Bizə yazın

Baku

-°C

USD

-

Fəzail Ağamalıya Almaniyadakı ailəsindən XƏBƏR VAR   

Cəmiyyət 06 Noyabr 2025, 12:59

1712

CityPost.az-ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə,Fəzail Ağamalının rus millətindən olan İra adlı qadından 1987-ci il təvəllüdlü İlqar adlı oğlu olduğu barədə məlumat vermişdik.Mənbə bildirib ki,adı İlqar olsa da,onu uşaqlıqdan Oleq deyə çağırırlarmış.İlqar Ağamalıyev atası tərəfindən  anası ilə birgə əvvəlcə Rusiyanın Sank-Peterburq şəhərinə mədəni sürgün edilib.Ailə bir müddət orada yaşadıqdan sonra Almaniyada məskunlaşıb.Mənbənin verdiyi məlumata görə,Fəzail Ağamalı onu övladları Elçin,Yalçın və Günaydan heç də ayırmırmış.Partiya sədrinin evində onun qeyri-rəsmi ikinci evliliyinə görə,tez-tez dava düşürmüş,söz-söhbət olurmuş.Fəzail Ağamalı ailənin qərarı ilə İlqarı anası ilə birgə onların istəklərinə uyğun olaraq,Rusiyanın Sank-Peterburq şəhərinə köçürüb.

Fəzail Ağamalının qeyri-rəsmi oğlu İlqar Ağamalıyev atasından fərqli olaraq dərin zəkaya, biliyə malikdir,nüfuz sahibidir.İlqar hər il  yay aylarında istirahət üçün Bakıya gəlir,Fəzail Ağamalı da öz növbəsində  evdəkilərin gözlərini oğurlayıb,ara-bir qeyri-rəsmi ailəsinə baş çəkir.

Mənbənin bildirdiyinə görə,Fəzail Ağamalının gizli evliliyindən və ailə ətrafında cərəyan edən hadisələrdən onun ən yaxın ətrafının,partiyadaşlarının və ailə üzvlərinin xəbəri var imiş.F.Ağamalı Oxu24.com saytına açıqlamasında  gizli evliliyini etiraf edib,hərəkətlərində heç bir qəbahət olmadığını,hətta,özünü ABŞ lideri Donald Trampla müqayisə edərək,onun 3 dəfə evləndiyini demişdir.Zamanında O,qeyri-rəsmi evlilikdən doğulmuş oğlu İlqara lazım olan şəkildə maddi və mənəvi hər cür yardım göstərdiyini,lakin, son 20 ildə isə,oğlu İlqarla  və anası İra xanımla  əlaqəsinin olmadığını söyləmişdi.

CityPost.az Fəzail Ağamalının cəmiyyətdən illərlə gizlədə bildiyi oğlu İlqar Ağamalıyev və onun anasını axtarıb,tapıb onlarla əlaqə saxlayıb.

Ailə ilə geniş müsahibəni və fotoşəkilləri yaxın günlərdə oxuculara təqdim edəcəyik.Söhbət zamanı məlum olub ki,ailə uzun müddət Bakının Elmlər Akademiyası ərazisində,daha sonra isə Bayıl qəsəbəsində kirayədə yaşayıb.

CityPost.az-ın apardığı kiçik jurnalist təhqiqatı nəticəsində bəlli olub ki, az aşın duzu olmayan  Partiya sədri Fəzail Ağamalının sirri  aləmə  faş olandan sonra evində,ailə içində çıxılmaz duruma düşüb.Oxu24.com-a Fəzail Ağamalı bu məsələ ilə bağlı həyat  yoldaşından üzr istədiyini etiraf etmişdi). Məhz bu səbəbdən zavallı Fəzail Ağamalı həyat yoldaşının  aşkar edə bilməməsi üçün qeyri-rəsmi evlilikdən doğulmuş oğlunu və həyat yoldaşı İra xanımı tez-tez fərqli ünvanlara köçürürmüş.Məsələnin şişdiyini və şişdikcə də qəlizləşdiyini görən Fəzail Ağamalı bu sahədə təcrübəsi  olan dostlarının məsləhəti ilə başıbəlalı ailəni başının sakit olması,canı problemdən qurtarması üçün Rusiyaya köçürür.

Bəs,Fəzail Ağamalı dediyi kimi,ailəyə həqiqətən maddi və mənəvi dəstək göstəribmi?Ümumiyyətlə,bu kimi məsələlər hüquq müstəvisində necə həll edilir?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü,vəkil  Zöhrab Əskərov bu və digər məsələlərlə bağlı CityPost.az-ın suallarını cavablandırıb.

“Ata könüllü şəkildə Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə gedib,doğulanın atası olduğunu yazılı şəkildə etiraf edirsə,atalığın tanınmasına dair şəhadətnamə tərtib olunur və uşağa doğum haqqında şəhadətnamə verilir.Əks halda,atalığın müəyyən olunması DNT testi vasitəsi ilə bir qayda olaraq məhkəmədə həll olunur.Azərbaycan Respublikasının Ailə Məcəlləsində əksini tapıb ki,valideynlər uşaqlarını saxlamağa borcludurlar.Ailə Məcəlləsinin 76-cı maddəsində göstərilir ki, valideynlərin qazanclarının,gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulur. Həmin Məcəllənin 78-ci maddəsində isə sabit pul məbləğində aliment tutulması göstərilib.Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenum  qərarında təsbit olunub ki,valideynlərin qazanclarının,gəlirlərinin hər uşağa görə,0.62 misli miqdarında aliment tutula bilər.

Tanınmış vəkil Zöhrab Əskərov daha sonra deyib:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsində ər və arvadın biri-birini saxlamaq vəzifəsi və lazım gələrsə,əlavə xərclərə cəlb olunması nəzərdə tutulub.Bundan əlavə sizin hallandırdığınız məsələyə uyğun olaraq deyə bilərəm ki,həmin Məcəllənin 89-cu maddəsində baba və nənələrin nəvələrini saxlamaq hüququ təsbit olunub.Eyni zamanda barəsində söhbət gedən Məcəllənin 92-ci maddəsində ögey oğul və qızların ögey ata və analarını saxlamaq vəzifəsi nəzərdə tutulub”,-deyə vəkil bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

  Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Bəhmən  Abuzərovun xatirəsi anılıb

 5 noyabr tarixində İmişli rayon Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Abuzərov Bəhmən Abuzər oğlunun xatirəsinə həsr olunmuş “Suverenlik: Qalib Prezident, Qalib Şəhid, Dünyəvi Azərbaycan” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirildi.Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektorunun rəhbərliyi, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ziyalıları, şəhid müəllimin şagirdləri, döyüş yoldaşları, məktəb kollektivi və şagirdlər iştirak etdilər.Tədbir boyu şagirdlər və müəllimlər vətənpərvərlik ruhunda şeirlər, kompozisiyalar səsləndirdilər, şəhid müəllimin öz qələmindən çıxan şeirlər ifa olundu. O misralarda Bəhmən müəllimin qələbəyə olan sarsılmaz inamı, Vətən sevgisi və xalqımıza sonsuz etibarı duyulurdu.Bəhmən müəllim İmişli rayonunun Cavadxanlı kənd məktəbində...

06 Noyabr 2025, 14:11

Tale Heydərov: Prezident İlham Əliyev AMEA-dakı çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi 

“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm”.CityPost.az   xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbinin, “TEAS PRESS” Nəşriyyat Evinin və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov...

06 Noyabr 2025, 11:00

AZTV-dən üzr istədilər 

Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV) ilə bağlı yanlış məlumatlar yayan sayt üzr istəyib.Cityost.az-ın  məlumatına görə, “Metbuat.az” xəbər portalı 5 noyabrda “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqaləyə görə üzr istəyib.Portal təkzib mətnində qeyd edib ki, məqalə "redaksiyaya göndərilən məlumatlar əsasında hazırlanıb": "Təəssüf ki, hazırladığımız məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib".Portal məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində mənfi niyyət olmadığını, "AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzaq" olduğunu da qeyd edib. “Metbuat.az” saytı məlumatı silib və AZTV-dən üzr istəyib....

06 Noyabr 2025, 10:48

“Dəstəkləmək lazımdır” - Ekspert AzTV sədrinin helikopter almasından yazdı 

“AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır? Son günlər AzTV sədri Rövşən Məmmədovun “helikopter almaq istəyi” və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir. Amma məsələ bir qədər fərqli görünür”.CityPost.az    xəbər verir ki, bunu İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.O bildirib ki, dünyada əksər TV kanallar çəkiliş üçün helikopterlərdən istifadə edir: pizza mizza“Düşünürəm ki, əslində AzTV-ni, eləcə də İTV və digər televiziya kanallarını belə bir təşəbbüsə görə təqdir etmək daha doğru olardı. Əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən - xüsusilə regionlardan və Qarabağdan - operativ...

05 Noyabr 2025, 17:29

Elton Məmmədov həbsxananın kəndarında  -   Nəsib Məhəməliyev də “boz kardinal”ın adamı imiş  

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri,hazırda isə Rəyasət Heyəti Aparatının Sosial Xidmətlər Şöbəsinin müdiri vəzifəsini tutan,sabiq deputat Elton Məmmədov barəsində  (Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dövrü əhatə edən dönəmdə)  3 milyon manatdan artıq yeyintiyə və israfçılığa yol verdiyinə görə,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanıb.Cinayət işinin təqibi Azərbaycan Respublikasının Baş Prokuru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə olunub.Elton Məmmədov və qardaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovun bu və ya digər neqativ əməlləri barədə mətbuatda hər gün rəngarən xəbərlər yer alır.Elton Məmmədov isə haqqında medianın tirajladığı xəbərlərə dözümsüzlük nümayiş etdirərək,hətta,mətbuat nümayəndələrinə  yalan məlumat ötürməklə çaşqınlıq...

05 Noyabr 2025, 15:34

Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt 

Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istədiyi haqda məktubu tirajlanmışdı. Bunun ardınca isə R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi gündəmə gəldi.Teleqraf agentliyi 50 nəfərdən ikisinin kimliyi haqda özəl mənbələrə istinadla məlumat yaymışdı ki, onlardan da biri sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir.Gültəkin Hacıbəyli isə Ramiz Mehdiyevin kadrı olması barədə səsləndirilən ittihamları təkzib etməyə çalışdı.CityPost.az   xəbər verir  ki, mövzu ilə bağlı Oxu24.com  geniş araşdırma aparıb. Saytın səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli...

05 Noyabr 2025, 13:41