Rauf Vəliyev vəzifəsindən niyə çıxarıldı? – 158 milyonluq qalmaqal
Cəmiyyət 16 Yanvar 2026, 21:00
171
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırıldı. Bu barədə yanvarın 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, R.Vəliyev işdən çıxarılıb.
CityPost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, sabiq sədrlə bağlı mətbuatda tez-tez şikayət və korrupsiya iddiaları dolaşdırdı.
Şikayətlər əsasən, pul qarşılığında işə götürmə və işçilərin hüquqlarının tapdalanması ilə bağlı idi.
Mətbuatda Xəzər Dəniz Gəmiçiliyində hökm sürən neqativ hallar barədə yetərincə məlumatlar getsə də R.Vəliyev susmağa üstünlük verirdi. Məsələn, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə R.Vəliyevin qəbulunda olmağına baxmayaraq, ondan işə düzəlmək üçün 5 min manat pul istənildiyi barədə ittiham irəli sürüb.
Daha bir məlumat isə R.Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda onun adının çəkilməsi heç də təsadüfi deyil.
Qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub (vizual). Daha sonra şirkət Britaniyanın Virgin adalarında fəaliyyətini davam etdirib.
Rauf Vəliyev vəzifəsindən niyə çıxarıldı? - 158 milyonluq qalmaqal
Rauf Vəliyev “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin olunmazdan əvvəl uzun müddət SOCAR-da çalışıb. O, qurumun Nəqliyyat İdarəsinin rəisi olub.
R.Vəliyevin 2000-ci ildə Braxon Group S.A şirkətini yaradan zaman bu qurumda çalışması və birdən-birə belə yüksək vəzifəyə təyinatı onun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevlə yaxın münasibətləri olduğundan xəbər verir.
Ümumiyyətlə oliqarxa çevrilən R.Vəliyevin topladığı pulların xaricdə müəyyən işlərə yatırması barədə məlumatlar da diqqət çəkir. Elə Azərbaycanda da lüks həyat keçirən Rauf Vəliyevin sərhədlərimizdən kənara meyl etməsi düşündürücü faktordur.
Rüşvət halları tək bunula yekunlaşmır. QSC-nin daxilində rüşvət hallarının kifayət qədər çox olması kollektivi də narazı salmışdı.
Qurumda neqativ hallar və qanunsuzluqlar o həddə çatıb ki, R.Vəliyev ağlasığmaz qərarlar verməkdən belə çəkinmir.
Həmçinin oxuyun
Mətbuatda yayılan digər bir xəbərdə Xəzər Dəniz Gəmiçiliyi rəhbərinin ağılasığmaz bir qərar verdiyi iddia olundu. Qərara görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə müraciət edən bütün şəhid, Milli Qəhrəman ailələri, Qarabağ əlilləri, bir sözlə, 1-ci Qarabağ savaşında özü və yaxınları iştirak etmiş bütün şəxslərə istənilən bir mövzuda rədd cavabı verilməlidir.
Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı sonuncu qalmaqal isə istiqrazlarla bağlıdır. Nazirlər Kabinetinin 2024-cü ilin martında verdiyi qərara görə, gəmiçilik 158 milyon manat məbləğində istiqraz alıb. Amma bu 158 milyon manat istiqrazların ədalətli (bazar) dəyəri imiş və şirkət onu bazar dəyərindən ucuz (102,4 milyon manat) aldığı üçün arada yaranan 55,6 milyon manat birbaşa Xəzər Gəmiçiliyinin kapitalının artırılmasına yönəldilib.
İqtisadçı Rövşən Ağayev bildirib ki, şirkət ədalətli (bazar) dəyəri 158 milyon manat olan istiqaza real pul şəklində 102,4 milyon ödəyərək alır: “Cəmi bir neçə ay sonra bu istiqrazların yüksək səviyyədə riskli kağızlar olduğu bildirilir və istiqarazlar üzrə 69,6 milyon manat məbləğində dəyərzsizləşmə tanınır. Bu, 158 milyon manat real bazar dəyəri ilə alındığı rəsmi sənədlərə salınan, faktiki 102,4 milyon manat real pul verilərək alınan qiymətli kağızın balans dəyərinin 88,4 milyon manat təşkil etməsi deməkdir.
İstiqrazı alınan dövlət müəssisəsinin maliyyə vəziyyəti çox pis olub, ona maliyyə dəstəyin hökumətin göstərişi ilə Xəzər Gəmiçiliyinin üzərinə qoyulub.
Rauf Vəliyev vəzifəsindən niyə çıxarıldı? - 158 milyonluq qalmaqal
Əməliyyatı rəsmiləşdirmək üçün borc kağızının qiyməti şişirdilib. Sonradan isə müəssisənin bu borcu qaytarmasında problem yarana biləcəyini riskini nəzərə alaraq həmin borcun az qala yarısı zərər kimi, gələcəkdə qaytarılmayacağı ehtimalı kifayət qədər yüksək olan zərər kimi tanınaraq maliyyə hesabatında tanınıb. Hesabatda qeyd edilir ki, müqavilə üzrə ödənişlərdə gecikməni və emitentin maliyyə göstəricilərinin davamlı olaraq pisləşdiyi nəzərə alınaraq bu istiqraz beynəlxalq maliyyə hesabatlılğı satandartına uyğun olaraq 3-cü mərhələyə düşüb”.
Qeyd edək ki, Vəliyev Rauf Göyüş oğlu 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
1990-1997-ci illərdə “Xəzər Dəniz Neft Donanması” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləyib. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev bayramlarla bağlı fərman İMZALADI
Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.CityPost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.Dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə...
16 Yanvar 2026, 21:48
Siyasi partiyalar üzvlərinin reyestrindəki dəyişikliklər barədə Ədliyyə Nazirliyinə məlumat verib
"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş verən sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat təqdim olunmalıdır.CityPost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, ölkədə dövlət qeydiyyatına alınan bütün siyasi partiyalar tərəfindən üzvlərinin reyestrində baş verən sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib....
16 Yanvar 2026, 20:51
Şahbaz Xuduoğlu Bonadeyadan yazdı:"Biabırçılıqdı"
Tanınmış nasir, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Facebook səhifəsində Bonadeya xəstəxanası ilə bağlı sərt fikirlərini paylaşaraq xidmət keyfiyyətindən narazılığını bildirib.Citypost.az xəbər verir ki, son üç gününü demək olar ki, Bonadeyada keçirib və təəssüf hissi ilə qeyd edib:“Bu qədər gözəl, təmirli, texniki cəhətdən tam təmin olunmuş bir binada necə bu qədər biabırçı xidmət ola bilər? İnsan izah edə bilmir. Eyni Liv Hospital Türkiyədə tamamilə başqa münasibət və xidmət mədəniyyəti təqdim edir.”Xuduoğlu həmçinin diqqət çəkib ki, qiymətlər Türkiyə səviyyəsində olmasına baxmayaraq, Azərbaycandakı xidmət keyfiyyəti respublika xəstəxanaları ilə müqayisə edilə biləcək səviyyədədir:“Bizdə xidmət keyfiyyəti Respublika xəstəxanası, Travmatologiya, Simaşkoda olduğu kimidir.”Turan...
16 Yanvar 2026, 20:35
Şairədən ETİRAZ: "Heç bir tədbirə DƏVƏT olunmuram"
Şairə Firəngiz Sabirqızı sosial şəbəkədə yazdığı statusla Qubada keçirilən poeziya tədbirlərində özünün dəvət olunmamasından narazılıq bildirib. Citypost xəbər verir ki, şairə paylaşımında qeyd edib ki, tədbirlərin əksəriyyətinə qələmi zəif olan şairlərin dəvət olunması həm gülməli, həm də mədəni və siyasi baxımdan yanlış yanaşmadır.Firəngiz Sabirqızı bildirib ki, bəzi yerlərdə açıq-aşkar “xəbəri olmasın” deyə onu tədbirlərə çağırmırlar:"Çünki hazırda Qubada ən güclü bənd və kəsərli sözün məhz ona məxsus olduğunu bilirlər"Şairə əyani sübut kimi yaxın günlərdə keçirilmiş gizli bir tədbiri – “Bir qış səhəri”ni misal göstərib.Əli...
16 Yanvar 2026, 19:47
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişib
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişib.CityPost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.Dəyişikliyə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunacaq....
16 Yanvar 2026, 18:57
"Baş verənlər regionda humanitar vəziyyətə və ictimai sabitliyə də təsirsiz ötüşməyəcək”
İran artıq bir həftədən çoxdur ki, dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Ölkənin müxtəlif bölgələrində baş verən etiraz aksiyalarının miqyası genişləndikcə, qarşıdurmaların sayı artır, ölən və saxlanılanların çoxalması isə gərginliyi daha da dərinləşdirir. Xüsusilə Təbriz şəhərində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi və hərbi vəziyyətin elan olunması ilə bağlı yayılan məlumatlar regionda ciddi narahatlıq doğurur.Mövzu ilə bağlı CityPost.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov cavablandırıb.Deputat bildirib ki, İran güclü dövlətçilik ənənələrinə və kifayət qədər möhkəm idarəetmə sisteminə malik ölkədir. Onun sözlərinə görə, bu ölkədə mövcud sistemi dəyişmək olduqca mürəkkəb və uzunmüddətli prosesdir:“Biz nəzərə almalıyıq ki, İran güclü siyasi və...
16 Yanvar 2026, 18:40