Bizə yazın

Baku

-°C

USD

-

Ağır tıxac var

Cəmiyyət 19 Yanvar 2026, 09:05

142

Bakının bir sıra yollarında tıxac yaranıb.

CityPost.az  xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda vəkillərin sayı açıqlanıb 

2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.Citypost.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il hesabatıənda qeyd edilib.Bildirilib ki, hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri kişi, 633 nəfəri isə qadındır. Onlardan 2 314 nəfəri Bakıda, 522 nəfəri isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir.Həmçinin kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.

19 Yanvar 2026, 10:26

Qaz olmayacaq

Sabah Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq.CityPost.az xəbər verir ki, rayonun Xırmandalı kəndində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə ümumilikdə 1 100 abonentin qaz təchizatının 19 yanvar saat 14:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.

19 Yanvar 2026, 08:33

Sahil metrostansiyasının yaxınlığında dönərxanada yanğın baş verib 

Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verib.CİTYpOST.AZ xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

18 Yanvar 2026, 21:31

Yağış və qar yağır - FAKTİKİ HAVA

Yanvarın 18-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Hacıqabul, Yardımlı, Lənkəran və Ağdamda yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Lerikdə isə qar yağır.Daşkəsən, Qax, Şəki, Zaqatala, Şamaxı, Qusar, Qubada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır....

18 Yanvar 2026, 18:53

Binəqədidə evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib 

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.Bu barədə  FHN-dən bildirilib.Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ev yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18 Yanvar 2026, 15:08

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib 

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.Citypost.az  xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən...

18 Yanvar 2026, 13:23