Gürcüstanda elektrik problemi səbəbindən Bakı-Tbilisi qatarı yolda qalıb
Cəmiyyət 25 İyul 2026, 17:20
577
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Citypost.az-a bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.
Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Həmçinin oxuyun
Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Niyazi Bayramov Səmərqənddə tədbirlərdə iştirak etdi
Məlum olduğu kimi, 24–25 iyul tarixlərində Özbəkistanın Səmərqənd şəhərində ilk dəfə təşkil olunan “Qardaş şəhərlər” I Beynəlxalq Forumu davam edir. Forumda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov proqrama uyğun olaraq keçirilən bir sıra tədbirlərə qatılıb.Citypost.az xəbər verir ki, Forum çərçivəsində Səmərqəndin Qədim şəhər ərazisində “Dostluq ağacı” adlı ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Niyazi Bayramov da iştirak edib. “Dostluq ağacı” aksiyası şəhərlər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına verilən önəmin rəmzi kimi qiymətləndirilir.Tədbirlər zamanı təşkil olunan “Şəhərlərin imkanları” sərgisində Özbəkistan şəhərlərinin mədəni, elmi, sənaye, xidmət, logistika, turizm...
25 İyul 2026, 16:30
Bədəl Bədəlov Naftalanda seçiciləri ilə görüşdü
Milli Məclisin deputatı Bədəl Bədəlov Naftalan şəhərində seçiciləri ilə növbəti görüş keçirib.Citypost.az xəbər verir ki, görüş zamanı qaldırılan məsələlər diqqətlə dinlənilib, əlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun müvafiq addımlar atılıb.Bəzi məsələlər yerindəcə həll edilib, digər məsələlər üçün müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulub.
25 İyul 2026, 16:16
Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Belə ki, iyulun 26-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.
25 İyul 2026, 16:08
Qara dənizdə azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu
Qara dənizdə, Odessa limanı yaxınlığında "GN Group"a məxsus "Lady Zehma" quru yük gəmisi dron hücumuna məruz qalıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.Məlumatda qeyd edilib ki, gəminin heyəti 22 nəfərdən ibarət olub. Onlardan 19-u Azərbaycan, 1-i Türkiyə, 1-i Ukrayna, 1-i isə Misir vətəndaşıdır.Bildirilib ki, hücum nəticəsində heyət üzvlərinin hamısı sağ qalıb və onlardan heç biri xəsarət almayıb....
25 İyul 2026, 15:48
ADAU-nun əməkdaşı vəfat etdi
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) gənc əməkdaşı vəfat edib.Citypost.az xəbər verir ki, Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin mütəxəssisi Natəvan Quliyeva dünyasını dəyişib.Məlumata görə, bir müddət öncə onun səhətində ciddi problem yaranıb.
25 İyul 2026, 15:17
"Şuşa şəhərciyi"ndə market yanır
Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə market yanır."Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəsəbə ərazisində "Al Market"də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır.
25 İyul 2026, 15:00