Bizə yazın

Baku

-°C

USD

-

Yaxın qohumların xaricdə bağladığı NİKAH - Ölkəmizdə tanınırmı?

Hüquq 16 Yanvar 2026, 19:20

168

Son vaxtlar yaxın qohumlar arasında xaricdə nikahların bağlanması gündəmə gəlib. Xala qızı ilə xala oğlu, bibi qızı ilə bibi oğlu və ya dayı qızı ilə dayı oğlu kimi münasibətlərdə nikahların xaricdə reallaşması oxucular arasında suallar doğurur: belə nikahlar ölkəmizdə etibarlı sayılacaqmı?

Citypost.az-ın məlumatına görə  Azərbaycan Respublikasının Ailə Məcəlləsi aydın şəkildə göstərir ki, müəyyən yaxın qohumlar arasında nikah bağlanması qadağandır. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, xala qızı-xala oğlu, bibi qızı-bibi oğlu, əmi qızı-əmi oğlu, dayı qızı-dayı oğlu kimi şəxslər arasında nikah hüquqi baxımdan mümkün deyil.

Hüquqi nəticəsi isə belədir: xaricdə bu şəxslər arasında nikah baş tutsa belə, Azərbaycan qanunvericiliyinə görə o, ölkədə etibarlı sayılmır. Belə nikahın tərəfləri Azərbaycan qanunları baxımından evli hesab olunmur və ölkədə hüquqi nəticələri tanınmır.

Nəticədə, qanun çərçivəsində yaxın qohumlar arasında nikah yalnız xaricdə deyil, eyni zamanda ölkəmizdə də hüquqi təsirə malik deyil. Bu, vətəndaşların hüquqlarının qorunması və gələcək mübahisələrin qarşısının alınması baxımından mühüm məsələdir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ailə vəziyyətinə görə kimlərə çağırışa möhlət verilir?  

Müddətli həqiqi hərbi xidmət hər bir gəncin vətəndaşlıq borcu hesab olunsa da, qanunvericilik sosial məsuliyyət və ailə dəyərlərini də nəzərə alaraq müəyyən hallarda çağırışçıların xidmətə cəlb olunmasına möhlət verilməsini nəzərdə tutur. Xüsusilə ailədə əsas təminatçı rolunu üzərinə götürən, sosial cəhətdən həssas kateqoriyaya aid şəxslərin müdafiəsi dövlətin sosial siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi mexanizmi həm ailə institutunun qorunmasına, həm də sosial ədalətin təmin olunmasına xidmət edir. Mövcud qanunvericilikdə ailə üzvlərinin sağlamlıq vəziyyəti, uşaqların sayı, eləcə də çağırışçının himayəsində olan şəxslərin mövcudluğu əsas meyarlar kimi müəyyən edilib. Məqsəd ondan ibarətdir ki, himayəsində ağır...

16 Yanvar 2026, 16:37

Uşağın ölkədən çıxışına icazə verilmədikdə nə etmək lazımdır?  

Bəzən valideynlər arasındakı şəxsi münaqişələr uşağın taleyini girov saxlayır. Xüsusilə boşanmadan sonra yaranan gərgin münasibətlər fonunda tərəflərdən birinin digərinə qarşı mövqeyi, çox vaxt uşağın maraqlarının kölgədə qalmasına səbəb olur. Uşağın təhsil, müalicə və ya digər vacib səbəblərlə ölkədən çıxmasına süni əngəllər yaradılması isə artıq hüquqi müstəviyə keçən problemdir.Citypost.az-ın məlumatına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, 18 yaşına çatmayan şəxsin ölkədən çıxışı üçün hər iki valideynin razılığı tələb olunur. Valideynlərdən biri razılıq vermədikdə, digər valideyn bu vəziyyətlə barışmaq məcburiyyətində deyil və hüquqi mexanizmlərdən istifadə edə bilər.İlk mərhələdə tələbkar tərəf mediasiya (barışdırma) təşkilatına müraciət etməlidir. Mediasiya orqanı qarşı tərəfi mübahisənin dinc yolla həlli...

14 Yanvar 2026, 12:00

Köhnə etibarnamə sürücüyə 20 min manata başa gəldi – (VİDEO) 

Ceyhun Məmmədov 2008-ci ildə Hyundai markalı avtomobili 30 illik etibarnamə ilə alıb. Bir neçə ay sonra avtomobili satmaq qərarına gəlib və onu əvvəlki sahibi Nəsrulla Hüseynova geri qaytarıb. Daha sonra avtomobil üçüncü şəxsə satılıb. Sonuncu dəfə isə nəqliyyat vasitəsi 2014-cü ildə idarəetmə hüququ olmayan Bəhruz Mehdiyevin əlinə keçib və Nizami rayonu ərazisində qəza törədərək digər avtomobilə 20 min manatlıq ziyan vurub. CityPost.az   xəbər  verir  ki,zərərçəkən avtomobil “Bakı Sığorta” şirkətində sığortalı olduğundan şirkət ödəniş edib. Lakin 9 il sonra, 2023-cü ildə sığorta şirkəti məhkəməyə müraciət edərək dəymiş zərərin avtomobilin əvvəlki sahibi Ceyhun Məmmədov tərəfindən ödənilməsini tələb edib. Şirkətdən bildirilib ki, artıq məhkəmə qərarı...

13 Yanvar 2026, 13:13

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb 

Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu. CityPost.az-ın   məlumatına görə, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır. Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd...

13 Yanvar 2026, 12:17

Vergi ödəyicilərinin hüquqları pozulur - AÇIQLAMA

“Vergi orqanlarının kameral vergi yoxlamaları zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunub-olunmaması mütləq araşdırılmalıdır”.CityPost.az xəbər verir ki, bu sözləri hüquqşünas Aqşin İsgəndərov deyib. O bildirib ki, vergi ödəyicisi barədə əlavə verginin hesablanması ilə bağlı kameral qərar qəbul edilməzdən əvvəl vergi ödəyicisinin inzibati icraat hüquqları təmin edilməli, ona yoxlamanın nəticələri (uyğunsuzluqlar) barədə məlumat məktubu göndərilməli, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada izahatların və müvafiq sənədlərin təqdim edilməsi üçün kifayət qədər vaxt verilməlidir.Hüquqşünas onu da əlavə edib ki, təcrübədə isə bəzən vergi orqanları qanunvericiliyin bu tələblərinə əməl etmir. Nəticədə vergi orqanları tərəfindən hesablanmış əlavə vergi məbləqləri ilə bağlı qəbul edilən qərarlar məhkəmələr tərəfindən ləğv olunur. Aytac Ali...

09 Yanvar 2026, 11:41

“WhatsApp” yazışmaları sübut sayılır - DİQQƏT

Dostuna borc verən, amma pulunu geri ala bilməyən şəxslərin sayı artır.CityPost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, borcun qaytarılmaması hallarında yazılı müqavilənin olmaması iddianın mümkünsüz olması demək deyil.Belə ki, tərəflər arasında rəsmi müqavilə bağlanmasa belə, “WhatsApp” və digər messencerlərdə aparılan yazışmalar sübut kimi istifadə oluna bilər. Belə ki, bu yazışmalar əqdin tərəfləri üçün sirr hesab edilmir və mahiyyət etibarilə tərəflər arasındakı hüquqi münasibətləri əks etdirən rəsmi razılaşma kimi qiymətləndirilir.Qeyd edək ki, borcun məbləği, verilmə vaxtı və qaytarılma öhdəliyi yazışmalarda aydın şəkildə əksini tapırsa, həmin materiallar məhkəməyə sübut kimi təqdim edilə bilər. Bu halda borc verən şəxs hüquqlarını məhkəmə qaydasında tələb etmək imkanına malikdir. Aytac Ali...

08 Yanvar 2026, 15:14