Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
Cəmiyyət 26 Noyabr 2025, 16:01
139
Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbəsi verilib.
CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Həmçinin oxuyun
Sərəncama əsasən, ədliyyə nazirinin müavinləri Abiddin Qabil oğlu Hüseynov və Toğrul Aydın oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qazamat Rəqsanə və ailə üzvlərinin mənsub olduğu yerdir
Rəqsanə İsmayılovaya və ya onun qızına müğənni deyəndə mənə elə gəlir ki,insanlar bu ifadəni söz gəlişi deyirlər.Axı, Azərbaycan cəmiyyətində Rəqsanə İsmayılova adlı müğənni mövcud deyil. Əgər adını çəkdiyiniz qadın müğənni olsaydı, o müğənniliklə məşğul olardı, dələduzluqla (və ya bu kimi digər qanunsuz əməllərlə)yox... Müğənni xanımın qazamatda nə işi var axı? Düzdü, el arasında belə bir deyim var ki, qazamatdan heç kim sığortalanmayıb. Avtoqəza və ya digər gözlənilməyən hadisələrdən söhbət getsə, əlbəttə başa düşüləndir,dərd yarıdır... Eşitdiyimə görə bu qadının nəinki ali və ya orta ixtisas, heç orta təhsili belə yoxdur. Çıxır televiziya verilişlərinə əxlaqa zidd, qadına yaraşmayan tərzdə ifadələr işlədir. İki...
26 Noyabr 2025, 16:30
Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric edilib
Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.CityPost.az xəbər verir ki,APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər....
26 Noyabr 2025, 15:41
Azərbaycan, İran və Rusiya arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb
Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.CityPost.az xəbər verir ki, memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və "Şimal–Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək. Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait...
26 Noyabr 2025, 14:03
Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.Bu barədə CityPost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub....
26 Noyabr 2025, 13:30
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq
Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibi formalaşdırılacaq.CityPost.az Şuraya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun sədri Rəşad Məcid açıqlayıb.O bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir:"Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm".
26 Noyabr 2025, 13:21
Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 67-70 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə...
26 Noyabr 2025, 12:46