Bizə yazın

Baku

-°C

USD

-

Xəstə uşaqlara yardım adı ilə 200 min pul ələ keçirdi - Kiberpolisdən əməliyyat 

Tv-də baş verənlər 16 Dekabr 2025, 11:42

2675

Kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi ifşa edib.

CityPost.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, son dövrlər sosial şəbəkələrdə “körpələrə yardım”, “fiziki qüsurlu uşaqlara ianə”, “təcili əməliyyat üçün pul lazımdır” kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.

Bu cür hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini instaqramda yaratdığı “Zəhra balama yardım”, “Körpə balama dəstək”, “Əli üçün yardım”, “Yusif serebral iflic” və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.

R. Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200 000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.

R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman diqqətli olsunlar. Həmçinin sosial şəbəkə istifadəçilərinə dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırış edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hərbi ekspert: “Maksim Şevçenkonun bilik səviyyəsi düşündürücüdür”  

Hərbi ekspert Tərlan Eyvazov rusiyalı jurnalist Maksim Şevçenkonun çıxışı ilə bağlı sərt fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Şevçenkonun region, din, mədəniyyət və tarixlə bağlı geniş məlumatlı olması diqqət çəkir və bu, bəzi hallarda yerli insanların bu mövzularda yetərincə məlumatlı olmaması ilə müqayisədə utancverici görünür.Ekspert qeyd edib ki, cəmiyyət daxilində bəzən elementar dini və mədəni anlayışlar ətrafında belə yanlış yanaşmalar müşahidə olunur. O, sosial şəbəkələrdə bir iranlı türk generalın çıxışı zamanı “bismillah” ifadəsinə görə əsassız iradların bildirilməsini buna nümunə kimi göstərib.T.Eyvazov vurğulayıb ki, bu kimi hallar maariflənmənin və düzgün məlumatlanmanın vacibliyini bir daha ortaya qoyur. Onun sözlərinə görə,...

09 Aprel 2026, 10:50

Dəm qazından boğulub ölən Lətafətin - Fotosu

Xəbər verdiyimiz kimi, Neftçala rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.cityPost.az  xəbər verir ki, Qoltuq qəsəbəsi sakini olan 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı hamamda dəm qazından zəhərlənərək həyatını itirib.

15 Mart 2026, 10:31

Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar- Video 

Xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.“Qafqazinfo” xəbər verir ki, onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar....

20 Fevral 2026, 00:27

Deputat ixtisarlardan narahatdır - VİDEO

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa ölkədə müxtəlif dövlət qurumlarında aparılan kütləvi ixtisarlarla bağlı narahatlığını ifadə edib.CityPost.az xəbər verir  ki,deputat bildirib ki, hazırda metroda, Xəzər Dəniz Gəmiçiliyində və digər sahələrdə, o cümlədən kommunal sektorda xeyli sayda işçi ixtisar olunur.Onun sözlərinə görə, büdcəyə düşən yükün azaldılması məqsədilə müəyyən problemlərin həlli başa düşüləndir, lakin bu prosesin nəticəsində yüzlərlə insanın işsiz qalması ciddi sosial risklər yaradır.Fazil Mustafa qeyd edib ki, işdən azad olunan şəxslər ya alternativ iş yerləri ilə təmin edilməli, ya da sosial müavinətlərlə dəstəklənməlidir.Lakin müavinətlərin verilməsində də müəyyən məhdudiyyətlərin olduğunu xatırladan deputat vurğulayıb ki, bu məsələ kompleks və...

04 Fevral 2026, 16:53

Məmurun əri həmin videosuna görə üzr istədi 

İçkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.CityPost.az  xəbər verir ki, o bu barədə videoaçıqlama yayıb.“Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olub. Din əhlindən üzr istəyirəm”, - deyə o söyləyib.Qeyd edək ki, H.Eyvazovun eyni zamanda Füzuli RİH-də sürücü işlədiyi deyilsə də, qurumdan onun uzun müddətdir Rayon İcra Hakimiyyətində çalışmadığı bildirilib. İcra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova isə həyat yoldaşının gündəm olan videosundan sonra işdən ayrılmaq...

19 Yanvar 2026, 17:53

Polis onu belə həbs etdi -VİDEO

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb.O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....

16 Yanvar 2026, 14:12