Bizə yazın

Baku

-°C

USD

-

Mütəşəkkil dəstə üzvlərində 47 kq narkotik aşkarlanıb - VİDEO 

Tv-də baş verənlər 17 Dekabr 2025, 14:42

380

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Bu barədə   DİN-dən məlumat verilib.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəstə uşaqlara yardım adı ilə 200 min pul ələ keçirdi - Kiberpolisdən əməliyyat 

Kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi ifşa edib.CityPost.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, son dövrlər sosial şəbəkələrdə “körpələrə yardım”, “fiziki qüsurlu uşaqlara ianə”, “təcili əməliyyat üçün pul lazımdır” kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.Bu cür hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir.Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov...

16 Dekabr 2025, 11:42

Şərurlu İsfəndiyar arvadlarından danışdı

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib.CityPost.az xəbər verir ki, o, Ulvira Qarayevanın aparıcısı olduğu “Həftənin qonağı” proqramında iki həyat yoldaşının olduğunu açıqlayıb.“Bir dəfə yeməyə gedəndə bir qadından xoşum gəldi. Elə orada getdim, salamlaşdım. Dedim, mən bu qadını alacağam. Ara qarışdı, durub getdilər. Sonra onun qalınca getdim. Axtardım, tapdım. Öyrəndim ki, “Semoşka”da (KTM) həkim işləyir. Üç ay dalınca gedəndən sonra razılığa gəldik. Getdim atası ilə razılaşmağa. O da dərman atıb razılıq verdi. Ondan onun 27, mənim isə 50-dən çox yaşım vardı”, - o qeyd edib.İ.Axundov əlavə edib ki, o qadından bir oğlu var:“Birinci həyat...

14 Dekabr 2025, 13:31

Nərgiz Cəlilova general xanımı imiş  - FAKTLAR 

Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib.Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim...

14 Dekabr 2025, 12:12

DTX Heydər Əliyevin anım günü ilə əlaqədar video paylaşıb 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar video paylaşıb.CityPost.az   həmin videonu təqdim edir:

12 Dekabr 2025, 11:32

Azərbaycanın səfiri ermənicə danışdı -VİDEO

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən tədbir zamanı Ermənistan Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.CityPost.az  xəbər verir ki, bununla bağlı görüntüləri “Sputnik Ermənistan” yayıb. Paşinyana erməni dilində “Almaniyaya xoş gəlmisiniz” deyən səfir çıxışına ingilis dilində davam edib. N.Ağayevin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir: “Bu, münasibətlərimizdə nail olduğumuz ən sabit və dinc dövrdür. Biz övladlarımızın, nəvələrimizin bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacağına nail olmuşuq. Ümid edirəm ki, onlar daim sülh şəraitində yaşayacaq və əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub”.Səfir, həmçinin Vaşinqton razılaşmalarının tam şəkildə həyata...

10 Dekabr 2025, 13:04

Bakıda 13 yaşlı qızın müəmmalı ölümü: Məktəblinin telefonunda gördükləri ailəni şoka saldı  

Paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş verib.Hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.Məlumata görə, 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Daha sonra mərhumun telefonunda gördükləri ailəyə daha bir şok yaşadıb."Gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış. Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Cin, şeytan, qəbiristanlıq kimi dəhşətli görüntülərə baxdığı müəyyən edilib. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib", - mərhumun atası bildirib.Daha ətraflı Baku TV-nin süjetində:...

02 Dekabr 2025, 20:26