Bizə yazın

Baku

-°C

USD

-

Azər Həsrət Mehdiyev görüntülərindən DANIŞDI:“Vətəndaşlar diqqətli olmalıdır”

Cəmiyyət 12 Fevral 2026, 14:51

1415

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasının vətəndaşları – Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə dövlət hakimiyyətini zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək planları ilə bağlı təqsirləndirildiyini açıqlayıb.DTX-nin məlumatına görə, bu şəxslər 2013-cü ildə yaradılmış “Milli Şura” və “Milyarderlər İttifaqı” vasitəsilə xarici dövlətlərin maddi və təşkilati dəstəyi ilə kütləvi iğtişaşlar törətməyi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağı və ictimai qaydanı pozmağı planlaşdırıblar. Ramiz Mehdiyev isə 2025-ci ildə hazırladığı gizli materialları xarici xüsusi xidmət orqanlarına göndərərək dövlətə xəyanət edib və cinayət yolu ilə əldə olunmuş 17 milyon manatdan çox vəsaiti leqallaşdırıb.Cinayət işində Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi), Ramiz Mehdiyev 193-1.3.2 (leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələr ilə təqsirləndirilir.Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan ərazisindən kənarda olduqları üçün barələrində axtarış elan edilib və məhkəmə tərəfindən qiyabi həbs qərarı verilib. Araşdırmalar davam etdirilir.

Jurnalist Azər Həsrət Citypost.az-a bildirib ki, Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə yalnız konstitusiya və qanun çərçivəsində aparılmalıdır.

“Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan demokratik və pluralist dövlətdir. Burada istənilən siyasi qüvvə hakimiyyətə iddia edə bilər. Lakin xarici qüvvələrin, xarici ölkələrin dəstəyi ilə hakimiyyət iddiasına düşmək cinayətdir və heç kəs buna bulaşmamalıdır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən adı çəkilən şəxslər konkret olaraq xarici ölkələrlə əməkdaşlıq etmişlər. DTX dövlətin adını çəkməsə də, məlumdur ki, söhbət Rusiyadan gedir. Bu, həm “Milyarderlər İttifaqı”, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bağlıdır,”  deyə Azər Həsrət qeyd edib.

Jurnalist vurğulayıb ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi bəzi şəxslərin bu komandada yer alması ciddi narahatlıq doğurur: “Xalq Cəbhəsi, Elçibəyin qurduğu və milli azadlıq yolunda mübarizə aparan bir təşkilatdır. Bu təşkilatın xarici dövlətin köməyinə bel bağlayaraq hakimiyyətə iddia etməsi çox ağır məsələdir. Vətəndaşlarımız bu məsələlərdə diqqətli olmalıdır. Özünü milli sayan şəxslər belə hərəkətlərdə iştirak edirsə, bu ciddi narahatlıq doğurur.”

O həmçinin sosial mediada yayılan məlumatlara da toxunub: “Əli Kərimlinin saxlanmasından sonra TikTok və digər sosial şəbəkələrdə guya xalqın küçələrə töküldüyü, polis ilə qarşıdurma yaşandığı görüntülər paylaşılır. Bunlar köhnə və əlaqəsiz videolardır. Reallıqda belə hadisələr baş verməyib. Hər kəs səbirli və təmkinli olmalıdır. Dövlət təhlükəsizliyi xidməti və digər dövlət qurumları araşdırmaları sakit şəkildə aparır. Nəticələr ortaya çıxanda həqiqət tam aydın olacaq.”

Azər Həsrət əlavə edib ki, illərdir bu şəxslərin antimilli mövqedə olduqları barədə xəbərdarlıqlar verilmişdi və artıq faktlar üzə çıxmağa başlayıb. “Faktlar göstərir ki, dediklərimiz öz yerini tapır. Vətəndaşlar təmkinli olmalıdır, görəcəklər ki, nə qədər böyük bir xəyanətin içindəyik,” – deyə o vurğulayıb.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fermer kartlarından mənimsənilən milyonlar: Adı hallanan vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA   

"Aqrar İnnovasiya və Təchizat" şirkətinin həbsdə olan keçmiş əməkdaşı Elvin Məmmədlinin atası Vilayət Məmmədov 32gun.az-a yenidən müraciət edərək kənd təsərrüfatı sektorunda dövlət subsidiyalarının mənimsənilməsi ilə bağlı silsilə iddialarını davam etdirib.CityPost.az 32gun.az-a istinadən xəbər verir  ki,ailə müraciəti zamanı   Kənd təsərrüfatı məhsullarının (pestisidlər, toxumlar, gübrələr) təchizatçısı Şəmkir rayon sakini, fiziki şəxs Ülviyyə Ənvər qızı, "Zirvə Aqro", "Amin-Q", "Aqro servis" şirkətləri, “Rövşənoğlu şirkətlər qrupuna daxil olan "Rövşənoğlu1", "Rövşənoğlu2", "Rövşənoğlu3" , eləcə də “AzGübrə”, “TapAgro” , “GübrəAz” şirkətlərinin adlarını xüsusi vurğulayıb. O, oğlunun 7 illik həbs cəzasını ədalətsiz adlandıraraq, əsl cinayətkar şəbəkənin hələ də azadlıqda olduğunu və dövlət büdcəsini talamaqda davam etdiyini iddia edir.Onun redaksiyamıza...

12 Fevral 2026, 16:39

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI 

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.CityPost.az  xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:“Tərəqqi” medalı iləƏliyev Nazim Kazım oğlu1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləAbbasov Etibar Akif oğluBədəlova Zöhrə Əliriza qızıGözəlov Zülfi Məmməd oğluHəziyeva Gülçöhrə Hacıqulu qızıHüseynov Alı Hüseynqulu oğluİsgəndərov Nəsib Əli oğluMəmmədov Şahin Yusif oğluRzayev Zamin Vahid oğluSəfərova Rəsmiyyə Suca qızı3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləQasımlı Nuranə Nurəddin qızıQənbərov Zahid Paşa oğlu....

12 Fevral 2026, 16:31

Rasim İldırımzadənin daha bir əməli üzə çıxdı -   O, bu dəfə Namizəd Səfərovla əlbir olubmuş

Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində toplanmış materiallar əsasında cinayət işinə baxış keçirilən Rasim İldırımzadənin dələduzluğa dair daha bir əməli ortaya çıxıb. Bu barədə Citypost.az-a Ağstafa rayonunun Köçəsgər kəndində yaşayan Mehman Məmmədov məlumat verib. “Məni Rasim İldırımzadə ilə hazırda həbsdə olan Azərbaycan Vəkillər Kollegiyasının sabiq üzvü Namizəd Səfərov tanış etdi. N.Səfərov mənə dedi ki, R.İldırımzadə onun tələbəlik yoldaşıdır və nüfuzlu nəslin nümayəndəsidir. O, mənə həbsdə olan oğlumun əfv edilməsinə yardımçı olacağına söz verdi və 10.000 manat pul aldı. Artıq bu sövdələşmənin üstündən 3 ildən çox vaxt ötüb. R.İldırımzadə sözünə əməl etmədi, oğlumun çəkilməmiş cəzadan azad olunmasına yardım göstərmədi. Mən ondan və...

12 Fevral 2026, 16:28

Ölkə başçısı SHXÇDX əməkdaşlarını təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az-ın məlumatına görə, sənəddə deyilir:Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:"Vətən uğrunda" medalı iləQarayev Natiq Sahib oğlu – general-mayorCəfərov Elməddin Qulu oğlu – polkovnikQuliyev İslam Ramiz oğlu – polkovnik"Hərbi xidmətlərə görə" medalı iləHidayev Əziz Şahmurad oğlu – polkovnikAbbasov Hikmət Zahid oğlu – mayorƏliyeva Samirə Təşkilat qızı – mayor"Tərəqqi" medalı iləSədrətdinov Pərviz Həsən oğlu....

12 Fevral 2026, 16:00

İlham Əliyev Pərviz Sədrəddinovu TƏLTİF ETDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, təltif edilənlər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov da var. O, “Tərəqqi” medalına layiq görülüb.Qeyd edək ki, Pərviz Sədrəddinov 2023-cü ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hazırkı vəzifəsinə təyin olunub.Daha əvvəllər "Kapital Bank"ın mətbuat katibi işləyib. Ondan öncə isə "DəmirBank"da Reklam və PR üzrə baş mütəxəssis, "Expressbank"da mətbuat katibi vəzifəsində çalışıv. O, 1998-2002-cü illərdə Azərbaycan Dövlət Neft...

12 Fevral 2026, 16:00

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK 

Yeni Azərbaycan Partiyası (YAP) Ramiz Mehdiyevlə bağlı bu yaxınlarda toplaşaraq qərarını verəcək. Bunu Modern.az-a açıqlamasında deputat, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, deputat Tahir Rzayev deyib.O qeyd edib ki, hər şey istintaqın gedişindən aslıdır. “Ramiz Mehdiyevin partiyadan uzaqlaşdırılması üçün mütləq inzibati orqanlar tərəfindən onun cinayətlərinin sübuta yetirildiyinə dair təqdimat olmalıdır. Bundan sonra Ramiz Mehdiyevin YAP-a, Veteranlar Şurasına üzvülüyü tamamilə ləğv edilməlidir”. O qeyd edib ki, uzun müddət yüksək vəzifələrdə işləyən adamın belə əməllərə yol verməsi bağışlanmaz səhvdir. “Sözsüz ki, təhlükəsizlik orqanlarının əlindəki faktlara baxdıqda görürük ki, Ramiz Mehdiyevin YAP sıralarında qalması mümkünsüzdür. Yeni Azərbaycan Partiyası bununla bağlı öz qərarını yaxın günlərdə verəcək”, -...

12 Fevral 2026, 15:32