Bizə yazın

Baku

-°C

USD

-

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə davam etdirilib 

Hadisə 17 Dekabr 2025, 16:19

306

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

CityPost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqının yenilənməsi və ya olduğu yerdən davam etdirilməsi ilə bağlı tərəflərin fikirləri öyrənilib. Müdafiə tərəfi məhkəmə istintaqının yenidən başlamasını, zərərçəkən tərəf işin qaldığı yerdən davam etməsini istəyib.

Hakim tərəflərin nəzərinə çatdırıb ki, tərkibə yeni daxil olan hər iki hakim cinayət işi ilə tanışdır. Ona görə də prosesin qaldığı yerdən davam etdirilməsi ilə bağlı qərar verilib.

Daha sonra prosesdə şahid qismində Perinatal Mərkəzdə biotexniki mühəndis vəzifəsində çalışan Təbriz Nəzirli ifadə verib, müdafiə tərəfinin suallarını cavablandırıb.

Şahid bildirib ki, Perinatal Mərkəzdə elektrik yuvalarının əksəriyyətinin üstü açıq olub, bu barədə elektrikə, eləcə də direktora məlumat verib: “İşdə problem olan zaman ya yazılı, ya da video şəklində vatsap tətbiqi üzərindən direktor Mehriban Abasquliyevaya məlumat verirdim. Həmçinin tibbi cihazların test yoxlanışını keçirib və tibbi personala izah etmişəm".

O, hadisə zamanı işdə olmadığını, mərkəzə isə yanğın tam sönəndən sonra gəldiyini bildirib.

İş üzrə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev şahidi yalan danışmaqda ittiham edib. Dövlət ittihamçısı vəkilə etiraz edib.

Hakim də M.Mustafayevə davranışına görə xəbərdarlıq edib.

Proses yanvarın 7-də davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.


İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar 

Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.“Qafqazinfo” cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəblərini öyrənə bilib. Əldə etdiyimiz məlumata görə, cinayət işlərinin başlanmasına əsas Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub.Məlumatla əlaqədar keçirilən əməliyyat zamanı deyilən ünvanda bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq qiyməti olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları aşkar edilib.Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər iki konteynerdəki 3 milyon...

17 Dekabr 2025, 15:09

DİM Kamran Əsədovun əməlləri ilə bağlı məlumat yaydı - FOTOLAR 

Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb.CityPost.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.Bildirilib ki, imtahan nəticələri elan olunanda həmin imtahan iştirakçılarının cavabları açıqlanmayıb və onların səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib. Bundan sonra növbəti imtahanlarda imtahan binasının girişində buraxılış rejimini həyata keçirən şəxslərə müəyyən məsələlərə ayrıca fikir verilməsi üçün göstəriş verilib. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq...

17 Dekabr 2025, 14:03

Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb 

Bakıda 31 yaşlı qadın dəm qazından boğulub.CityPost.az  xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı araşdırma aparılır.

17 Dekabr 2025, 12:03

Cəlilabadda ı kişinin meyiti tapılıb

Cəlilabadda 25 yaşlı kişinin meyiti tapılıb.APA-nın  verdiyi xəbərə görə meyit rayonun Alar kəndində aşkarlanıb.Araşdırmalar nəticəsində meyitin kənd sakini, 25 yaşlı Mahmud Qasımova aid olduğu müəyyənləşib. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.

16 Dekabr 2025, 23:36

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.Citypost.az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən...

16 Dekabr 2025, 20:50

Bakıda müştərinin “İphone-17”-ni oğurlayan şəxs saxlanılıb 

Bakıda müştərinin “İphone-17”-ni oğurlayan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyindən CityPost.az-a verilən xəbərə görə, paytaxtın Səbail rayonunda bir nəfərə məxsus skuter, digər vətəndaşın isə 3800 manat dəyərində “İphone-17” markalı mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Acalov və T.Kərimli müəyyən edilərək saxlanılıblar.Nəsimi rayonunda isə evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Vahabov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun başqa bir nəfərə məxsus avtomobildən akkumulyator və təmir alətləri talaması da məlum olub.Faktlarla bağlı araşdırmalar davam etdirilir....

16 Dekabr 2025, 14:15