Kamran Əliyev Qətərdə beynəlxalq tədbirdə iştirak edir
Cəmiyyət 18 Dekabr 2025, 16:34
324
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində Baş prokuror BMT-nin Korrupsiyaya qarşı Mübarizə aparan hüquq mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) Panel müzakirələrinə qatılıb. Şəbəkənin rəhbərliyi Azərbaycanın qurumun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib.
Baş prokuror çıxış edərək bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində BMT və digər beynəlxalq təşkilatların layihələrinin aktiv iştirakçısı olmaqla xarici tərəfdaşlarla əməkdaşlığa mühüm əhəmiyyət verir. Qlobal Əməliyyat Şəbəkəsinin cari ilin may ayında Bakı şəhərində baş tutmuş 6-cı Plenar Sessiyası xüsusilə məhsuldar olub.
Belə ki, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin bir araya gəldiyi görüşlərdə təsisatın fəaliyyəti üçün təməl təşkil edən Şəbəkə üzvləri arasında məlumat mübadiləsinin Nümunəvi Razılaşması və Aparıcı Göstərişlər məhz Bakıdakı müzakirələr nəticəsində qəbul edilib.
Bununla yanaşı, Assambleyanın Plenar iclasına paralel olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) və Yaşıl İqlim Fondunun birgə təşkilatçılığı ilə ətraf mühitin qorunması ilə bağlı müxtəlif məsuliyyət tədbirlərinə həsr edilmiş xüsusi sessiya keçirilib.
Həmçinin oxuyun
Sessiyada çıxış edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycanın prokurorluq orqanları tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmiş preventiv tədbirlər, eləcə də pozuntu hallarına görə tətbiq edilən məsuliyyət tədbirləri barədə geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Assambleyanın Plenar iclasının növbəti günündə səsvermələr nəticəsində Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilmiş Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli sədrlik edib.
Plenar sessiyada iştirakçı ölkələrin nümayəndə heyətlərinin korrupsiyaya qarşı mübarizə üzrə milli səviyyədə həyata keçirilən tədbirlərlə bağlı hesabat məruzələri dinlənilib.
Assambleya dekabr ayının 19-dək öz işini davam etdirəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildə son iclası keçirilib - FOTO
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib.Bu barədə Oxu24.com-a Mətbuat Şurasından məlumat verilib.Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul olunub.İclasda müzakirəyə çıxarılan məsələlərdən biri Mətbuat Şurasına şikayətlərlə bağlı olub. MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədova bildirib ki, rəhbərlik etdiyi komissiya İH-nin iclasından əvvəl öz iclasını keçirib. O, həmin toplantıda 6 şikayətin nəzərdən keçirildiyini bildirib və deyib ki, şikayətlərdən biri bilavasitə Mətbuat Şurasının səlahiyyət dairəsinə aid olmasa da, Şuranın Katibliyi tərəfindən orada adları çəkilən jurnalistlərlə söhbət aparılb və problem yoluna qoyulub, bununla bağlı müvafiq məlumatlandırma işi aparılıb.Mətbuat...
18 Dekabr 2025, 18:29
Şahruddin Məhəmmədəliyev əməliyyat olunub
Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.CityPost.az xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.
18 Dekabr 2025, 17:58
Əli Əsədov qərar imzalayıb
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydası təsdiqlənib.CityPost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarları Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qaydaya əsasən müəyyən edilir.Proqramın təşkili və həyata keçirilməsi bu qayda ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Dövlət Neft Fondunun vəsaitihesabına maliyyələşdirilir.Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə olunması Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019–2023-cü illər üçünAzərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması...
18 Dekabr 2025, 15:21
Kəmaləddin Heydərov: Azərbaycan-Qətər əməkdaşlığının gücləndirilməsi üçün böyük imkanlar var
Azərbaycan-Qətər əməkdaşlığının gücləndirilməsi üçün böyük imkanlar var.CityPost.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.Onun sözlərinə görə, xüsusilə nəqliyyat və logistika sahəsində birgə səylərin artırılması, Azərbaycanın tranzit potensialından istifadə edilməsi, maliyyə, təhsil, mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edəcək və strateji tərəfdaşlığa təkan verəcək.K.Heydərov bildirib ki, Qətərin davamlı və dinamik inkişafı iki ölkənin əlaqələrinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün möhkəm təməl yaradıb:"Bu baxımdan, Azərbaycan ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya iqtisadi əməkdaşlığın inkişafı üçün əsas institusional...
18 Dekabr 2025, 15:05
Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyi münasibətilə instiututun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:Cavad-zadə Mir-Riad Mir-Məmməd oğluEyvazov Təyyar Haşım oğluƏfəndiyev Akif Zahid oğluMeybəliyev Məmmədəli Tələt oğluMəmmədova Nailə Yusif qızıMirzə-zadə Valeh Ağasafa oğlu.
18 Dekabr 2025, 14:47
Tağı Əhmədovun xanımı təltif olundu
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edib.CityPost.az xəbər verir ki,təltif olunanlar arasında Salatın Alı qızı Əhmədova da var.O,“Tərəqqi” medalı ilə təltif olunub.Salatın Əhmədova Bakı metropolitenin keçmiş rəisi,mərhum Tağı Əhmədovun xanımıdır.O,18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin Azərbaycan dili və ədəbiyyat müəllimidir. İki övladı və beş nəvəsi var....
18 Dekabr 2025, 14:28