Yüksək Texnologiyalar Parkına direktor müavinləri təyin olunub
Cəmiyyət 18 Dekabr 2025, 11:13
216
Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər.
CityPost.az xəbər verir ki, bu barədə elm və təhsil naziri əmr imzalayıb.
Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb, Qlazqo Universitetində tələbə mübadilə proqramında iştirak edib, SOAS London Universitetində isə inkişaf elmləri üzrə magistratura təhsilini başa vurub. O, əmək fəaliyyətinə Xəzər Universitetində başlayıb. 2019-cu ildən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunda müxtəlif vəzifələrdə çalışıb, 2021–2024-cü illərdə həmin qurumun Təhsildə innovasiyalar şöbəsinin müdiri olub. Bununla yanaşı, Böyük Britaniya, Belçika Krallığı və ABŞ-da müxtəlif müəssisələrdə iş təcrübəsi qazanıb. A. Abbasova 2024-cü ildən indiyədək Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müşaviri vəzifəsini icra edib. Hazırda Bakı Dövlət Universitetində müəllim kimi də fəaliyyət göstərir.
Həmçinin oxuyun
Emin İsmayılov Türkiyənin Koç Universitetində biznesin idarəedilməsi ixtisası üzrə bakalavriat təhsili alıb və həmin ali təhsil müəssisəsində sahibkarlığın inkişafı üzrə ixtisaslaşma proqramını tamamlayıb.Əmək fəaliyyətinə Baker Tilly Azerbaijan şirkətinin Biznes Məsləhətləri departamentində başlayıb. Daha sonra PAŞA Həyat Sığorta şirkətinin Strategiya və İnvestisiya departamentində fəaliyyət göstərib. Təyinatadək SABAH.HUB İnnovasiya Mərkəzinin Strategiya və Layihələrin İdarəolunması departamentində çalışıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əhməd İsmayılov: Türk dövlətləri sistemli informasiya təhdidlərinə məruz qalır
Dezinformasiyaya qarşı dayanıqlı mübarizə media ekosistemi üçün strateji əhəmiyyət daşıyır.CityPost.az -ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.Əhməd İsmayılov bildirib ki, dezinformasiyaya qarşı dayanıqlı mübarizə modellərinin formalaşdırılması ölkələrin media ekosistemi üçün strateji əhəmiyyət daşıyır.Onun sözlərinə görə, yalan məlumatlar və təxribat məqsədilə yayılan xəbərlər tarix boyu insanların kütləvi şüuruna ciddi təsir göstərən amil olub, lakin son dövrlərdə bu təsir daha geniş miqyas alıb.İcraçı direktor qeyd edib ki, əvvəllər dezinformasiya əsasən siyasi məzmun daşıyır və ənənəvi medianın...
18 Dekabr 2025, 13:15
Tokayev Yaponiyada 3,7 milyard dollarlıq sazişlərə imza atacaq
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Yaponiyaya rəsmi səfəri çərçivəsində ümumi məbləği 3,7 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanması planlaşdırılır.CityPost xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay öz teleqram kanalında məlumat verib."Prezidentin Tokioda iri yapon biznesinin nümayəndələri ilə görüşü gözlənilir. Ümumilikdə, 40-dan çox sənədin imzalanması planlaşdırılır", - deyə o yazıb.Qeyd olunub ki, əsas sazişlər energetika, bərpa olunan enerji mənbələri, rəqəmsallaşdırma, mədən sənayesi və nəqliyyat kimi sahələri əhatə edəcək....
18 Dekabr 2025, 13:05
Sabahın havası açıqlanıb
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq....
18 Dekabr 2025, 12:53
Təhsilin İnkişafı Fondunun yeni sədri kimdir?
Məlum olduğu kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna sədr təyin edilib. CityPost.az yeni sədrin dosyesini təqdim edir:Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun dissertanturasına daxil olub. 2010-cu ildə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasını ictimai siyasət ixtisası üzrə bitirib.1999-2008-ci illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologoya kafedrasında, 2003-2006-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim işləyib. O, 2007-ci ilin iyun-dekabr aylarında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsman) aparatında...
18 Dekabr 2025, 12:18
Abbasovun Azərbaycana düşmənçiliyində erməni qohumlarının rolu...
Baş nazirin keçmiş I müavini Abbas Abbasovun Ramiz Mehdiyev və digərləri barəsində “hakimiyyəti ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi üzrə istintaqa cəlb olunması və barəsində axtarış elan edilməsinin ciddi əsasları var.Ölkədə çevriliş cəhdi ifşa olunandan sonra həbs edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı aparılan istintaq 2013-cü il prezident seçkiləri zamanı Rusiyanın Azərbaycana qarşı planlarında yer alan Milli Şuranın fəaliyyətinin araşdırılması zərurətini yaratdı. Nəticədə AXCP sədri Əli Kərimli istintaqa cəlb edildi. Lakin bu prosesdə Abbas Abbasovun da iştirakına dair təkzibolunmaz faktlar var.A.Abbasov 2013-cü ildə ölkədə qanuni hakimiyyəti zorla ələ keçirmək planlarının hazırlanmasında əsas fiqurlardan olub. O,...
18 Dekabr 2025, 11:55
Naxçıvanda bir sıra qurumlar birləşib
Naxçıvanda bir sıra qurumlar birləşib.CityPost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi MR Nazirlər Kabinetinə və MR İqtisadiyyat Nazirliyinə həvalə edilib....
17 Dekabr 2025, 23:14