Bizə yazın

Baku

-°C

USD

-

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxıb 

Cəmiyyət 21 Avqust 2025, 10:53

1982

Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi münasibətilə "Qala adam" kitabı işıq üzü görüb.

CityPost.az   xəbər verir ki, Əməkdar jurnalist Yusif Rzayevin redaktoru olduğu kitabda, əsasən, Rəşad Məcidin bədii-publisistik yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub.

"Qala adam"da 2019-2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.

"Qala adam" kitabının tərtibatçısı, yazıçı-publisist Nadir Yalçın "Adam necə qalaya çevrilir?" adlı "Ön söz"də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan mətnlər barədə ümumi fikirlərini bölüşüb.

Kitabın ilk bölümündə "Qələmsiz yazılanlar" yer alıb. İkinci bölümdə isə "Qələmsiz yazılanlar"dan yazılanlar" başlığı altında Rəşad Məcidin status-esseləri barədə təəssüratlar cəmlənib. Akademik İsa Həbibbəyli, professor Asif Hacılı, şair, tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Qismət Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi İmdat Avşar və türkiyəli ədəbiyyatşünas Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap olunması təşəbbüsünün publisistik fikir tarixindəki yeri və rolu barədə fikirlərini bölüşüblər.

Digər iki bölmə Rəşad Məcidin Şuşaya səfəri ilə bağlıdır. "Şuşa gör nələr eylər" bölümündə eyniadlı təəssürat yazısı öz əksini tapıb. "Şuşa dəftəri" adlanan digər bölmədə isə müəllifin Şuşanın bəxş etdiyi müxtəlif ovqatları özündə əks etdirən silsilə şeirləri yer alıb.

"Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid" bölməsində Rəşad Məcidi onu öz ailəsinin - nənəsinin, xalasının və anasının gözü ilə bir oğul, nəvə kimi qismən tanımaq mümkün olur. Bu söhbətləri şair, publisist Şahanə Müşfiq qələmə alıb.

Rəşad Məcidin publisistik mətnləri "Ürəkdən gələn yazılar" bölməsində cəmlənib.

"60 yaşa yazı hədiyyələri" bölməsi yubiley yazılarından ibarətdir. Akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, yazıçı, esseist Fəxri Uğurlu, şair Vaqif Bəhmənli, esseist Sevinc Mürvətqızının 60 illiyə həsr olunmuş yazılarında Rəşad Məcidin portret cizgiləri ilə tanış olmaq mümkündür.

"Rəşad Məcidin sözü haqqında" son beş ildə qələmə alınmış məqalə, esselər də "Qala adam"da yayımlanıb. Professor Cahangir Məmmədli, yazıçı-publisist Loğman Rəşidzadə, Əməkdar jurnalist Əflatun Amaşov, türkiyəli yazıçı İmdat Avşar, şair, publisist Şahanə Müşfiq, yazıçı-esseist Türkan Turan, şair Şəfa Vəlinin qələmə aldığı yazılarda Rəşad Məcidin bədii yaradıcılığındakı müxtəlif cəhətlər, onun şeirlərinin poetik məziyyətləri və bu istiqamətlərin onun publisistik yaradıcılığına təsirləri barədə fikirlər öz əksini tapıb.

"Qala adam"ın son bölməsi "60 ilin söhbəti"dir. "Bir il Ağdam-Bakı qatarında gecələmişəm" sərlövhəli müsahibədə işğaldan azad olunandan sonra Laçına və Ağdama ilk dəfə səfər edən Rəşad Məcid ötən illərin yada düşən xatirələrini və Zəfərdən sonrakı hisslərini dilə gətirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

 "Mənim üçün o rənglər şəhidlərimizin qanını xatırladır" -  "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi ilə MÜSAHİBƏ

Bu gün Azərbaycan xalqının milli simvolu – üçrəngli bayrağımızın şərəf və qürur günü qeyd olunur. Bayraq təkcə simvol deyil, o, tariximizin, mübarizəmizin və şəhidlərimizin qanı ilə yoğrulmuş mənəvi bir dəyərdir. Hər bir rəngi xalqımızın azadlıq və vətənpərvərlik ruhunu, hər dalğalanışı isə birlik və sadiqliyi simvolizə edir.Bayraq Günü, yalnız dövlət rəmzimizə hörmətin ifadəsi deyil, həm də millətimizin birliyinə, iradəsinə və gələcəyə olan ümidinə həsr olunmuş əziz gündür. Hər bir şair, qələm sahibi üçün vətənini, torpağını, elini, bayrağını vəsf etməkdən, onlara şeir həsr etməkdən daha böyük qürur ola bilməz. CityPost.az  xəbər  verir  ki,bir çox məşhur sənətçilərin,qiraətçilərin,şairlərin səsləndirdiyi "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi şair  Şəmsi...

09 Noyabr 2025, 14:16

Hava ilə bağlı AÇIQLAMA 

Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15°...

09 Noyabr 2025, 12:15

Mehriban Əliyeva: Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız Vətənimizin səmasında əbədi dalğalansın 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqramdakı hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:"9 Noyabr Dövlət Bayrağı Günü.Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!".

09 Noyabr 2025, 09:57

İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib 

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:9 Noyabr - Dövlət Bayrağı Günü pic.twitter.com/IozZ2BqBjs— İlham Əliyev (@azpresident) November 9, 2025

09 Noyabr 2025, 09:54

Azərbaycanda Dövlət Bayrağı Günüdür 

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.CityPost.az-ın  məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.1991-ci il fevralın 5-də isə Azərbaycan Ali...

09 Noyabr 2025, 00:06

Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq 

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq.Bu barədə  CityPost.az-a qurumdan bildirilib.Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

08 Noyabr 2025, 18:27