Bizə yazın

Baku

-°C

USD

-

10 yeni stansiya harada tikiləcək? - RƏSMİ CAVAB 

Cəmiyyət 07 Yanvar 2026, 22:49

394

Prezidentin yerli telekanallara müsahibəsində yaxın illərdə yeni 10 metro stansiyalarının tikintisinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq proqramın qəbul edildiyini qeyd etməsi ictimai maraq doğurub.

 

CityPost.az bildirir ki, Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır. 

 

“Ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və “Həzi Aslanov-2” olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə “B-04” stansyasından sonra “Nizami”, “Sahil”, “Xətai” stansiyalarına keçid funksiyalı, “Neftçilər” xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub”.

 

Qeyd edilib ki, hazırda Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

 

“2025-ci ildə həmçinin Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Dövlət proqramına əsasən tikintisinə başlanılan “Dərnəgül” elektrik deposunda da işlər plan üzrə icra edilir. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir.

 

Qeyd edilənlərlə yanaşı, xətlərin ayrılması layihəsi çərçivəsində “İçərişəhər” stansiyasının arxasında dönmə kamerasının inşasının tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması nəzərdə tutulub”- açıqlamada bildirilib. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu icra başçıları işçilər axtarır: Müavin,şöbə müdiri,sürücü...

Bu gün bəzi yerli icra hakimiyyətlərində çoxsaylı vakant yerlər gözə dəyir.İki müavini və köməkçisi olmadan işləyən başçıCityPost.az   xəbər verir  ki,İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin işi son vaxtlar daha da çətinləşib. Onun rəhbəri olduğu aparatda 35 ştat vahidinin 11-i boş qalıb. Hazırda başçının iki müavini: Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, habelə köməkçisi yoxdur.İmişli RİH başçısının aparatında İnformasiya təminatı və təhlili sektorunun , Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirləri postları da boşdur.Sözügedən icra hakmiyyətində həmçinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, İctimai-siyasi və humanitar məsələlər...

08 Yanvar 2026, 22:38

Daha bir rəis vəzifəsini itirdi

Şirvan Gömrük Postunun rəisi Vüsal Mirzəyev vəzifəsindən azad edilib."Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. 

08 Yanvar 2026, 22:14

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb

Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.CityPost.az  bildirir ki, bu barədə jurnalist Famil Fərhadoğlu məlumat yayıb.Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən bildirilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb.Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər.Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.

08 Yanvar 2026, 21:58

Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal 

“Çalışdığım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda kompüterimdən dinləmə cihazı tapılıb”.Citypost.az  xəbər verir ki, bu iddianı həkim-radioloq Ramil Abdullayev Lent.az-a müraciətində irəli sürüb.R.Abdullayev ETTBİ-nin direktoru Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yarandığını bildirib: “Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqustunda direktor Mətanət Əfəndiyeva mənə dedi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, “sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur”. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid...

08 Yanvar 2026, 21:14

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb 

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Qəza rayon ərazisində qeydə alınıb.Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

08 Yanvar 2026, 21:08

Prezident onu nazir müavini təyin etdi - FOTO 

Natiq Həsənov maliyyə nazirinin müavini təyin olunub.CityPost.az-ın  məlumatına görə, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün Sərəncam imzalayıb.Qeyd edək ki, Natiq Namiq oğlu Həsənov 1979-cu ildə anadan olub.Əmək fəaliyyətinə 2001-ci ildən özəl sektorda başlayıb. Həmin ildən 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi vəzifəsində çalışıb.2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı...

08 Yanvar 2026, 19:49