Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları Ankarada təlim keçib 

Cəmiyyət 28 Noyabr 2025, 12:07

167

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Ankara şəhərində "Qafqaz Qartalı – 2025" birgə taktiki-xüsusi təlimi yüksək peşəkarlıqla icra edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyan təlim, iştirakçı bölmələrin qarşılıqlı əlaqə, çevik reaksiya, koordinasiya və döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Təlimin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov, eləcə də digər ölkələrin yüksək rütbəli zabitləri prosesləri yerində izləyiblər. Komandanlara təlimin mərhələləri, qarşıya qoyulan tapşırıqlar və əldə olunan nəticələr barədə ətraflı məruzələr təqdim olunub.

Təlim zamanı xüsusi təyinatlılar müxtəlif epizodlar üzrə raket-artilleriya və aviasiya bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqları yüksək hazırlıq və taktiki çeviklik nümayiş etdirərək uğurla yerinə yetiriblər.

Təlimdə fərqlənən bir qrup hərbi qulluqçu xidməti vəzifələrinin icrasında göstərdiyi nümunəvi intizam və peşəkarlığa görə müvafiq mükafatlarla təltif edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan lideri Timor-Leste prezidentini təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortanı təbrik edib.CityPost.az-ın  məlumatına görə, təbrikdə deyilir:"Timor-Leste Demokratik Respublikasının müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.Azərbaycan ilə Timor-Leste arasında münasibətlərin yeni vüsət alması bizi sevindirir. Biz sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafına və əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə böyük əhəmiyyət veririk.İnanıram ki, Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq...

28 Noyabr 2025, 12:07

Mikayıl Cabbarov: "Güləş sahəsi növbəti illərdə də yüksək nəticələrlə xalqımızı qürurlandıracaq" 

Güləş sahəsi növbəti illərdə də yüksək nəticələri ilə Azərbaycan xalqını qürurlandırmağa davam edəcək.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.O, AGF-nin Ümumi Yığıncağının baş tutduğunu və tədbirdə qurumun son 4 illik fəaliyyətinin hesabatının dinlənilməsindən sonra İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirildiyini qeyd edib.Paylaşımda yığıncaq çərçivəsində güləş ictimaiyyətinin üzvləri ilə bu sahədə görüləcək işlərin müzakirə edildiyi vurğulanıb....

27 Noyabr 2025, 15:26

Türkiyənin ticarət naziri Azərbaycana səfər edəcək 

Türkiyənin ticarət naziri Ömer Bolat Azərbaycana səfər edəcək.Səfər dekabrın 16-da baş tutacaq.Ö.Bolatın Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.

27 Noyabr 2025, 11:58

"Şamaxinka"dan Lökbatan dairəsinədək sürət həddi endirilib 

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.Bu barədə CityPost.az " Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir."Şamaxinka" adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 kilometrlik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb....

27 Noyabr 2025, 10:13

Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaq 

Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilir ki, 27 noyabr saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Səbail, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

26 Noyabr 2025, 22:51

Bu yaşadək uşaqlar üçün 140 manat verilir - Qaydası 

Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 140 manat məbləğində müavinət verilir.CityPost.az Milli.az-a istinadən xəbər verir ki, mavinət proaktiv qaydada uşağın bir yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.Müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə müavinətin ödənişi dayandırılır.Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar...

26 Noyabr 2025, 22:18