Bizə yazın

Baku

-°C

USD

-

Prezident Bakıda açılışda - Foto

Cəmiyyət 10 Sentyabr 2025, 14:15

2804

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.

CityPost.az    xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Göygölün yeni icra başçısı kollektivə təqdim olunub 

Azərbaycan Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Novruzov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.CityPost.az  xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.V.Novruzov ona göstərilən etimada görə minnətdarlıq edib.

14 Noyabr 2025, 11:17

FHN müraciət yayıb

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi valideynlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması halları qeydə alınır.Bu barədə CityPost.az-a  FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, belə hallarla bağlı daxil olan məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir."Yalnız noyabrın ötən 13 günü ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 22 uşaq xilas edilib. Aparılan təhlillər bu kimi halların əsasən uşaqların nəzarətsiz qoyulması, o cümlədən əksər hallarda mənzildə və digər məkanlarda tək olması nəticəsində yaşandığını göstərir".Qeyd olunanlarla bağlı, mənzillərdə azyaşlıların...

14 Noyabr 2025, 10:17

"Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı keçiddə tüstülənmə olub

“Cəfər Cabbarlı” stansiyasının giriş-çıxış qapıları sərnişinlərin istifadəsinə tam açılıb.Bu barədə CityPost.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.***09.53“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.Bu barədə  Bakı Metropoliteni QSC-dən bildirilib.Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.Qeyd olunub ki, “Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək....

14 Noyabr 2025, 10:09

Qaxın yeni icra başçısı kollektivə təqdim olunub 

Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Paşayev bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.CityPost.az   xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.E.Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.Qeyd edək ki, Elvin Paşayev Prezidentin Sərəncamı ilə noyabrın 12-də Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib....

13 Noyabr 2025, 17:32

Qaz olmayacaq 

Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.CityPost.az   bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə noyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.Təmir işləri aparılan müddətdə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

13 Noyabr 2025, 17:27

İcra başçısı camış işinə baxırmış  - FOTO+VİDEO

Mənsur Məmmədovun camış fermasından xüsusi REPORTAJ...Mediada Ramiz  Mehdiyevin qruplaşmasında yer alan şəxslərin siyahısında hazırda vəzifədə olan icra başçılarının da adı tez-tez hallanır.Yerli mətbuatın həmin siyahıda adını çəkdiyi icra  başçılarından biri də Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovdur.Bəs Mənsur Məmmədov bu komandaya necə üzv olub?CityPost.az  xəbər verir   ki,Oxu24.com icra başçısı ilə bağlı mühüm məlumatlar əldə edib.Sayta açıqlama verən mənbənin bildirdiyinə görə,Mənsur Məmmədov bu qrupa keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə qoşulub.Ziya Məmmədovun əslən Ucar rayonunun Qazıqumlaq kəndindən olması məlumdur.Məhz, Ziya Məmmədov öz adımını Ucar rayonuna başçı gətirilməsinə dəstək olmaqla regionda  mövqeyinin möhkəmlənməsini bir qədər də gücləndirib.Onu da qeyd edək ki,Mənsur Məmmədov və Ziya Məmmədov hər ikisi...

13 Noyabr 2025, 16:29