Bizə yazın

Baku

-°C

USD

-

Rəşad Məcidlə bağlı kitab və elektron baza təqdim edildi - Fotolar 

Cəmiyyət 26 Noyabr 2025, 16:56

223

Ötən gün Milli Kitabxanada Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin 60 illiyi ilə əlaqədar nəşr olunmuş “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

CityPost.az  xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycanın müasir ictimai mühitində, ədəbiyyat, media və mədəniyyət sahəsində Rəşad Məcidin xüsusi yeri olduğunu önə çəkərək “Qala Adam” kitabı vasitəsilə bu barədə, həmçinin yubilyarın müstəsna şəxsi keyfiyyətləri haqqında ətraflı məlumat almağın mümkünlüyünü vurğulayıb.

Daha sonra “Rəşad Məcid-60” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib və bazadakı materiallar tam şəkildə tədbir iştirakçılarına təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar uzun zamandan bəri tanıdığı, son 20 ildən artıq müddətdə bərabər çalışdıqları Rəşad Məcidlə bağlı yüksək fikirlərini dilə gətirib. O, Rəşad Məcidi son dərəcə etibarlı, sözündə və mövqeyində möhkəm insan olmaqla bərabər, çox istedadlı şair və publisist kimi qiymətləndirib. Anar R.Məcidin publisistik yazılarının Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının uğurlu davamı olduğunu qeyd edib və ona ən xoş arzularını çatdırıb.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək Rəşad Məcidi daim irəli gedən, yenilikci insan, istedadlı şair kimi tanıdğını deyib: “Rəşad müəllim lap cavan yaşlarından artıq cəmiyyətdə öz işlərinə görə ağsaqqallıq statusunu qazanıb. “525-ci qəzet” hazırda Azərbaycanda ən çox oxunan qəzetdir, burada mədəniyyət də, tarix də, ədəbiyyat da, şəxslər haqqında da məlumatlar, məqalələr öz əksini tapır. Şəxsən şahidəm ki, bütövlükdə Azərbaycan cəmiyyətinin, xalqımızın Rəşad Məcidə böyük hörmət və rəğbəti vardır”.

Daha sonra çıxış edənlər - BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər tədbir iştirakçıları Rəşad Məcidlə bağlı fikirlərini bölüşərək ona yeni uğurlar arzulayıblar.

Sonda Rəşad Məcid çıxış edərək bütün qonaqlara, iştirakçılara, tədbirin uğurlu təşkilinə görə Milli Kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qazamat Rəqsanə və ailə üzvlərinin mənsub olduğu yerdir  

Rəqsanə İsmayılovaya və ya onun qızına müğənni deyəndə mənə elə gəlir ki,insanlar bu ifadəni söz gəlişi deyirlər.Axı, Azərbaycan cəmiyyətində Rəqsanə İsmayılova adlı müğənni mövcud deyil. Əgər adını çəkdiyiniz qadın müğənni olsaydı, o müğənniliklə məşğul olardı, dələduzluqla (və ya bu kimi digər qanunsuz əməllərlə)yox... Müğənni xanımın  qazamatda nə işi var axı? Düzdü, el arasında belə bir deyim var ki, qazamatdan heç kim sığortalanmayıb. Avtoqəza və ya digər gözlənilməyən hadisələrdən söhbət getsə, əlbəttə başa düşüləndir,dərd yarıdır... Eşitdiyimə görə bu qadının nəinki ali və ya orta ixtisas, heç orta təhsili belə yoxdur. Çıxır televiziya verilişlərinə əxlaqa zidd, qadına yaraşmayan tərzdə ifadələr işlədir. İki...

26 Noyabr 2025, 16:30

Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM 

Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbəsi verilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, ədliyyə nazirinin müavinləri Abiddin Qabil oğlu Hüseynov və Toğrul Aydın oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

26 Noyabr 2025, 16:01

Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric edilib 

Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.CityPost.az  xəbər verir  ki,APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər....

26 Noyabr 2025, 15:41

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb 

Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.CityPost.az  xəbər verir ki, memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və "Şimal–Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək. Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait...

26 Noyabr 2025, 14:03

Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini ilə görüşüb 

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.Bu barədə  CityPost.az-a  Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub....

26 Noyabr 2025, 13:30

Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq 

Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibi formalaşdırılacaq.CityPost.az Şuraya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun sədri Rəşad Məcid açıqlayıb.O bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir:"Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm".

26 Noyabr 2025, 13:21