ABŞ bu gecə müharibəyə başlaya bilər
Dünya 17 Dekabr 2025, 23:37
316
ABŞ-da siyasi gərginlik fonunda Venesuela ilə bağlı ciddi iddialar səsləndirilib.
Sfera.az bildirir ki, tanınmış siyasi şərhçi Taker Karlsonın sözlərinə görə, Prezident Donald Tramp bu gecə “Birliyin vəziyyəti” adlı çıxışında Venesuelaya qarşı müharibə elan edə bilər.
Karlson podkastında bildirib ki, Trampın çıxışı zamanı bu qərarı açıqlaması ehtimalı yüksəkdir. O, bu addımın Venesuelada narkotik kartellərinə qarşı mübarizə çərçivəsində atıla biləcəyini vurğulayıb.
Həmçinin oxuyun
Digər tərəfdən, Tramp son günlərdə verdiyi açıqlamalarda Venesuelada narkotik ticarəti ilə əlaqəli hədəflərə qarşı yerüstü əməliyyatların mümkünlüyünü istisna etməyib. O, “Biz artıq dənizə nəzarət edirik, indi isə qurudan hədəfləri vurmağı nəzərdən keçiririk” deyə qeyd edib.
Ağ Evdə keçirilən mətbuat konfransında Tramp, Venesueladan ABŞ-a narkotik gətirənlərə qarşı sərt tədbirlər görüləcəyini bildirib. O, bu əməliyyatların Konqresin icazəsi olmadan da həyata keçirilə biləcəyini istisna etməyib.
Hazırda Rusiya da vəziyyətə reaksiya verərək, Venesueladakı vətəndaşlarını təxliyə etməyə başlayıb. Bu isə bölgədə gərginliyin artdığını göstərir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.Bu barədə APA-ya ailəsindən xəbər verilib.Partiya sədrinin nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu bu gün saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub.Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun oğlu, 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev 2009 oktyabrın 2-də, 28 yaşlı qızı Mahirə Fəttayeva 11 iyun 2012-ci ildə ürəktutmasından vəfat edib....
17 Dekabr 2025, 23:13
İran Kiprə nota verib
Kipr səfiri Petros Nakuzisi İran Xarici İşlər Nazirliyinə çağırılıb.CityPost.az İran KİV-ə istinadən xəbər verir ki, buna səbəb rəsmi Tehranın Kiprin və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxslərinin birgə bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab etməsidir.Bildirilib ki, İranın xarici işlər nazirinin müavini və Fars körfəzi məsələləri üzrə baş direktor Məhəmməd Alibek görüş zamanı diplomata etiraz notası təqdim edib."Səfirə Əbu-Musa, Böyük və Kiçik Tomb adaları İran ərazisinin ayrılmaz hissəsi və ölkənin onlar üzərində tarixi, faktiki və mübahisəsiz suverenliyinin şübhə doğurmadığı bildirilib. İran hər hansı ərazi iddialarını qəti şəkildə rədd edir. Eyni zamanda, ölkə bu cür bəyanatları dövlətlərin milli suverenliyi və ərazi bütövlüyünə hörmət...
17 Dekabr 2025, 11:20
Türkiyənin hava məkanına yaxınlaşan PUA F-16 qırıcıları vasitəsilə zərərsizləşdirilib
Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatı (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirilib.CityPost.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.Hava hədəfi mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib. Onun idarəetmədən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mümkün risklərin qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq məhv edilib....
16 Dekabr 2025, 09:33
Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb
Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.
15 Dekabr 2025, 09:20
HAMAS İsrailin Qəzzaya hücumu zamanı yüksək rütbəli komandirinin öldürüldüyünü təsdiqləyib
HAMAS İsrailin Qəzzaya endirdiyi hücum nəticəsində təşkilatın yüksək rütbəli komandiri Raed Saadın öldürüldüyünü təsdiqləyib.CityPost.az xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.Bu, oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra fələstinli qruplaşmanın yüksək səviyyəli nümayəndəsinə qarşı həyata keçirilmiş ən səs-küylü sui-qəsd hesab olunur.
14 Dekabr 2025, 14:22
Rusiya MN: Gecə ərzində 235 pilotsuz uçuş aparatı məhv edilib
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 235 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, dekabrın 13-ü saat 22:00-dan (Bakı vaxtı ilə) dekabrın 14-ü səhər saat 08:00-a qədər növbətçi hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus 235 sabit qanadlı PUA-nı zərərsizləşdirib.Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları 35-i Bryansk, 32-si Krım, 22-si Krasnodar, 15-i Tula, 13-ü Kaluqa, 7-si Kursk, 4-ü Ryazan, 4-ü Rostov, 3-ü Belqorod, 2-si Leninqrad, 1-i Smolensk, 1-i Pskov, 1-i Novqorod və 1-i Moskva vilayəti üzərində vurulub....
14 Dekabr 2025, 10:55