Türkiyədə daha bir HƏBS dalğası - 5 sənətçi SAXLANILDI
Sənət aləmi 16 Yanvar 2026, 12:45
279
Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirilib. Son məlumata görə, əməliyyat zamanı daha 5 şübhəli saxlanılıb.
Citypost.az xəbər verir ki, saxlanılanlar arasında aktyorlar Çağla Boz və Melis Sabah, eləcə də Emre Yalçın, Ahmet Şaşmaz və Nazlıcan Taşkının olduğu bildirilir.
Xatırladaq ki, daha əvvəl Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlarda sabiq futbolçu Ümit Karanın da daxil olduğu 18 nəfər saxlanılmışdı. Ümumilikdə iş üzrə saxlanılan şübhəlilərin sayı 23 nəfərə çatıb.
Həmçinin oxuyun
Şübhəlilərin polis idarəsindəki ifadələri tamamlanıb və onlar səhər saatlarında İstanbul Ədliyyəsinə göndəriliblər. İstintaq davam etdirilir.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kuryer Emin Əfəndinin sifarişini YEDİ
Prodüser Emin Əfəndi sosial şəbəkə hesabında “Wolt” şirkəti ilə bağlı narazılığını ifadə edib. Citypost.az xəbər verir ki, Prodüser paylaşımında sifarişinin kuryer tərəfindən yeyildiyini iddia edərək şirkətə müraciət edib. Emin Əfəndi bildirib ki, əgər belə bir hal yenidən baş verərsə, ona əvvəlcədən məlumat verilməsini istəyir və əlavə edib ki, ehtimal ki, növbəti dəfə bu cür vəziyyət yaşanmayacaq.
15 Yanvar 2026, 10:36
Ailəsi dağılıb deyilən Xalq artistinin qızı DANIŞDI:"Həyat yoldaşım..."
Yoldaşım Türkiyədə yaşayır, ailəmiz dağılmayıb. Yalan söhbətdirCitypost.az xəbər verir ki, Xalq artisti Fatma Mahmudovanın qızı, İntizar Tofiqqızı ARB TV-nin “Günə uğurla” verilişində ailəsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.İntizar xanım bildirib ki, ailəsinin dağılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:“Kim deyibsə ki, ailəm dağılıb, yanlış məlumat verib. Bəzən marketdə rastlaşanlar deyirlər ki, heyif, ailən dağılıb. Amma mənim ailəm dağılmayıb”.İntizar Tofiqqızı qeyd edib ki, həyat yoldaşı işlə əlaqədar Türkiyədə yaşayır, özü isə hazırda Azərbaycandadır:“Yoldaşım işi ilə bağlı Türkiyədə, Ankarada yaşayır. Mən isə burada üç uşağımı oxuduram. Ayrı yaşamaq olar, amma bu, ailənin dağılması demək deyil. Sadəcə müəyyən səbəblərə görə tez-tez...
14 Yanvar 2026, 18:00
Snoop Dogg “Qızıl Qlobus”dakı çıxışan görə CƏZA aldı
Amerikalı reper Snoop Dogg “Qızıl Qlobus–2026” mükafatlandırma mərasimində qalmaqallı çıxışı ilə gündəmə gəlib. O, “Ən yaxşı podkast” nominasiyası üzrə mükafatı təqdim edərkən səhnədə işlətdiyi ifadəyə görə televiziya yayımında senzura tətbiq olunub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Snoop Dogg çıxışı zamanı ingiliscə “I’m as high as a motherf*er” (təxminən: “Həddən artıq sərxoşam/halım yaxşı deyil”) ifadəsini işlədib. Lakin canlı yayımda bu sözlər dərhal “ört-basdır” edilib və tamaşaçılar onun nə dediyini eşitməyiblər.Mətbuatda yayılan məlumatlara görə, reper əslində “Hazırda çox pis vəziyyətdəyəm, məni burada həddən artıq uzun müddət saxladınız” deyib. O, həmçinin zalda əyləşənlərə müraciət edərək, bir az rahat olmağa, əylənməyə və hərəkətsiz...
14 Yanvar 2026, 12:28
Türkiyəli tanınmış aktyor VƏFAT ETDİ
Türk teatrının ustad simalarından olan aktyor Koray Ergun 68 yaşında həyatını itirib. citypost.az-ın xəbərinə görə aktyorun ölümü ilə bağlı xəbər aktyorun övladları tərəfindən sosial mediada verilib.Məlumat üçün bildirək ki, Usta aktyor ötən il beynində şiş aşkarlanması barədə məlumat vermişdi. Qeyd edək ki, Koray Ergün teatr səhnəsi ilə yanaşı sevilən "Bizim evin halleri", "Teşkilat", "Tatlı intikam", "Kırqın çiçekler" kimi bir çox məşhur serialda rol alıb. ...
13 Yanvar 2026, 08:00
Əməkdar artistdən qalmaqallı açıqlama: Onları xına məclisinə çağırmaq olmaz!
“Düzdür, hamı bir parça çörəyin dalınca gedir. İstər sözümdən incisinlər, istər yox. Mənim fikrim budur. Evlənməyən övladım olsa idi, onun məclisinə başıbütöv adam çağırardım ki, övladım yarısın”.CityPost.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Öz aramızda” verilişində səsləndirib.Qarmon ifaçısı ailəsi dağılmış, övladı olmayan və subay qızların xına mərasimində nişanlı qızların əlinə xına yaxmasına qarşı çıxıb:“Qədimdən xına mərasimini başıbütöv adam aparır. Başıbütöv o deməkdir ki, həyat yoldaşı, oğlu, qızı, nəvələri olsun. Belə olanda xoşbəxtlik, əmin-amanlıq yaranır, qurulan ailə uzunmüddətli olur. Həmişə belə olub. Bu sözümdən kimsə inciyibsə, onun öz işidir. Əvvəllər evdə böyüyün sözü gedərdi, kimi çağırardısa, onu da məclisə dəvət edərdilər. Deyirdilər ki, məclisi aparan şəxs sanballı, dünyagörmüş...
08 Yanvar 2026, 10:15
Rəqsanə İsmayılova boşanıb? - Özü açıqladı
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə yayılan boşanma xəbərlərinə aydınlıq gətirib.CityPost.az xəbər verir ki, sənətçi “Rəngarəng” verilişində iddialara belə cavab verib:“Mən demişdim ki, Fazil bəy ilə sevgi hekayəm bağlanıb. Bunlar da səhv anlayıb boşandığımızı yazdılar. Sonra da Fazil bəy yeyib-içdiklərimizi burnumuzdan gətirdi. Mənim artıq 47 yaşım var. Yanlış anlaşılma olub. Biz ailəliklə birlikdəyik. Axşam Aysunu da təbrik etməyə getmişik. Fazil bəy, sən birbaşa ürəksən, Rəqsanənin ürəyisən”. Qeyd edək ki, Rəqsanə İsmayılova bir müddət əvvəl əri ilə aralarındakı soyuqluğu əks etdirən video paylaşaraq, müzakirələrə səbəb olmuşdu.Ləman Əliyeva...
08 Yanvar 2026, 09:51