Baş nazir Əli Əsədov sərəncam imzalayıb
Cəmiyyət 17 Dekabr 2025, 17:16
254
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib.
CityPost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025–2030-cu illəri əhatə edən dövrdə Azərbaycanın ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet hesab olunan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili nəzərdə tutulur.
Tədbirlər Planına uyğun olaraq, bu proqramların tətbiq ediləcəyi ali təhsil müəssisələrində:
təhsil proqramları xarici universitetlərin təcrübəsi əsasında hazırlanacaq,
tədris prosesi beynəlxalq təcrübə nəzərə alınmaqla təşkil olunacaq,
Həmçinin oxuyun
elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, Azərbaycan alimlərinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə məqalələrinin dərcinin təşviqi həyata keçiriləcək.
Eyni zamanda, ikili diplom proqramları çərçivəsində fəaliyyət göstərən yerli və əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyəti monitorinq ediləcək, tədris prosesinin nəticələri qiymətləndiriləcək.
Sərəncamda dövlət vəsaiti və ya şəxsi vəsait hesabına bu proqramlar üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması, proqramların maliyyələşdirilməsi və dayanıqlılığına dair mexanizmlərin hazırlanması, eləcə də maliyyə vəsaitlərinin xərclənməsinə nəzarətin həyata keçirilməsi də nəzərdə tutulur.
Tədbirlər Planının icrasında Elm və Təhsil Nazirliyi, Nazirlər Kabineti, Dövlət Neft Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti və tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları iştirak edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Naxçıvanda bir sıra qurumlar birləşib
Naxçıvanda bir sıra qurumlar birləşib.CityPost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi MR Nazirlər Kabinetinə və MR İqtisadiyyat Nazirliyinə həvalə edilib....
17 Dekabr 2025, 18:46
Bakıda mağazalardan oğurluq edilib
Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb.Naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub.Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 22 yaşlı E.Yusifov müəyyən olunaraq saxlanılıb.Məhəmmədi qəsəbəsində keçirilən digər tədbir zamanı isə marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 40 yaşlı İ.Nadirov da saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir....
17 Dekabr 2025, 18:37
MTV kanalına xəbərdarlıq edilib
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub.Bu barədə CityPost.az-a Audiovizual Şuradan məlumat verilib."MTV" kanalının efirində 28.11.2025 tarixdə, saat 10:04-11:54 arası yayımlanan "Xoş sabah" proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilib: "Proqramda iştirak edən qonaqlardan biri "İnsanlar düşünürlər ki boşanma ay pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı. Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər, sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın...
17 Dekabr 2025, 15:31
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
17 dekabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş iclası keçirilib.CityPost.az xəbər verir ki,iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.İclas zamanı Agentliyin cari il ərzində həyata keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr və təşkil edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib.Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Transfermarkt açıqladı: “Qarabağ”da böyük dəyişikliklər gözlənilir...
17 Dekabr 2025, 14:57
Ceyhunun ölümünə görə şərti məhkum edilən polkovnik - Təqaüdə göndərildi
Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun intiharı ilə bağlı şərti məhkum edilən polkovnik Samir Həziyev təqaüdə göndərilib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət işi başlayandan sonra sərəncama götürülən polkovnik öz istəyi ilə xidmətini başa vurub.Son olaraq hərbi hissə komandiri işləyən S. Həziyev Azərbaycan Ordusunun ehtiyatına buraxılıb.Qeyd edək ki, polkovnik Həziyev əsgərinin intiharına görə əvvəlcə 4 il azadlıqdan məhrum edilib, bir neçə ay sonra cəzası şərti hesab edildiyindən azadlığa çıxıb....
17 Dekabr 2025, 12:29
Dəyərlərimiz - Rəşad Məcid onlarla bir arada
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini,Mətbuat Şurasının Sədri,yazıçı,jurnalist Rəşad Məcidin sosial şəbəkə hesabında paylaşımı maraqla qarşılanıb.CityPost.az xəbər verir ki,Rəşad Məcid Azərbaycan poeziyasının ən görkəmli şəxsləri ilə birgə fotolarını paylaşaraq “Od kimi, su kimi köhnə” insanlarla şərhini yazıb.Fotoda Azərbaycan Respublikasının Xalq yazıçısı və əməkdar elm xadimi Kamal Abdulla,Xalq şairi Ramiz Rövşən,Azərbaycan Yazıçılar Birliyinin sədri,Xalq yazıçısı Anar,Xalq şairi Sabir Rüstəmxanlı,Dünya şöhrətli professor Rafiq Əliyev və Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Rəşad Məcid yer alıb.Yazıçının bu postuna çoxsaylı şərhlər gəlib.Ramidə Allahverdiyeva adlı izləyici "görəsən, 20, 30 il sonra belə sıraya düzüləcək yazıçı, şairlərimiz olcaq?" şərhini yazıb.Digər sosial şəbəkə istifadəçisi Nailə Muradova "Azərbaycan Respublikası Ziyalılarının dəyərli inciləri.Nə yaxşı ki, varsınız..Hər birinizə ayrı-ayrılıqda can...
17 Dekabr 2025, 12:04