Atasını döyərək öldürən övlada7 il 6 ay həbs cəzası verildi
Hadisə 16 Yanvar 2026, 13:19
166
Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən Z.B.nin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Citypost.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Z.B. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.
Həmçinin oxuyun
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırmalarla 1981-ci il təvəllüdlü Aslan Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi məlum olub. Ölən şəxsin əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan oğlu Z.B. saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sərxoş sürücü yolda TƏHLÜKƏ törətdi
Baş Dövlət Yol Polisi İdarəsinin 4-cü taqımının əməkdaşları tərəfindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 220-ci kilometrində hərəkət zamanı kobud qayda pozuntularına yol verən “VAZ 2102” markalı, 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.Bu barədə Citypost-a DYP-dən məlumat verilib.Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun tədbirlər görülərək nəqliyyat vasitəsi saxlanılıb.Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə...
16 Yanvar 2026, 11:10
Tovuzda 6 kiloqramdan artıq narkotik maddə aşkarlanıb
Narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 25 yaşlı Eşqin Ələkbərov və həmyaşıdı Seymur Zeynalov Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıblar.Daxili İşlər Nazirliyindən Citypost-a bildirilib ki, E.Ələkbərovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 3 kiloqram 200 qram marixauana və 3 kiloqram 350 qram həşiş aşkarlanıb.Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədilə əldə ediblər.Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. ...
16 Yanvar 2026, 10:26
Bakıda yük avtomobili ilə motosiklet toqquşub, Rusiya vətəndaşı ölüb
Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.CityPost.az xəbər verir ki, 2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə "Hyundai HD-65" markalı yük avtomobili ilə toqquşub.Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır....
16 Yanvar 2026, 10:20
Abşeronda kişi dəm qazından boğulub
Abşeronda 45 yaşlı kişi dəm qazından boğularaq ölüb.Citypost.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. 1981-ci il təvəllüdlü Elmidar Usubov yaşadığı evdə qızdırıcı sobanın dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
16 Yanvar 2026, 10:01
Tramp Qəzzanın idarə olunması üçün "Sülh Şurası"nın yaradıldığını elan edib
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını idarə etmək üçün sözdə "Sülh Şurası"nın yaradıldığını elan edib.CityPost.az -ın məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkə hesabındakı paylaşımında bildirib."Sülh Şurasının yaradıldığını elan etməkdən qürur duyuram", - Tramp bildirib və əlavə edib ki, bu idarəetmə orqanının tərkibi "tezliklə açıqlanacaq".
16 Yanvar 2026, 08:47
Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb
Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb.DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
15 Yanvar 2026, 23:24