Bizə yazın

Baku

-°C

USD

-

Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildə son iclası keçirilib - FOTO 

Cəmiyyət 18 Dekabr 2025, 18:29

493

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib.

Bu barədə  Oxu24.com-a Mətbuat Şurasından məlumat verilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul olunub.

İclasda müzakirəyə çıxarılan məsələlərdən biri Mətbuat Şurasına şikayətlərlə bağlı olub. MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədova bildirib ki, rəhbərlik etdiyi komissiya İH-nin iclasından əvvəl öz iclasını keçirib. O, həmin toplantıda 6 şikayətin nəzərdən keçirildiyini bildirib və deyib ki, şikayətlərdən biri bilavasitə Mətbuat Şurasının səlahiyyət dairəsinə aid olmasa da, Şuranın Katibliyi tərəfindən orada adları çəkilən jurnalistlərlə söhbət aparılb və problem yoluna qoyulub, bununla bağlı müvafiq məlumatlandırma işi aparılıb.

Mətbuat Şurasının İdarə Heyətinin iclasında Şuranın Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub. Sədr Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxundu: "Dilimizə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlətimizin başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı. Prezident, eyni zamanda, həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi".

Müzakirələrdən sonra sədr Vüsalə Mahirqızı olmaqla, MŞ-nin Dil Komissiyasının yeni tərkibi müəyyənləşib. Qərara alınıb ki, tərkibdə İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli təmsil olunsunlar, həmçinin dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlər görülsün.

İclasda bildirilib ki, ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının daha çox beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmalarına, onların ayrı-ayrı beynəlxalq konfranslarda daha institsional şəkildə iştiraklarına ehtiyac var. Bu baxımdan Mətbuat Şurasının nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılmasına ehtiyac olduğu qeyd olunub. İclasda məsələ ilə bağlı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənilib və təkliflər irəli sürülüb. Qərara alınıb ki, A.Mirzəyevin rəhbərliyi ilə fəaliyyət göstərəcək koordinasiya mərkəzi gələn il konkret iş strategiyasını və mərkəzdə təmsil olunacaq jurnalist birliklərini müəyyənləşdirsin.

Mətbuat Şurasının İdarə Heyətinin builki son iclasında Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı Şuranın təmsilçilərinə təqdim olunub. Şura sədri R.Məcid yubiley medalını Azərbaycan dövlətinin həm jurnalist əməyinə, həm də milli mətbuatımızın keçdiyi şərəfli yola dəyərinin növbəti bariz nümunəsi kimi qiymətləndirib və medalı təltif etmək səlahiyyətinə malik Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qırğızıstanlı səfirin Ağdamda səmimi görüntüləri: Bulaqdan su içdi,şəhidlərin ruhuna dualar oxudu — FOTOLAR  

Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab  Maksat  Mamıtkanov Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfərə  gedib.Bu barədə  СityPost.az-a  Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı  Səfirliyindən məlumat daxil olub.Səfər çərçivəsində  Ağdam rayonunda  yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində  Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin  birgə tədbirinin keçirilməsi nəzərdə tutulur.19 dekabr 2025-ci il tarixdə baş tutacaq görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov,Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab  Maksat  Mamıtkanov, Türk Ticarət Mərkəzinin (TTM) direktoru  cənab  Yılmaz Okuklu, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev, Ağdam Rayon...

18 Dekabr 2025, 20:22

Şahruddin Məhəmmədəliyev əməliyyat olunub 

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.CityPost.az  xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

18 Dekabr 2025, 17:58

Kamran Əliyev Qətərdə beynəlxalq tədbirdə iştirak edir 

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, tədbir çərçivəsində Baş prokuror BMT-nin Korrupsiyaya qarşı Mübarizə aparan hüquq mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) Panel müzakirələrinə qatılıb. Şəbəkənin rəhbərliyi Azərbaycanın qurumun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib.Baş prokuror çıxış edərək bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində BMT və digər beynəlxalq təşkilatların layihələrinin aktiv iştirakçısı olmaqla xarici tərəfdaşlarla əməkdaşlığa mühüm əhəmiyyət verir. Qlobal Əməliyyat Şəbəkəsinin cari ilin may ayında Bakı şəhərində baş tutmuş 6-cı Plenar Sessiyası...

18 Dekabr 2025, 16:34

Əli Əsədov qərar imzalayıb

Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydası təsdiqlənib.CityPost.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarları Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qaydaya əsasən müəyyən edilir.Proqramın təşkili və həyata keçirilməsi bu qayda ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Dövlət Neft Fondunun vəsaitihesabına maliyyələşdirilir.Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə olunması Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019–2023-cü illər üçünAzərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması...

18 Dekabr 2025, 15:21

Kəmaləddin Heydərov: Azərbaycan-Qətər əməkdaşlığının gücləndirilməsi üçün böyük imkanlar var 

Azərbaycan-Qətər əməkdaşlığının gücləndirilməsi üçün böyük imkanlar var.CityPost.az   xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.Onun sözlərinə görə, xüsusilə nəqliyyat və logistika sahəsində birgə səylərin artırılması, Azərbaycanın tranzit potensialından istifadə edilməsi, maliyyə, təhsil, mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edəcək və strateji tərəfdaşlığa təkan verəcək.K.Heydərov bildirib ki, Qətərin davamlı və dinamik inkişafı iki ölkənin əlaqələrinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün möhkəm təməl yaradıb:"Bu baxımdan, Azərbaycan ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya iqtisadi əməkdaşlığın inkişafı üçün əsas institusional...

18 Dekabr 2025, 15:05

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilib.CityPost.az   xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyi münasibətilə instiututun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:Cavad-zadə Mir-Riad Mir-Məmməd oğluEyvazov Təyyar Haşım oğluƏfəndiyev Akif Zahid oğluMeybəliyev Məmmədəli Tələt oğluMəmmədova Nailə Yusif qızıMirzə-zadə Valeh Ağasafa oğlu.

18 Dekabr 2025, 14:47