Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Cəmiyyət 09 İyul 2025, 00:03

663
Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır.
CityPost.az xəbər verir ki, diplomatik xidmətin yaradılmasından 106 il ötür.
Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s.
Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.
Həmçinin oxuyun
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkənin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyevin formalaşdırdığı xarici siyasət strategiyası ilk növbədə Azərbaycanın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.
Ulu öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2020-ci ilin sentyabrın 27-dən başladılan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə diplomatiyanın da böyük rolu olub. Çünki dünya hərb tarixinə qızıl hərflərlə yazılmış bu zəfər həm döyüş meydanında, həm də masa arxasında qazanılıb. Başqa sözlə, döyüş meydanında qələbə qazanan Azərbaycan diplomatiya sahəsində də düşməni acı məğlubiyyətə uğradıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Professor Rəhman Bədəlov vəfat edib
Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib.O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdablı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir....
10 İyul 2025, 07:55

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
09 İyul 2025, 22:55

Azərbaycanda ən çox boşanma halları Daşkəsəndədir - STATİSTİKA
Ötən il Azərbaycanda hər min nəfərə düşən boşanma halları ən çox Daşkəsən rayonunda, ən az isə Cəlilabadda qeydə alınıb.Dövlət Statistika Komitəsindən cavab olaraq bildirilib ki, 2024-cü ildə 21 min 384 boşanma qeydə alınıb.Onlardan 6673-ü Bakıda, 969-u Naxçıvan Muxtar Respublikasında, 1945-i Abşeron-Xızı iqtisadi rayonunad, 549-u Dağlıq Şirvan iqtisadi rayonda qeydə alınıb.Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə cəmi 1540, Qarabağ iqtisadi rayonu üzrə 1591, Qazax-Tovuz iqisadi rayonu üzrə cəmi 1243, Quba-Xaçmaz iqtisadi rayonunda 943, Lənkəran-Astara iqtisadi rayonu üzrə isə 1375 nikah pozulub.Bundan başqa, 1452 boşanma hadisəsi Mərkəzi Aran iqtisadi rayonunda, 843-ü Mil-Muğan iqtisadi rayonunda, 977-i Şəki-Zaqatala iqtisadi rayonunda, 766-ı Şərqi Zəngəzur iqtisadi rayonunda,...
09 İyul 2025, 12:56

Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın məlumatına görə, 2025-ci il iyulun 9-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0425 manat təşkil edib. Avro 1,9911 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1666 manata kimi bahalaşıb.
09 İyul 2025, 09:29

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.CİTYpOST.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur....
09 İyul 2025, 09:05

Hacı İbrahimin könlündən kazino keçir?
Azərbaycanda süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmən icazə verildiyi deyilir. Mövzu gündəmə gələn kimi yada iş adamı Hacı İbrahim Nehrəmli düşdü. Bildirilir ki, onun bir vaxtlar dənizdə inşa etdiyi “Xəzər Adaları” layihəsi də kazino üçün uyğundur. Hətta artıq belə iddialar dolaşır ki, Hacı İbrahim sözügedən ərazidə kazinolar açacaq.CityPost.az xəbər verir ki, Qlobalinfo məsələyə aydınlıq gətirmək üçün Hacı İbrahimlə əlaqə saxlayıb.Onunla müsahibəni təqdim edirik:– İbrahim bəy, deyilənə görə, süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmi icazə verilib. Sizin həmin ərazidə torpağınız olub. Bu barədə məlumat almaq istərdik.– Mən kazino təklifini 20 il öncə etmişdim. Lakin həmin vaxt məni anlayan olmadı....
09 İyul 2025, 08:25