Yüksək vəzifəyə təyin olunan Cəlilov kimdir?
Cəmiyyət 16 Yanvar 2026, 17:06
253
Xəbər verdiyimiz kimi, İlham Əliyevin sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ASCO-nun sədri təyin edilib.
Citypost.az Əfqan Cəlilovun dosyesini təqdim edir.
Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Hazırda isə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub.
Həmçinin oxuyun
Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Baş verənlər regionda humanitar vəziyyətə və ictimai sabitliyə də təsirsiz ötüşməyəcək”
İran artıq bir həftədən çoxdur ki, dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Ölkənin müxtəlif bölgələrində baş verən etiraz aksiyalarının miqyası genişləndikcə, qarşıdurmaların sayı artır, ölən və saxlanılanların çoxalması isə gərginliyi daha da dərinləşdirir. Xüsusilə Təbriz şəhərində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi və hərbi vəziyyətin elan olunması ilə bağlı yayılan məlumatlar regionda ciddi narahatlıq doğurur.Mövzu ilə bağlı CityPost.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov cavablandırıb.Deputat bildirib ki, İran güclü dövlətçilik ənənələrinə və kifayət qədər möhkəm idarəetmə sisteminə malik ölkədir. Onun sözlərinə görə, bu ölkədə mövcud sistemi dəyişmək olduqca mürəkkəb və uzunmüddətli prosesdir:“Biz nəzərə almalıyıq ki, İran güclü siyasi və...
16 Yanvar 2026, 18:40
Miqrasiya işçilərinin geyim normalarında dəyişiklik
“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”na dəyişiklik edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, miqrasiya işçilərinin qış geyimlərinə tünd boz rəngli qış papağı, tünd boz rəngli gödəkcə, qara rəngli əlcək əlavə edilib.
16 Yanvar 2026, 18:38
AYB üzvü SƏRT danışdı: “Üzvlükdən nə əldə etmişəm ki?”
AYB üzvü, yazıçı Rövşən Yerfi Azərbaycan Yazıçılar Birliyində (AYB) üzvlük haqqı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, O, sosial şəbəkə hesabında paylaşdığı statusda bəzi saytların mövzu qıtlığından eyni xəbəri təkrar-təkrar gündəmə gətirdiyini qeyd edib. Rövşən Yerfi üzvlük haqqını ödəməyənlərin fevralın 1-dən AYB-dən xaric ediləcəyi iddialarına ironik yanaşaraq bunun onun üçün problem olmadığını vurğulayıb.Yazıçı bildirib ki, AYB üzvlüyündən bu günə qədər ciddi bir fayda əldə etməyib və üzvlükdən çıxarılacağı təqdirdə itirəcəyi bir şey yoxdur. Onun sözlərinə görə, birliyin əsas arqumentlərindən biri olan əsərlərin AYB-nin mətbu orqanlarında çap edilməsi artıq aktual deyil:“İnternet dövründə aylarla, illərlə növbə gözlədən orqanlarda çap...
16 Yanvar 2026, 18:13
Qatardan istifadə edənlərə ŞAD XƏBƏR: ƏLAVƏ...
Yanvarın 21-dən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.Citypost.az AYD-yə istinadən xəbər verir ki, Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reys yerinə yetirəcək. İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində təyin edilən ekspres tipli qatar Biləcəri stansiyasında da dayanacaq. Həmçinin Sumqayıt–Pirşağı–Bakı xətti üzrə saat 08:00-da əlavə reys təyin edilib. Bu xətt üzrə Sumqayıtdan saat 07:30-da, eləcə də saat 08:00-da hərəkət edən ekspres qatarlarına Bakıxanovda dayanacaq veriləcək.Bundan başqa, Bakı–Pirşağı–Sumqayıt marşrutu üzrə saat 18:05-də hərəkət edən ekspres qatarı Sabunçu vağzalında da dayanacaq.Qrafikin dəyişdirilməsi qatarlardan birinin zəruri və planlı təmir səbəbindən dövriyyədən çıxarılması ilə bağlıdır.Şənbə və bazar...
16 Yanvar 2026, 18:09
Gənc aktyora AĞIR İTKİ
Bakı Uşaq və Gənclər Teatrının aktyoru Qurban Əhmədov ağır itki yaşayıb.Citypost.az xəbər verir ki, sənətçinin anası vəfat edib.Qurban Əhmədov həm teatrda, həm də “Ağanatiq”, “Vətəndaş A”, “Ölü Həsən”, “Soyuq günəş”kimi filmlərdə rol alıb. Qurban Əhmədov Vətən Müharibəsi iştirakçısıdır. 21 sentyabrdan könüllü surətdə səfərbərliyə cəlb olunub. O, Ağdam, Fizuli, Hadrut, Xocavənd, Tuğ, Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"medalları ilə təltif olunub.Turan...
16 Yanvar 2026, 17:50
Prezidentin təltif etdiyi xanım juranlist kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib.“Şöhrət” ordeninə layiq görülən Nadejda İsmayılova kimdir?Nadejda Vasilyevna İsmayılova tanınmış kinoşünas, ssenarist və televiziya publisistidir. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, 1968-ci ildə isə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VGİK) ssenari və kinoşünaslıq fakültəsini bitirib.Nadejda İsmayılova 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında əmək fəaliyyətinə başlayıb. 1975–1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə isə AzTV-nin “Azərtelefilm” Yaradıcılıq Birliyində fəaliyyət göstərib. O, televiziya publisistikasında özünəməxsus üslubu ilə seçilərək “Dalğa”, “Həftə plyus”, “TV Kuryer” kimi...
16 Yanvar 2026, 17:15