Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
İdman 25 İyul 2026, 18:56
418
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb.
Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin oxuyun
Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilən Qazaxda avarçəkmə tədbiri keçirilib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak edib.Tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib.Daha sonra kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub. Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi yönündə təlimlər keçilib. Onlara avarçəkmə idmanında...
25 İyul 2026, 19:00
Qazaxda velosiped üzrə Federasiya Kuboku yarışları keçirilib
Gənclər və İdman Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizin "İdman Paytaxtı" Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib.Citypost.az xəbər verir ki, Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunan yarış böyük tamaşaçı marağı ilə qarşılanıb.Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin 150-dən artıq oğlan və qız idmançısı 5 km məsafəyə qrup ötüşməsi üzrə mübarizə aparıblar.Yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil edilib. 6 kateqoriya üzrə qalib və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar.Region idmançılarıQızlar (2013-2015)1. Fatimə Qurbanova (Ağdaş UGİŞM)2. Mənsurə Hüseynli (Ağdaş UGİŞM)3. Leyla Seyidzadə (Ağdaş UGİŞM)Oğlanlar...
25 İyul 2026, 18:47
Azərbaycan komandaları Minsk turnirinə qatılır
Azərbaycanın 3x3 basketbol üzrə oğlan və qızlardan ibarət komandaları Belarusun paytaxtı Minskə yollanıblar.Azərbaycan Basketbol Federasiyasından Citypost.az verilən məlumata görə, yığmalar Belarusun 3x3 basketbol üzrə "Palova" Milli Liqasının II mərhələsində iştirak edəcəklər.Bu gün start götürəcək yarış iyulun 26-dək Minsk şəhərində təşkil olunacaq.
25 İyul 2026, 14:47
"Real Madrid" 19 yaşlı futbolçuya 100 milyon avro təklif etdi
İspaniya nəhəngi "Real Madrid" Almaniyanın "Leypsiq" klubunda çıxış edən 19 yaşlı hücumçu Yan Diomandın transferi üçün 100 milyon avro ödəməyə hazırdır.Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.Məlumata görə, Madrid təmsilçisi Fil Dişi Sahili millisinin üzvü olan Yan Diomandı "Bavariya"nın və Fransa millisinin cinah oyunçusu Maykl Oliseyə alternativ variant kimi nəzərdən keçirir."Leypsiq" isə futbolçunun transferi üçün 120 milyon avro tələb edir.19 yaşlı hücumçu ilə PSJ, "Liverpul", "Arsenal" və "Mançester Siti" də yaxından maraqlanır.Yan Diomand ötən mövsüm "Leypsiq"in heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb."Transfermarkt" portalı futbolçunun bazar dəyərini 90...
25 İyul 2026, 13:52
ÇSKA – "Qarabağ" oyununun biletləri satışda
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) – "Qarabağ" cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.Citypost.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, biıetləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir.Sofiyadakı "Vasil Levski" arenasında "Qarabağ" azarkeşləri üçün 800 yer ayrılıb.Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq....
25 İyul 2026, 13:20
"Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu Mamadu Kane ilə gücləndirib
Gündəlik məşqlərlə paralel olaraq heyətini də komplektləşdirməyə çalışan "Araz-Naxçıvan" daha bir legionerlə anlaşıb.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən məlumat verilib.Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü "Araz-Naxçıvan"ın heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.29 yaşlı futbolçu müxtəlif illərdə "Satellite", "Kaloum", "Qanqan", "Neftçi" (Bakı), "Olimpiakos", "Rodina Moskva", "Auda", "Etnikos" klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin "Pafos" komandası olub.Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov,...
23 İyul 2026, 15:51