüblər....

15 Dekabr 2025, 21:32

Azərbaycanda general təqaüdə göndərildi 

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. CityPost.az  xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib. Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur. (Mənbə: unikal)

15 Dekabr 2025, 21:29

Ceyhun Cəlilova müraciət etdilər

Azərbaycan “Maarifçi Qadınlar” İB Türkiyənin  İstanbul şəhərində fəaliyyət göstərən “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik "sivil   direktoru, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi cənab Ceyhun Cəlilova müraciət edib. Müraciətdə bildirilir: “Hörmətli Ceyhun müəllim!Türkiyənin İstanbul şəhərində  ölkəni tərk etmiş və təhsildən kütləvi şəkildə kənarda qalan minlərlə məktəb yaşlı azərbaycanlı uşaqlar haqqında məlumatlı olduğunuz üçün birbaşa əsas məsələ haqqında yazmağa üstünlük verirəm. Azərbaycan Respublikası Konstitusiyasının ən başlıca tələblərindən biri  ölkəmizdə İcbari Təhsil Qanununun yerinə yetirilməsidir. İcbari təhsil birbaşa Dövlətin təminatıdır!Azərbaycan Respublikasında təhsil vətəndaşın,Dövlətin vəcəmiyyətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.Azərbaycan Respublikasının Təhsil Qanununun 5-ci maddəsinə əsasən:5.1 Dövlət  hər bir vətəndaşın təhsil...

15 Dekabr 2025, 20:51

Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilir 

Azərbaycan Milli Məclisinin keçmiş deputatı Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verilib. CityPost.az  bildirir ki, bunu G.Hacıbəyli özü bildirib. Onun sözlərinə görə, dekabrın 15-də 5 il müddətinə Türkiyədən deport olunmağı ilə bağlı rəsmi qərar təqdim edilib: “Türkiyədə 2 illik oturum iznim olmasına və bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isə açıqlanmır. Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən tələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla...

15 Dekabr 2025, 18:56

23 illik vəzifəsindən azad olundu 

Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.CityPost.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq Əmr imzalayıb.Əmrə əsasən, başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, 59 yaşlı M. Nuriyeva 2002-ci ildən bu vəzifədə idi.Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-ü Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub....

15 Dekabr 2025, 18:01

İlham Əliyevin amnistiya təşəbbüsünün 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir 

Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünün ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.Oxu24.com-un  məlumatına görə, bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.Azərbaycan Prezidenti tərəfindən Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir....

15 Dekabr 2025, 16:14