Bizə yazın

Baku

-°C

USD

-

Hüquq müdafiəçisindən Neftçilər Xəstəxanasına sərt sözlər: "AYIB OLSUN"

Cəmiyyət 17 Yanvar 2026, 18:12

246

Hüquq müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında Neftçilər Xəstəxanası ilə bağlı narazılıq dolu paylaşım edib.

Citypost.az xəbər verir ki, onun sözlərinə görə, hadisə ötən gün baş verib. Qızı nahar zamanı qurudulmuş balıq yeyərkən sümük qəflətən boğazına ilişib. Bu hal güclü ağrı, yanğı və tənəffüs çətinliyi yaradıb. Mirvari Qəhrəmanlı qızını təcili olaraq Neftçilər Xəstəxanasının Təcili yardım şöbəsinə aparıb.

Lakin iddiaya görə, xəstəxanada təxminən bir saat ərzində ağrı və həyəcan içində olan xəstəyə heç bir tibbi müdaxilə göstərilməyib. Qeydiyyatda oturan əməkdaşlara dəfələrlə müraciət edilsə də, nəticə olmayıb. Yalnız “liftin yanındakı ağ düyməni basın” deyildiyi, lakin zəngə də cavab verən olmadığı bildirilib. Nəticədə oradakı şəxslərdən biri xəstənin təcili şəkildə Xətai Tibb Mərkəzinə aparılmasını tövsiyə edib.

Mirvari Qəhrəmanlı qeyd edib ki, Xətai Tibb Mərkəzinin Təcili Yardım Mərkəzinə daxil olan kimi həkim dərhal xəstəyə yaxınlaşıb, ilkin tibbi yardım göstərilib, müvafiq aparatla baxış keçirilib və evdə müalicənin davamı üçün lazımi göstərişlər verilib.

NHMT sədri paylaşımında Xətai Tibb Mərkəzinə təşəkkür edib, Neftçilər Xəstəxanasındakı laqeyd münasibəti isə sərt tənqid edərək “Ayıb olsun!” ifadəsini işlədib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Fırtına öncəsi səssizlik” - Siyasi şərhçidən İRAN AÇIQLAMASI

Son günlər İranda baş verən kütləvi etirazlar, ABŞ-ın qlobal siyasətdə atdığı addımlar, eləcə də Qrenlandiya və Venesuela ətrafında yaranan geosiyasi gərginlik beynəlxalq gündəmin əsas mövzularındandır. CityPost.az-ın əməkdaşı  bu proseslərin mahiyyətini və mümkün nəticələrini siyasi şərhçi Rusif Məmmədsoy ilə müzakirə edib.– İranda aksiyalar artıq səngiməyə başlayırmı? Bəzi bölgələrdə üsyanların yatırılması və xarici KİV-lərin ABŞ-ın geri çəkildiyi, etirazçıların isə tək qaldığı barədə iddiaları prosesin sonuna işarədirmi?"İranda baş verən etiraz aksiyalarında müəyyən səngimə müşahidə olunsa da, prosesin tam bitdiyini söyləmək hələ tezdir. Hazırda ölkənin bir sıra bölgələrində etirazlar və iğtişaşlar davam edir. Diqqətçəkən məqamlardan biri odur ki, bu aksiyalar ilkin mərhələdə əsasən farsların...

17 Yanvar 2026, 19:21

Şərif Ağayardan sərt tənqid: “Kişi ifaçılar niyə öz səsi ilə oxumur?” 

Yazıçı Şərif Ağayar sosial şəbəkədə Azərbaycan estrada və muğam ifaçılığı ilə bağlı sərt və mübahisəli fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, yazıçının paylaşımında əsas tənqid hədəfi kişi ifaçıların səs texnikası və oxuma üslubu olub. Yazıçı hesab edir ki, bir çox kişi müğənni təbii səsi ilə oxumaq əvəzinə süni, zorlanmış tembrə üstünlük verir. Şərif Ağayar bu kontekstdə Mirzə Babayevi istisna kimi göstərərək, onun öz təbii səsi ilə oxuduğunu vurğulayıb.Statusda bir sıra tanınmış sənətkarların adları çəkilərək, onların ifa tərzinin süni və estetik baxımdan problemli olduğu iddia edilib. Müəllif bu oxuma tərzini tarixi və psixoloji kontekstlə əlaqələndirərək, bunu “köləlik psixologiyasının səsə yansıması” kimi qiymətləndirib....

17 Yanvar 2026, 19:03

AYNA 500 yeni sürücü hazırlayacaq 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində 5 000 yeni sürücünü hazırlamaq və beynəlxalq bazarda iştirakını təmin etmək hədəfini qarşısına qoyub.Citypost.az xəbər verir ki, bu barədə AYNA-da avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən görüşdə bildirilib.Məlumata görə, Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Hazırda milli daşıyıcıların üzləşdiyi ən böyük çətinlik kadr çatışmazlığı ilə bağlıdır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara...

17 Yanvar 2026, 17:41

Bəzi yerlərdə GÜCLÜ külək güclənəcək - XƏBƏRDARLIQ 

Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı,Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil...

17 Yanvar 2026, 16:42

Şəfiqə Nağıyeva: "Anamdan sonra qardaşlarımla tək qaldıq" 

Vəkil Şəfiqə Nağıyeva S TV-də Ulvira Qarayevanın qonağı olarkən 10 yaşında anasını itirməsindən və uşaqlıq xatirələrindən danışıb.Citypost.az xəbər verir ki, Şəfiqə Nağıyeva bildirib ki, anası ürək xəstəliyindən vəfat edib. “Anam rayona getmişdi, bizi Bakıda qoymuşdu, çünki havası çatmırdı burada. Bir dəfə getdi, gəldi, bizi öpdü və dedi ki, ‘hə, mən qayıtdım’. O sözün mənasını o vaxt anlamırdım. İkinci dəfə getdi və qayıtmadı”, – deyə o xatırlayıb.Şəfiqə Nağıyeva anasını uzunboylu, arıq və uzun saçlı qadın kimi xatırlayır: “Amma anam yuxularıma gəlmir. Uşaqlıqda vaxtımı qardaşlarımla keçirirdim. Çox çətin günlər idi. Anamla bir yerdə vaxt keçirmək yadımda qalmayıb, çünki ayrı qalırdıq”, – deyə...

17 Yanvar 2026, 15:16

Sabah 18 dərəcə şaxta olacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bəzi yerlərdə yağıntının intensivləşəcək, axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti,...

17 Yanvar 2026, 13:16