Şairədən ETİRAZ: "Heç bir tədbirə DƏVƏT olunmuram"
Cəmiyyət 16 Yanvar 2026, 19:47
215
Şairə Firəngiz Sabirqızı sosial şəbəkədə yazdığı statusla Qubada keçirilən poeziya tədbirlərində özünün dəvət olunmamasından narazılıq bildirib.
Citypost xəbər verir ki, şairə paylaşımında qeyd edib ki, tədbirlərin əksəriyyətinə qələmi zəif olan şairlərin dəvət olunması həm gülməli, həm də mədəni və siyasi baxımdan yanlış yanaşmadır.
Firəngiz Sabirqızı bildirib ki, bəzi yerlərdə açıq-aşkar “xəbəri olmasın” deyə onu tədbirlərə çağırmırlar:"Çünki hazırda Qubada ən güclü bənd və kəsərli sözün məhz ona məxsus olduğunu bilirlər"
Şairə əyani sübut kimi yaxın günlərdə keçirilmiş gizli bir tədbiri – “Bir qış səhəri”ni misal göstərib.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rauf Vəliyev vəzifəsindən niyə çıxarıldı? – 158 milyonluq qalmaqal
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırıldı. Bu barədə yanvarın 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, R.Vəliyev işdən çıxarılıb.CityPost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, sabiq sədrlə bağlı mətbuatda tez-tez şikayət və korrupsiya iddiaları dolaşdırdı.Şikayətlər əsasən, pul qarşılığında işə götürmə və işçilərin hüquqlarının tapdalanması ilə bağlı idi.Mətbuatda Xəzər Dəniz Gəmiçiliyində hökm sürən neqativ hallar barədə yetərincə məlumatlar getsə də R.Vəliyev susmağa üstünlük verirdi. Məsələn, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə R.Vəliyevin qəbulunda...
16 Yanvar 2026, 21:00
Siyasi partiyalar üzvlərinin reyestrindəki dəyişikliklər barədə Ədliyyə Nazirliyinə məlumat verib
"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş verən sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat təqdim olunmalıdır.CityPost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, ölkədə dövlət qeydiyyatına alınan bütün siyasi partiyalar tərəfindən üzvlərinin reyestrində baş verən sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib....
16 Yanvar 2026, 20:51
Şahbaz Xuduoğlu Bonadeyadan yazdı:"Biabırçılıqdı"
Tanınmış nasir, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Facebook səhifəsində Bonadeya xəstəxanası ilə bağlı sərt fikirlərini paylaşaraq xidmət keyfiyyətindən narazılığını bildirib.Citypost.az xəbər verir ki, son üç gününü demək olar ki, Bonadeyada keçirib və təəssüf hissi ilə qeyd edib:“Bu qədər gözəl, təmirli, texniki cəhətdən tam təmin olunmuş bir binada necə bu qədər biabırçı xidmət ola bilər? İnsan izah edə bilmir. Eyni Liv Hospital Türkiyədə tamamilə başqa münasibət və xidmət mədəniyyəti təqdim edir.”Xuduoğlu həmçinin diqqət çəkib ki, qiymətlər Türkiyə səviyyəsində olmasına baxmayaraq, Azərbaycandakı xidmət keyfiyyəti respublika xəstəxanaları ilə müqayisə edilə biləcək səviyyədədir:“Bizdə xidmət keyfiyyəti Respublika xəstəxanası, Travmatologiya, Simaşkoda olduğu kimidir.”Turan...
16 Yanvar 2026, 20:35
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişib
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişib.CityPost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.Dəyişikliyə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunacaq....
16 Yanvar 2026, 18:57
"Baş verənlər regionda humanitar vəziyyətə və ictimai sabitliyə də təsirsiz ötüşməyəcək”
İran artıq bir həftədən çoxdur ki, dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Ölkənin müxtəlif bölgələrində baş verən etiraz aksiyalarının miqyası genişləndikcə, qarşıdurmaların sayı artır, ölən və saxlanılanların çoxalması isə gərginliyi daha da dərinləşdirir. Xüsusilə Təbriz şəhərində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi və hərbi vəziyyətin elan olunması ilə bağlı yayılan məlumatlar regionda ciddi narahatlıq doğurur.Mövzu ilə bağlı CityPost.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov cavablandırıb.Deputat bildirib ki, İran güclü dövlətçilik ənənələrinə və kifayət qədər möhkəm idarəetmə sisteminə malik ölkədir. Onun sözlərinə görə, bu ölkədə mövcud sistemi dəyişmək olduqca mürəkkəb və uzunmüddətli prosesdir:“Biz nəzərə almalıyıq ki, İran güclü siyasi və...
16 Yanvar 2026, 18:40
Miqrasiya işçilərinin geyim normalarında dəyişiklik
“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”na dəyişiklik edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, miqrasiya işçilərinin qış geyimlərinə tünd boz rəngli qış papağı, tünd boz rəngli gödəkcə, qara rəngli əlcək əlavə edilib.
16 Yanvar 2026, 18:38