Bizə yazın

Baku

-°C

USD

-

Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar 

Hadisə 17 Dekabr 2025, 15:09

306

Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

“Qafqazinfo” cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəblərini öyrənə bilib. Əldə etdiyimiz məlumata görə, cinayət işlərinin başlanmasına əsas Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub.

Məlumatla əlaqədar keçirilən əməliyyat zamanı deyilən ünvanda bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq qiyməti olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları aşkar edilib.

Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər iki konteynerdəki 3 milyon manatdan çox dəyərində siqareti ölkədən təcili çıxarmağa cəhd ediblər. Onların bu planı isə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməkliyi ilə reallaşıb. “Tütün mafiyası” dəniz yolu ilə gətirdikləri qaçaqmalı eyni qaydada geri qaytara bilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir sıra əməkdaşının qanunsuzluğu nəticəsində 5 milyonluq qaçaqmalçılıq gömrük sistemində geniş rezonans doğurub. Elə bir neçə gün əvvəl limanın tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

DGK-nin İstintaq İdarəsində başlanmış cinayət işi materialları sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstə halında birləşən şəxslər tütün məmulatlarını Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlərin birindən alıblar. Yüklər əvvəlcə İrana, oradan isə gəmi ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına gətirilib.

Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına çatana qədər artıq buradakı plan hazır olub. Razılaşmaya əsasən, həmin vaxt limanda növbədə olan vəzifəli gömrükçülər öz qulluq mövqelərindən istifadə edərək siqaretlərin bəyan edilmədən ölkəyə keçirilməsinə şərait yaradıblar. Yük dolu konteynerlər heç bir yoxlama olmadan liman ərazisindən çıxarılıb, sərbəst şəkildə Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə aparılıb.

Sözügedən cinayət hadisəsi ilə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubovdan əlavə, cinayətin törədilməsinə şərait yaratmaqda şübhəli bilinən Heydər Eyvazov, Fariz Məhərrəmov, Rövşən Tarverdiyev FiruzƏliyev də Zaur Haşımov və Fərrux Haqverdiyev də həbs edilib. İki nəfər isə axtarışa verilib.

Hazırda cinayət işində iştirakları şübhə doğuran digərlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün prokurorluqda araşdırma gedir. İlkin istintaq müddəti fevral ayının sonuna qədər təyin edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə davam etdirilib 

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.CityPost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqının yenilənməsi və ya olduğu yerdən davam etdirilməsi ilə bağlı tərəflərin fikirləri öyrənilib. Müdafiə tərəfi məhkəmə istintaqının yenidən başlamasını, zərərçəkən tərəf işin qaldığı yerdən davam etməsini istəyib.Hakim tərəflərin nəzərinə çatdırıb ki, tərkibə yeni daxil olan hər iki hakim cinayət işi ilə tanışdır. Ona görə də prosesin qaldığı yerdən davam etdirilməsi ilə bağlı qərar verilib.Daha sonra prosesdə şahid qismində...

17 Dekabr 2025, 16:19

DİM Kamran Əsədovun əməlləri ilə bağlı məlumat yaydı - FOTOLAR 

Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb.CityPost.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.Bildirilib ki, imtahan nəticələri elan olunanda həmin imtahan iştirakçılarının cavabları açıqlanmayıb və onların səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib. Bundan sonra növbəti imtahanlarda imtahan binasının girişində buraxılış rejimini həyata keçirən şəxslərə müəyyən məsələlərə ayrıca fikir verilməsi üçün göstəriş verilib. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq...

17 Dekabr 2025, 14:03

Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb 

Bakıda 31 yaşlı qadın dəm qazından boğulub.CityPost.az  xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı araşdırma aparılır.

17 Dekabr 2025, 12:03

Cəlilabadda ı kişinin meyiti tapılıb

Cəlilabadda 25 yaşlı kişinin meyiti tapılıb.APA-nın  verdiyi xəbərə görə meyit rayonun Alar kəndində aşkarlanıb.Araşdırmalar nəticəsində meyitin kənd sakini, 25 yaşlı Mahmud Qasımova aid olduğu müəyyənləşib. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.

16 Dekabr 2025, 23:36

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.Citypost.az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən...

16 Dekabr 2025, 20:50

Bakıda müştərinin “İphone-17”-ni oğurlayan şəxs saxlanılıb 

Bakıda müştərinin “İphone-17”-ni oğurlayan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyindən CityPost.az-a verilən xəbərə görə, paytaxtın Səbail rayonunda bir nəfərə məxsus skuter, digər vətəndaşın isə 3800 manat dəyərində “İphone-17” markalı mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Acalov və T.Kərimli müəyyən edilərək saxlanılıblar.Nəsimi rayonunda isə evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Vahabov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun başqa bir nəfərə məxsus avtomobildən akkumulyator və təmir alətləri talaması da məlum olub.Faktlarla bağlı araşdırmalar davam etdirilir....

16 Dekabr 2025, 14:15