Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib 

Cəmiyyət 16 Yanvar 2026, 17:14

168

Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib.

Citypost.az xəbər verir ki, dəyişikliklərin birinci istiqaməti mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyir. İkinci istiqamətdəki dəyişikliklər isə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.

Dəyişikliklərin növbəti istiqaməti isə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma xarakteri daşıyır.

Qanunda vurğulanıb ki, Məcəlləyə mahiyyəti üzrə aparılan dəyişikliklər aşağıdakılardır:

- BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına tələblərindən irəli gələrək Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına "ailə vəzifələri olan işçi" anlayışı gətirilib.

- Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-cü il 10 iyul tarixli 227 nömrəli birgə qərarla bağlanmış "2014-2015-ci illər üçün Baş Kollektiv Saziş"in 2.3-cü bəndində Məcəllədə "minimum əməkhaqqı" anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsində verilən tərifə uyğunlaşdırılması öhdəliyi götürülüb. Bu öhdəlik "minimum əmək haqqı" anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə uyğunlaşdırılması məqsədilə yeni redaskiyada verilib.

- Məcəllənin bir sıra maddələrində (məsələn, 31-ci maddənin 3-cü hissəsi, 47-ci maddənin a) bəndi, 73-cü maddənin 2-ci hissəsi və s.) işçilərin ezamiyyəsi, eləcə də ezamiyyəni qadağan edən hallar barədə norma və qaydalar mövcuddur.

Bununla yanaşı, Məcəllədə işəgötürənin işçini xidməti tapşırıqların yerinə yetirilməsi zərurəti ilə əlaqədar ezamiyyətə göndərmək hüququ, eləcə də işçinin belə hallarda ezamiyyə xərclərini almaq hüququ öz əksini tapmayıb.

Göstərilənlərə əsasən, Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına "Ezamiyyət" anlayışı gətirilib.

- Prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışı gətirilib.

- Əmək Məcəlləsinin 10-1-ci maddəsinin işləmə mexanizmini tənzimləmək, təcrübədə yaranan anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri (sərəncamı) ilə rəsmiləşdirilməsi və bu halda, işçinin əmək müqaviləsinə 70-ci maddəsinin "e" bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməməsi ilə bağlı tənzimləyici norma əlavə edilib.

- "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 56.0.2-ci maddəsinə əsasən Məcəllənin bir çox maddələrində "əmək müqaviləsinin ləğv edilməsi" və ya "əmək müqaviləsinə xitam verilməsi" ifadələri eyniləşdirilib.

- Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsaslarını gücləndirmək məqsədilə Əmək Məcəlləsinə üçtərəfli komissiya ilə bağlı yeni 41-1-ci maddə əlavə olunub.

- Sözügedən Məcəllənin 47-ci maddəsinə təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda müddətli əmək müqaviləsinin bağlanılmasını müəyyən edən norma əlavə edilib.

- Sınaq müddətini keçmədiyinə görə işəgötürənin işçini işdən azad edə bilməsi bağlı 70-ci maddəsinə düzəliş edilir.

- Təcrübədə yaranan problemlər aradan qaldırılması məqsədilə 69-cu və 73-cü maddələrin adında dəyişiklik edilir. Bu maddələrin adından "qayda" sözü çıxarılır, "Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi" və "Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi" kimi tənzimlənib.

- Məcəllənin 70-ci maddəsinin "a" bəndinə əsasən müəssisə ləğv edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilir. Praktikada fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işçilərlə bağlanılan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çoxsaylı suallar yaranır. Qeyd edilən halın tənzimlənməsi məqsədilə 70-ci maddənin "a" bəndi təkmilləşdirilərək müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsası kimi verilib.

- "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun 50.1-ci maddəsinə əsasən "həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir". Uyğunsuzluğun aradan qaldırılması məqsədilə Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinin birinci və üçüncü cümlələri dəqiqləşdirilərək Məcəllədə müavinətin orta əmək haqqının azı 3 misli məbləğində verilməsi təmin edilib.

- İşçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı Məcəllənin 117-ci maddəsinə tənzimləmə gətirilir.

- 120-ci maddə yeni redaksiyada verilərək məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin dairəsi yenilənib.

- Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulması ilə bağlı 125-ci maddənin 4-cü hissəsində norma müəyyən edilib.

- Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə, eləcə də analoji hal olaraq 177-ci maddəsinin 3-cü hissəsinə 3-1-ci hissə əlavə edilərək məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunması ilə bağlı tənzimləmə nəzərdə tutulur.

- Təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilib.

- Əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə 223-cü maddəyə yeni hissə əlavə edilib.

Qanun layihəsinə görə, BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq aparılan təkmilləşdirmələr bunlardır:

- BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasının tələblərindən irəli gələrək, "ailə vəzifələri olan işçi", BƏT-in "İnkişaf etmiş ölkələri xüsusi nəzərə almaqla minimum əmək haqqının müəyyən edilməsi haqqında" (1970) 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə əsasən, "Minimum əmək haqqı" anlayışı Məcəlləyə əlavə edilib.

- "BƏT-n "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasının "Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında" 165 nömrəli Tövsiyəsinin 21-ci bəndinin 3) hissəsini nəzərə alınaraq Əmək Məcəlləsinin 94-cü maddəsi yeni redaksiyada verilib.

- "Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinə əsasən Məcəlləsinin 125-ci maddəsinə yeni 3-cü hissə əlavə edilib.

Azərbaycanın qoşulduğu BƏT-in "Ödənişli məzuniyyətlər haqqında" 132 nömrəli Konvensiyasının 12-ci maddəsinə əsasən Məcəllənin 138-ci maddəsinə yeni məzmunda 2-1-ci hissə əlavə edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Baş verənlər regionda humanitar vəziyyətə və ictimai sabitliyə də təsirsiz ötüşməyəcək”

İran artıq bir həftədən çoxdur ki, dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Ölkənin müxtəlif bölgələrində baş verən etiraz aksiyalarının miqyası genişləndikcə, qarşıdurmaların sayı artır, ölən və saxlanılanların çoxalması isə gərginliyi daha da dərinləşdirir. Xüsusilə Təbriz şəhərində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi və hərbi vəziyyətin elan olunması ilə bağlı yayılan məlumatlar regionda ciddi narahatlıq doğurur.Mövzu ilə bağlı CityPost.az-ın suallarını  Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov cavablandırıb.Deputat bildirib ki, İran güclü dövlətçilik ənənələrinə və kifayət qədər möhkəm idarəetmə sisteminə malik ölkədir. Onun sözlərinə görə, bu ölkədə mövcud sistemi dəyişmək olduqca mürəkkəb və uzunmüddətli prosesdir:“Biz nəzərə almalıyıq ki, İran güclü siyasi və...

16 Yanvar 2026, 18:40

Miqrasiya işçilərinin geyim normalarında dəyişiklik 

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”na dəyişiklik edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, miqrasiya işçilərinin qış geyimlərinə tünd boz rəngli qış papağı, tünd boz rəngli gödəkcə, qara rəngli əlcək əlavə edilib.

16 Yanvar 2026, 18:38

AYB üzvü SƏRT danışdı: “Üzvlükdən nə əldə etmişəm ki?”  

AYB üzvü, yazıçı Rövşən Yerfi Azərbaycan Yazıçılar Birliyində (AYB) üzvlük haqqı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, O, sosial şəbəkə hesabında paylaşdığı statusda bəzi saytların mövzu qıtlığından eyni xəbəri təkrar-təkrar gündəmə gətirdiyini qeyd edib. Rövşən Yerfi üzvlük haqqını ödəməyənlərin fevralın 1-dən AYB-dən xaric ediləcəyi iddialarına ironik yanaşaraq bunun onun üçün problem olmadığını vurğulayıb.Yazıçı bildirib ki, AYB üzvlüyündən bu günə qədər ciddi bir fayda əldə etməyib və üzvlükdən çıxarılacağı təqdirdə itirəcəyi bir şey yoxdur. Onun sözlərinə görə, birliyin əsas arqumentlərindən biri olan əsərlərin AYB-nin mətbu orqanlarında çap edilməsi artıq aktual deyil:“İnternet dövründə aylarla, illərlə növbə gözlədən orqanlarda çap...

16 Yanvar 2026, 18:13

Qatardan istifadə edənlərə ŞAD XƏBƏR:  ƏLAVƏ... 

Yanvarın 21-dən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.Citypost.az AYD-yə istinadən xəbər verir ki, Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reys yerinə yetirəcək. İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində təyin edilən ekspres tipli qatar Biləcəri stansiyasında da dayanacaq. Həmçinin Sumqayıt–Pirşağı–Bakı xətti üzrə saat 08:00-da əlavə reys təyin edilib. Bu xətt üzrə Sumqayıtdan saat 07:30-da, eləcə də saat 08:00-da hərəkət edən ekspres qatarlarına Bakıxanovda dayanacaq veriləcək.Bundan başqa, Bakı–Pirşağı–Sumqayıt marşrutu üzrə saat 18:05-də hərəkət edən ekspres qatarı Sabunçu vağzalında da dayanacaq.Qrafikin dəyişdirilməsi qatarlardan birinin zəruri və planlı təmir səbəbindən dövriyyədən çıxarılması ilə bağlıdır.Şənbə və bazar...

16 Yanvar 2026, 18:09

Gənc aktyora AĞIR İTKİ 

Bakı Uşaq və Gənclər Teatrının aktyoru Qurban Əhmədov ağır itki yaşayıb.Citypost.az xəbər verir ki, sənətçinin anası vəfat edib.Qurban Əhmədov həm teatrda, həm də “Ağanatiq”, “Vətəndaş A”, “Ölü Həsən”, “Soyuq günəş”kimi filmlərdə rol alıb. Qurban Əhmədov Vətən Müharibəsi iştirakçısıdır. 21 sentyabrdan könüllü surətdə səfərbərliyə cəlb olunub. O, Ağdam, Fizuli, Hadrut, Xocavənd, Tuğ, Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə"medalları ilə təltif olunub.Turan...

16 Yanvar 2026, 17:50

Prezidentin təltif etdiyi xanım juranlist kimdir? - DOSYE  

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib.“Şöhrət” ordeninə layiq görülən Nadejda İsmayılova kimdir?Nadejda Vasilyevna İsmayılova tanınmış kinoşünas, ssenarist və televiziya publisistidir. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, 1968-ci ildə isə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VGİK) ssenari və kinoşünaslıq fakültəsini bitirib.Nadejda İsmayılova 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında əmək fəaliyyətinə başlayıb. 1975–1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə isə AzTV-nin “Azərtelefilm” Yaradıcılıq Birliyində fəaliyyət göstərib. O, televiziya publisistikasında özünəməxsus üslubu ilə seçilərək “Dalğa”, “Həftə plyus”, “TV Kuryer” kimi...

16 Yanvar 2026, 17:15