Bizə yazın

Baku

-°C

USD

-

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi 

Cəmiyyət 16 Yanvar 2026, 13:39

214

"APF Group" MMC-nin rəhbəri dəyişib. 

Qaynarinfo xəbər verir ki, Fuad Əlizadəni Rafiq Xəlilov əvəzləyib. 

"APF Group" MMC 6 iyun 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 5/1-də yerləşir.  

Şirkətin ilk rəhbəri Fuad Əlizadə olub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib, gömrük polkovnikidir. 

"APF Group” MMC-nin sahibi kimi DGK-nin keçmiş sədri Səfər Mehdiyevin adı çəkilir. Mediada bununla bağlı dərc edilən məlumatlar indiyədək təkzib olunmayıb. 

Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri vəzifəsində çalışıb. 

"APF Group” MMC dörd istiqamətdə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru. 

Fuad Əlizadənin hansı səbəbdən şirkətin rəhbərliyindən uzaqlaşdırılması bəlli deyil. Məsələ ilə bağlı "APF Group” MMC-dən şərh almaq mümkün olmayıb. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş NƏZƏRDƏ TUTULUB?  

"Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş nəzərdə tutulması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil".Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.Bakı Metropolitenində əl yüklərinə görə əlavə ödəniş NƏZƏRDƏ TUTULUB?"Bu məlumatın nəyə əsasən yazıldığını deyə bilmərəm, amma metroda əl yüklərinin daşınması ilə bağlı hər hansı bir yenilik yoxdur.Əl yüklərinin daşınması ilə bağlı Nazirlər Kabinetinin "Bakı Metropolitenindən istifadə qaydaları" haqqında müvafiq qərarı var və həmin qərar da 2010-cu il oktyabrın 19-dan qüvvədədir. Həmin qərarda da "əlavə ödəniş" anlayışı yoxdur.Qərarın 2-ci bəndində sərnişinlərin vəzifələri aydın şəkildə sadalanıb. 2.2-ci bəndində isə göstərilib ki, sərnişinlər uzunluq, en və hündürlük...

16 Yanvar 2026, 14:38

İsa Həbibbərli “Boz Kardinal”ın cəsədindən də qorxur... Yoxsa O sözünün üstündə durardı 

Yoxsa O sözünün üstündə durardı...Atalar gözəl deyib ki, dil çaşıb doğrunu söyləyər. Demək olar ki, özünün və ailə üzvlərinin səlahiyyətləri tədricən əlindən alınmış, (istintaq orqanı tərəfindən nəzarətə götürülmüş) heç bir dərdə dərman olmayan külli miqdarda pul və əmlakdan savayı heç nəyi qalmayan Qoca Mazellanın cəsədindən də qorxan Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli sələfi Ramiz Mehdiyev barədə jurnalistlərin suallarını cavablandırarkən ona xitabən müəllim sözündən istifadə etsə də, (sanki bu sözü belə ona çox görünmüş kimi) sonra Ramiz Mehdiyev deyə barəsində fikirlərini davam etdirmişdir.CityPost.az  xatırladır ki,İsa Həbibbəyli demişdi: “Bu məsələdə Akademiyanın konkret mövqeyi var. Ramiz müəllimin, Ramiz Mehdiyevin Azərbaycanın müstəqil...

16 Yanvar 2026, 13:49

Şahin Bağırov Cəlilabadda vətəndaşları qəbul edib 

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Cəlilabadda bu, eləcə də Masallı, Biləsuvar, Salyan rayonlarının sakinlərini qəbul edib.Citypost.az bu barədə Komitəyə istinadən xəbər verir.Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

16 Yanvar 2026, 13:33

Mətbuata qarşı vandalizm: “özünüz yer tapın” - Nəşriyyatda ARA QARIŞDI

Xəbər verdiyimiz kimi, “Azərbaycan Nəşriyyatı” MMC 1 fevral tarixindən binanın təmirə bağlanması ilə bağlı açıqlama yayıb. “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən bir sıra media qurumları ordan köçməklə bağlı eyni problemlərlə üzləşib və bu məsələ jurnalist ictimaiyyəti arasında ciddi narahatlıq doğurur.“Yeni xəbər” qəzetinin və yenixeber.org saytının rəhbəri İlqar Salmanov “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən media orqanı kimi üzləşdiyi vəziyyətlə bağlı Citypost.az-a çıqlama verib.Baş redaktorun sözlərinə görə, bu gün “Azərbaycan” Nəşriyyatından redaksiyaya zəng edilərək fevralın 1-dək otaqların boşaldılması tələb olunub. Səbəb kimi binanın təmirə dayanacağı bildirilib.İlqar Salmanov qeyd edir ki, məsələ ilə bağlı nəşriyyat rəhbərliyinə redaksiyanın gələcək taleyi ilə bağlı suallar ünvanlayıb:“Soruşdum ki, bizim...

16 Yanvar 2026, 12:55

Sabah Azərbaycanda hava necə olacaq?  

Yanvarın 17-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı...

16 Yanvar 2026, 12:19

Azərbaycanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb 

2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.Bu barədə CityPost.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.Məlumata görə, 2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2...

16 Yanvar 2026, 12:15