Ölkə ərazisində yağıntılı hava müşahidə olunur, dağətəyi rayonlara qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət 18 Yanvar 2026, 12:33
223
Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Dağlıq və dağətəyi rayonlara qar yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qarın hündürlüyü Şahbuzda 40, Sarıbaşda (Qax) 27, Qubada 16, Kişçayda (Şəki) 15, Kəlbəcər və Qusarda 11, Şamaxıda 10, Laçın və Qubadlıda 9, Xızı və Şahdağda 8, Şuşada 5, Qobustanda 3, Qəbələ, Ceyrançöl, Gədəbəy, Xankəndi və Tovuzda 2, Gəncə, Şəmkir və Şabranda 1 sm-dir.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmayıllı, Bərdə, Balakən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda 1 mm-dir.
Həmçinin oxuyun
Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.Citypost.az xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən...
18 Yanvar 2026, 13:23
Komitə sədri Zəhrə Quliyevadan YAZDI
Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin ilk və keçmiş sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra Quliyeva ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda bildirilib ki, bu gün görkəmli həkim-alim, ictimai-siyasi xadim, professor Zəhra Quliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur.Paylaşımda qeyd olunub ki, Zəhra Quliyeva Azərbaycan səhiyyəsinin, elminin və ictimai həyatının inkişafında mühüm rol oynamış, fəaliyyəti ilə sonrakı nəsillər üçün örnək şəxsiyyətə çevrilmişdir. Onun zəngin elmi irsi, peşəkar fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri Azərbaycan tibb elminə dəyərli töhfələr verib.Xatırladılıb...
18 Yanvar 2026, 12:52
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
itkin düşmüş şəxsin axtarış-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.FHN-dən Citypost-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən soyuq və qarlı hava şəraitində dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.Təlim zamanı xilasedicilər şərti olaraq qarlı və dumanlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarışını apararaq meşənin dərinliklərində yerini müəyyən edib, xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə “xilas edərək” təhlükəsiz əraziyə “təxliyəsini” təmin ediblər.Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib....
18 Yanvar 2026, 12:26
Rəşid Behbudovun kürəkənindən Şərif Ağayara SƏRT REAKSİYA
Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi yazıçı Şərif Ağayarın sosial şəbəkədə paylaşdığı və Azərbaycan musiqi mədəniyyətinə, xüsusilə də görkəmli sənətkarlara yönəlmiş fikirlərinə sərt reaksiya verib.Citypost.az xəbər verir ki, Kamil Şahverdi bildirib ki, Şərif Ağayarın paylaşımlarında muğam sənəti ilə yanaşı, SSRİ Xalq artisti Rəşid Behbudovun şəxsiyyəti və yaradıcılığı da təhqiredici formada təqdim olunub. Belə ki, yazıçı Rəşid Behbudov haqqında “yüksək uydurulan orta səviyyəli sənətkar” kimi ifadələr işlədib və onun səs imkanlarını aşağılayıcı kontekstdə dəyərləndirib.Fond direktoru bu fikirlərin təkcə bir sənətkara deyil, bütövlükdə Azərbaycan musiqi irsinə hörmətsizlik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rəşid Behbudov Azərbaycan vokal sənətinin simvolu, milli mədəniyyətin dünya miqyasında...
18 Yanvar 2026, 12:06
FHN: Şamaxı və Ağsuda zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
Fövqəladə Hallar Nazirliyinə (FHN) Zəlzələ nəticəsində hər Şamaxı və Ağsuda hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.CİTYpOST.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb....
18 Yanvar 2026, 10:45
Ard arda zəlzələ oldu
Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.Respublika Seysmoloji Xidmət Mərkəzindən CityPost.az-a verilən xəbərə görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.Zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib.***saat 08.45Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub....
18 Yanvar 2026, 09:38