Bizə yazın

Baku

-°C

USD

-

  Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Bəhmən  Abuzərovun xatirəsi anılıb

Cəmiyyət 06 Noyabr 2025, 14:11

407

 5 noyabr tarixində İmişli rayon Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Abuzərov Bəhmən Abuzər oğlunun xatirəsinə həsr olunmuş “Suverenlik: Qalib Prezident, Qalib Şəhid, Dünyəvi Azərbaycan” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirildi.

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektorunun rəhbərliyi, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ziyalıları, şəhid müəllimin şagirdləri, döyüş yoldaşları, məktəb kollektivi və şagirdlər iştirak etdilər.

Tədbir boyu şagirdlər və müəllimlər vətənpərvərlik ruhunda şeirlər, kompozisiyalar səsləndirdilər, şəhid müəllimin öz qələmindən çıxan şeirlər ifa olundu. O misralarda Bəhmən müəllimin qələbəyə olan sarsılmaz inamı, Vətən sevgisi və xalqımıza sonsuz etibarı duyulurdu.

Bəhmən müəllim İmişli rayonunun Cavadxanlı kənd məktəbində müəllim kimi çalışmış, Ulu Öndər Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli Xalqa Müraciətindən sonra könüllü olaraq cəbhəyə yollanmış, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Vətən qarşısında göstərdiyi xüsusi xidmətlərə görə o, Ali Baş Komandan Prezident İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Bayrağı ordeni ilə təltif edilmişdir.

Bu gün biz Konstitusiya və Suverenlik İli çərçivəsində şəhid-müəllimimizin həyat və qəhrəmanlıq yolunu bir daha xatırladıq, onun timsalında sinifdən səngərə gedən Azərbaycan müəlliminin böyüklüyünü gördük.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Qalib Prezident!

Yaşasın Qalib Şəhid!

Yaşasın Suveren, Müstəqil, Dünyəvi Azərbaycan! 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fəzail Ağamalıya Almaniyadakı ailəsindən XƏBƏR VAR   

CityPost.az-ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə,Fəzail Ağamalının rus millətindən olan İra adlı qadından 1987-ci il təvəllüdlü İlqar adlı oğlu olduğu barədə məlumat vermişdik.Mənbə bildirib ki,adı İlqar olsa da,onu uşaqlıqdan Oleq deyə çağırırlarmış.İlqar Ağamalıyev atası tərəfindən  anası ilə birgə əvvəlcə Rusiyanın Sank-Peterburq şəhərinə mədəni sürgün edilib.Ailə bir müddət orada yaşadıqdan sonra Almaniyada məskunlaşıb.Mənbənin verdiyi məlumata görə,Fəzail Ağamalı onu övladları Elçin,Yalçın və Günaydan heç də ayırmırmış.Partiya sədrinin evində onun qeyri-rəsmi ikinci evliliyinə görə,tez-tez dava düşürmüş,söz-söhbət olurmuş.Fəzail Ağamalı ailənin qərarı ilə İlqarı anası ilə birgə onların istəklərinə uyğun olaraq,Rusiyanın Sank-Peterburq şəhərinə köçürüb.Fəzail Ağamalının qeyri-rəsmi oğlu İlqar Ağamalıyev atasından fərqli olaraq dərin zəkaya,...

06 Noyabr 2025, 12:59

Tale Heydərov: Prezident İlham Əliyev AMEA-dakı çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi 

“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm”.CityPost.az   xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbinin, “TEAS PRESS” Nəşriyyat Evinin və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov...

06 Noyabr 2025, 11:00

AZTV-dən üzr istədilər 

Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV) ilə bağlı yanlış məlumatlar yayan sayt üzr istəyib.Cityost.az-ın  məlumatına görə, “Metbuat.az” xəbər portalı 5 noyabrda “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqaləyə görə üzr istəyib.Portal təkzib mətnində qeyd edib ki, məqalə "redaksiyaya göndərilən məlumatlar əsasında hazırlanıb": "Təəssüf ki, hazırladığımız məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib".Portal məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində mənfi niyyət olmadığını, "AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzaq" olduğunu da qeyd edib. “Metbuat.az” saytı məlumatı silib və AZTV-dən üzr istəyib....

06 Noyabr 2025, 10:48

“Dəstəkləmək lazımdır” - Ekspert AzTV sədrinin helikopter almasından yazdı 

“AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır? Son günlər AzTV sədri Rövşən Məmmədovun “helikopter almaq istəyi” və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir. Amma məsələ bir qədər fərqli görünür”.CityPost.az    xəbər verir ki, bunu İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.O bildirib ki, dünyada əksər TV kanallar çəkiliş üçün helikopterlərdən istifadə edir: pizza mizza“Düşünürəm ki, əslində AzTV-ni, eləcə də İTV və digər televiziya kanallarını belə bir təşəbbüsə görə təqdir etmək daha doğru olardı. Əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən - xüsusilə regionlardan və Qarabağdan - operativ...

05 Noyabr 2025, 17:29

Elton Məmmədov həbsxananın kəndarında  -   Nəsib Məhəməliyev də “boz kardinal”ın adamı imiş  

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri,hazırda isə Rəyasət Heyəti Aparatının Sosial Xidmətlər Şöbəsinin müdiri vəzifəsini tutan,sabiq deputat Elton Məmmədov barəsində  (Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dövrü əhatə edən dönəmdə)  3 milyon manatdan artıq yeyintiyə və israfçılığa yol verdiyinə görə,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanıb.Cinayət işinin təqibi Azərbaycan Respublikasının Baş Prokuru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə olunub.Elton Məmmədov və qardaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovun bu və ya digər neqativ əməlləri barədə mətbuatda hər gün rəngarən xəbərlər yer alır.Elton Məmmədov isə haqqında medianın tirajladığı xəbərlərə dözümsüzlük nümayiş etdirərək,hətta,mətbuat nümayəndələrinə  yalan məlumat ötürməklə çaşqınlıq...

05 Noyabr 2025, 15:34

Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt 

Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istədiyi haqda məktubu tirajlanmışdı. Bunun ardınca isə R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi gündəmə gəldi.Teleqraf agentliyi 50 nəfərdən ikisinin kimliyi haqda özəl mənbələrə istinadla məlumat yaymışdı ki, onlardan da biri sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir.Gültəkin Hacıbəyli isə Ramiz Mehdiyevin kadrı olması barədə səsləndirilən ittihamları təkzib etməyə çalışdı.CityPost.az   xəbər verir  ki, mövzu ilə bağlı Oxu24.com  geniş araşdırma aparıb. Saytın səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli...

05 Noyabr 2025, 13:41