Bizə yazın

Baku

-°C

USD

-

Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini ilə görüşüb 

Cəmiyyət 26 Noyabr 2025, 13:30

103

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

Bu barədə  CityPost.az-a  Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.

Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq 

Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibi formalaşdırılacaq.CityPost.az Şuraya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun sədri Rəşad Məcid açıqlayıb.O bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir:"Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm".

26 Noyabr 2025, 13:21

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 67-70 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə...

26 Noyabr 2025, 12:46

Bakıda bu ərazidə evlər plana düşdü

Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə sökünütü işləri aparılacaq.BAKU.WS-in ldə etdiyi məlumata görə, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb.Məlumata görə, söküntü planı Nizami metrosu istiqamətində olan tikililəri əhatə edəcək. Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır.Evləri söküləcək sakinlərə kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.Layihənin icrasından sonra həmin ərazidə yeni binaların...

26 Noyabr 2025, 11:59

Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzi kimi fəaliyyət göstərir - RƏSMİ 

Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib.Bu barədə   TƏBİB-dən məlumat verilib.Qeyd olunub ki, Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən, "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyində olan tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi prosesi həyata keçirilib.Bu qərara uyğun olaraq, Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib.Məlumata görə, Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası həmin binaya köçürülüb və fəaliyyətini orada davam etdirir.Tibb müəssisəsində Endokrinologiya, Allerqologiya, Pediatriya, Reanimasiya və Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət göstərir.Eyni zamanda endokrinoloji və allerqoloji sahələr üzrə pediatrik stasionar xidmətlər Nərimanov...

26 Noyabr 2025, 11:50

Dövlət Vergi Xidmətində yeni idarələr yaradılıb 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi və Data analitika idarəsi yaradılıb.CityPost.az   xəbər verir ki, İnformasiya təhlükəsizliyi şöbəsi idarəyə çevrilib.

25 Noyabr 2025, 15:55

Rəqsanə İsmayılovaya tədbirlərə qatılmaq yasaqlandı  -  Əks halda həbs oluna bilər

Bir neçə gün öncə vətəndaşın  520 min ABŞ dollarını və 35 min manat dəyərində qızıl-zinyət əşyalarını dələduzluq yolu ilə ələ keçirən Rəqsanə İsmayılova barədə məhkəmənin çıxardığı 4 aylıq həbs qətimkan  tədbiri vurmuş olduğu ziyanın xeyli hissəsini qaytardığı üçün vəkilinin vəsatətinə əsasən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.Bəs,ev dustaqlığı qətimkan tədbiri nədir?Kimlərə və zaman şamil oluna bilər?Azərbaycan Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü,tanınmış vəkil Ruslan Vəliyev mövzu ilə bağlı  CityPost.az    saytının suallarını cavablandırıb.“Barəsində məhkəmə tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin birinci növbədə sərbəst hərəkət etmək azadlığı məhdudlaşdırılır.Bundan savayı yaşayış yerini tərk etməmək,müəyyən olunmuş ərazi hüdudlarını aşmamaq,yaşayış yerini dəyişməmək və...

25 Noyabr 2025, 14:50